BƏŞƏRİYYƏTƏ ÖRNƏK İZDİVAC

:

Zil-həccə ayının ilk günü Mövla Əli (ə) və Xanım Zəhranın (s) bir birinə bağlandığı gündür.

Bəşər tarixində ən saf eşqlə bir-birini sevən aşiq insanların günüdür bu gün, eşqin və aşiqlərin bahar fəslinin ilk günü məhz bu gündür. Ay və günəşin fəslidir bu gün. Güzgü ilə şəffaf suyun əksinin bir birinin üzərinə düşdüyü bir gündür bu gün. Bu gün vəhy torpaqlarına bahar fəsli gəlir. Zilhiccə ayının biri məhz bu gündə vəhy evində “İsmət” ağacı Həsən (ə), Hüseyn (ə), Zeynəb (s) Ümmü Külsüm (s) kimi meyvələrini İslama hədiyyə etmək üçün tumurcuqlanmağa başlayır. Bu gün mələklər aləminin bağçası ən yaşıl bahar fəslini təcrübə edir və görür. Bu gün mələklər qucaq qucaq gül gətirərək aləmlərin sultanı həzrət Muhəmməd Mustəfaya (s) təbrik deyir. Bu gün Cənnət arzu edir kaş ki, Mədinə torpaqlarının yerində mən olardım eşqində ən möhkəm olan aşiqlərin toy mərasimi mənim üzərimdə bərqərar olardı.
Bu gün Zəhra (s) əlinin ürəyinə qonaq olub. Əlinin (ə) ürəyi ərşə ucalıb bu gün. Bu gün Əli (ə) həmişəkindən daha çox aşiq olub.
Bu evlilik təkcə bir xanımın əlindən tutub bəy evinə aparmaqdan ibarət deyildi, bu evlilik ətirli bir gülü, sonsuz ismət bağçasında cücərtmək və beləliklə bu ətirli gülün qoxusunu nəsillərə ötürmək idi. Bu təkcə Peyğəmbərin (s) öz qızını həzrət Əliyə (ə) ərə verməkdən ibarət deyildi, bu Allahın İmam Əliyə (ə) və həzrət Zəhraya (s) bütün bəşərin etibarını tapşırması idi. Bu gün Əli (ə) və Zəhranın bir-birinə bağlandığı gündür. Xülasə həzrət Əlinin (ə) dili ilə desək Allaha yaxınlaşmaq üçün ən gözəl vasitənin Əlinin (ə) evinə getdiyi bir gündür bu gün.
Əziz və dəyərli Rizvan.net saytının izləyiciləri. Zilhiccə aynın 1-i həzrət Əlinin (ə) həzrət Zəhra (s) ilə evləndiyi gün münasibətilə öndə İmam Zaman (əc) və haqq naibi həzrət Ayətullah Xamenei cənablarına sonra siz əzizlərimizə təbrik deyir Uca Allahdan sizin üçün duamız budur: İlahi, Əli (ə) və Zəhranı (s) sevənəri dünya və axirət səadətinə çatdır və onları dünya və axirətdə Əli (ə) və Zəhra (s) ilə məşhur et. Amin!

BİR İZDİVACIN DƏRSLƏRİ

Tags: HƏZRƏT ZƏHRA (s), İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!