HƏZRƏT MƏSUMƏ (əs) və QUM ŞƏHƏRİ HAQDA 3 HƏDİS

:

Müqəddəs Qum şəhərində Xanım Fatimeyi-Məsuməni (əs) ziyarət etmək üçün Əhli-beyt(ə)dən bir çox hədislər nəql olunmuşdur ki, onların bəzisini nümunə olaraq Rizvan.Net oxucularının nəzərinizə çatdırırıq.

1. Qazi Nurullah İmam Sadiqdən (ə) belə nəql edir:

انَّ للهِ حرماً و هو مكّة، الا إنَّ لرسول الله حرماً و هو المدينة انّ لأميرالمؤمنين حرماً و هو الكوفة، ألا و إنَّ قم الكوفة الصغيرة، ألا إن للجنة ثمانية أبوابٍ ثلاثة منها إلي قم تقبض فيها إمرئة من ولدي إسمها فاطمة بنتُ موسي و تدخل بشفاعتها شيعتي الجنة باجمعهم

"Allahın özünə məxsus hərəmi vardır ki, o Məkkədir. Agah olun, Allah Rəsulu üçün bir hərəm vardır ki, o Mədinədir. Bilin, Əmirəl-mömininin (ə) üçün bir hərəm vardır ki, o Kufədir. Agah olun ki, Qum kiçik Kufədir. Bilin ki, Cənnətin səkkiz qapısından üçü Qum tərəfə açılır. Mənim övladlarımdan olan bir xanım orada vəfat edəcəkdir. Adı Musa qızı Fatimədir. (Allah dərgahında) Onun vasitəçiliyi ilə mənim bütün şiələrim Cənnətə daxil olacaqdır."

2. "Kamil-üz-ziyarat" kitabında İmam Cavaddan (ə) nəql edilmişdir ki, o həzrət buyurub:

من زار قبر عمّتي بقُم فلهُ الجنة

Hər kəs Qum şəhərində Bibimin qəbrini ziyarət etsə, Cənnət ona vacib olar.

3. Şeyx Abbas Qumi "Səfinət-ül-bihar" kitabında İmam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurmuşdur:

... انّ لله حرماً و هو مكّة و انّ للرّسول حرماً و هو المدينة و أنّ لأمير المؤمنين حرماً و هو كوفة و انّ لنا حرماً و هو (بلدة) قم و ستدفن فيها إمرئة من ولدی تسمي فاطمة فمن زارها وجبت له الجنة

"... Allahın hərəmi vardır ki, Məkkədir, Peyğəmbərin hərəmi vardır ki, Mədinədir, Əmirəl-mömininin hərəmi vardır ki, Kufədir, bizim də hərəmimiz vardır ki, Qum şəhəridir. Orada mənim övladlarımdan olan Fatimə adlı bir xanım dəfn olunacaq, hər kim onu ziyarət etsə, Cənnət ona vacib olar."

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!