XANIM MƏSUMƏNİN (ə. s) MÖVLUDU MÜBARƏK OLSUN

:

Allahın salamı olsun sənə ey “kəramət sahibi”, ey Fatimə(ə.s), ey Məsumə(ə.s)! Sənin görüşünə gələn kimsə, o susuz səhrada sanki yağmur sularından sirab olmuş kimi görünür. Göz yaşı ilə səninlə söhbət edən zəvvarının səsinə mələklər qulaq asır və zəvvarların üçün istiğfar edirlər. Sən isə Cənnətdə zəvvarların üçün şəfaət diləyirsən Rəbbindən. Zəvvarların sənin ağuşunda dünyanın qəmini unudurlar.   Sənin hərəmin olan yerdə Cənnəti xatırlayaraq aramlıq tapırlar.

Ya Fatimə(ə.s)! Ya Məsumə(ə.s)! “Ey günəş”! "Ey yer üzünün mələyi”! “Ey nuru ilə göyləri fəth edən insan”! Allahın bəndələri sənin kəramət qapına üz tutduqda sən onlara qapılarını açır və hacətlərini rəva qılırsan. Sən “Seyyidətun - Kərimə”sən. Həqiqətən sənin şənin Allah dərgahında əziz, məqamın ucadır. Sən "Həzrət Məsumə" (ə.s) və "Seyyidətun - Təqiyyə" adlanmısan, çünki ismət və paklıq məqamına ləyaqətin vardır. Belə olduğu təqdirdə qızlarımıza Uca Allahdan paklıq, ismət və iffət dilə. Sən biz şiələrin əziz İmamlarının (ə.) məhrəmisən. Səni and veririk o məqamına ,bizlərə Cənnətdə şəfaət elə!

Əziz mömin bacı və qardaşlar! Hicri qəməri tarixinin 173-cü ili, Zil-Qədə ayının biri (bu il iyulun  15-inə təsadüf edir), əziz yeddinci imamımız Həzrət Museyi Kazimin (ə) sevimli qızı, səkkizinci imamımız Həzrət İmam Riza(ə)nın bacısı və doqquzuncu imamımız Həzrət İmam Cavad(ə)ın bibisi, Xanım Fatimeyi-Məsumə(ə.s)nin mübarək təvəllüdü günüdür. Bu mübarək gün münasibəti ilə öncə Həzrət İmam Zaman (ə.f) və haqq naibi cənab Ayətullah Xameneini və sonra  siz möminləri səmimi qəlbdən təbrik edir, Uca Allahdan hamınıza xoş günlər arzulayırıq.

BAYRAMINIZ MÜBARƏK!

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!