MÜSƏLMAN QIZLAR GÜNÜ MÜBARƏK!

:

Qız yəni....

Heç indiyə qədər düşündünmü qız nə deməkdir? Qız yəni bərəkət, yəni rəhmət, yəni mehribanlıq, yəni sevinc və şadlıq. Qız yəni evə girdiyində atacan salam yorulmayasan!

Qız yəni mətanət, vüqar və nəcabət. Qız yəni təbəssüm və həyatın mənası. Qız yəni atasına naz edərək onun ağuşuna atılmaq üçün yolunu həsrətlə gözləyən.
Bəli əziz qızlarımız deyin indi görək, bəs siz bir xanım qız olaraq özünüzə kimi ülgü götürmüsünüz? Ananızı? Müəlliminizi? Olmaya həzrət Məsumə (s) sənin ülgündür? Bax bu gün xanım Məsumənin (s) doğum günü və qızlar günüdür əgər sən həzrət Məsuməni (s) özünə ülgü götürmüsənsə necə onunla əlaqə saxlayır və ondan nə kimi ibrətlər alırsan?

Yadımdadır anam deyirdi Allah kimi çox istəyirsə əvvəl ona bir qız uşağı verir. Yadımdadır deyirdi: qız atanın evində olana qədər o evin bərəkəti vardır. Elə ki, gəlin olur özü ilə bəy evinə xeyir bərəkət aparır. Doğurdan sizcə xeyir bərəkət nədir? Yəni cehizlik əşyalardır? Əgər cehizlik əşyalar bərəkətdirsə onda mebel mağazaları dünyanın ən bərəkətli məkanları olmalıdır. Amma xeyir bərəkət sadəlik, aramlıq həyat yoldaşına vəfalı xanım, ona qarşı eşqin olması olarsa sözün əsil mənasında xoşbəxt insan sən özün olmazsanmı? Sən nə düşünürsən?....

Saytımızın əziz və dəyərli izləyiciləri! Bildiyiniz kimi dörd avqust 2016-cı il, Xanım Məsumənin (s) mübarək təvəllüdü münasibətinə görə müsəlman qızlar günüdür. Məhz bu münasibətlə "Əl-Məhdi(əc)" Elmi Mədəni Maarif Mərkəzinin həmkarları adından siz əziz qızlarımızı təbrik edirik. Allahdan onlara həzrət Məsuməyə (s) layiq şiə olmasını diləyirik. Qızı olan bütün əziz atalara təbrikimizlə yanaşı tövsiyyəmiz budur ki, bu gözəl gündə fürsəti fövtə verməyərək qızlarını sevindirsin. Allah övladı olmayanlara ilk öncə qız sonra oğlan uşaqları nəsib eləsin. Amin!

 

 

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!