10-CU MÜNAZİRƏ - III hissə

:

BUXARİ VƏ MÜSLİM UYDURMAÇI VƏ YALANÇILARDAN HƏDİS NƏQL ETMİŞLƏR

Mən nə söylədim ki, bu qədər qəzəblənirsiz? Mən, sadəcə «Səhihlər, hətta «Səhihi-Müslim» və Buxaridə yalançılardan hədislər nəql edilmişdir» dedim. 

Səhihi-Buxari»dəki hədisləri, «Rical» kitablarına nəzər yetirib diqqətlə araşdırsanız, bir çox yalançı və uydurmaçı insanlardan hədislər nəql etmiş olduqlarını görəcəksiniz. 

Məsələn, Əbu Hüreyrə, xaricilərdən olan İkrimə Məhəmməd ibn Əbd Səmərqəndi, Məhəmməd ibn Bəyan, İbrahim ibn Məhdi, Məhəmməd ibn Xalid, Əhməd ibn Məhəmməd Yəməni, Əbdullah ibn Vəkidi-Hərrani və İmran ibn Xattan kimi bir çoxları mərdud ravilərdən hədis nəql etmişlər. Onların hamısının adlarını saymağa nə məclisin vaxtı çatar, nə də mənim hafizəmin imkanı var. Rical kitablarına baxsanız, söylədiyim həqiqəti daha yaxşı anlayarsınız.

Buxari, sizin zənn etdiyiniz kimi o qədər çox ehtiyatlı və diqqətli bir şəxs də deyildi. O, ravilərin sadəcə xarici görünüşünə baxırdı. Sizin sözünüzlə yaxşı bir şəxs idi, görünüşü yaxşı olan hər kəsdən hədis nəql etmişdir. Bu iddiamızı rical kitabları yazan öz alimləriniz təsdiq edirlər. 

Onların bəzilərinin adlarını əvvəldə söylədim. Bu alimlər uydurma hədisləri müəyyən etmiş, Müslim və Buxarinin hədis nəql etdiyi raviləri diqqətlə araşdırmış və bir çoxlarının eyiblərini ortaya çıxarmışlar. Onlar bu işi, bu günki alimlər də bunlardan xəbərdar olsunlar deyə etmişlər. O kitabları göz önündə canlandıraraq, bu gecə, «Buxarinin Səqəleyn və Əhli-beytə bağlanmaqla əlaqəli hədisləri nəql etməməsinin səbəbi, onun diqqətili və ehtiyatlı olmasına görədir» buyurmayınız. Diqqətli, dəqiq və ehtiyatlı bir alimin, etimad edilməyən yalançı və uydurmaçı ravilərdən gülünc hədislər nəql edərək, elm əhlinin rüsvay etməsinə səbəb olmaq, dəqiq bir alimdən heç gözlənilə bilərmi? 

Kəlimullah həzrət Musanın Əzrailə bir zərbə vurub onu kor etməsi, ayaq yalın və övrət yeri açıq olaraq Bəni-İsrailin qarşısına bu vəziyyətdə çıxması (bunları əvvəlcədən söyləmişdim) görəsən, xurafat və uydurma deyildirmi?!

Görəsən, Allahın, qiyamətdə ayağı yanmış şəkildə ayağını göstərməsi küfr deyildirmi?! Buxari bunları Səhihində nəql etmiş və biz də, əvvəldə onlardan bəzilərini bildirmişdik.

Ardı var... 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!