XOŞ GƏLDİN YER ÜZÜNƏ, GÖZƏLLİKLƏR MƏNŞƏYİ!

:

Həzrət Peyğəmbər (s) buyurub:" Qızım Fatiməni (əs) sevən mənimlə cənnətdə olacaq və ona düşmən kəsilən cəhənnəmdədir." 

عن النبی (س): من احب فاطمة ابنتی فهو فی الجنة معی ومن ابغضها فهو فی النار1]

****

Salam olsun sənə, ey rəhmət ayəsi ! Salam olsun sənə, ey Quran surəsi ! Salam olsun sənə, ey Peyğəmbərin (s) reyhanəsi ! Salam olsun sənə, ey Əlinin (ə) pərvanə ! Salam olsun sənə, ey Həsəneynin (ə) anası ! Salam olsun sənə,  ey məsum İmamlar (ə) höccəti ! 


Bura Məkkədir... və hicrətdən səkkiz il qabaq,  20 cəmadius sani,  cümə günüdür....

Birazdan dan yeri söküləcək... günəş doğacaq... Peyğəmbər (s) evində bu günlər sevinc dolu günlər yaşanır. Muhəmməd (s) və Xədicə (əs) anbaan gözləyirlər ki, körpələri dünyaya göz açsın. Elə bu an tumurcuqlanmış güllər tək ətri evə yayılaraq Zəhra (əs) dünyaya göz açır.

***

NƏSİM YELİ ƏSİR

Göyün quşları nəğmə oxuyur,mələklər nemətə şükr olaraq səcdə edir Rəbbinə. Bu gözəl gündə mələklərin sevinci ilə yanaşı həzrət Muhəmmədin (s) ən parlaq nuru, sanki dağlar arxasından çıxan günəş tək yer üzünə nur saçır. Beləliklə Zəhra (əs) dünyaya gəlir...

***

PEYĞƏMBƏR (S) REYHANƏSİNİN ASİMANİ SİFƏTLƏRİ

Təbiidir ki, insanların dəyəri eyni deyil. Bəziləri Allaha ən yaxın olan mələklərdən də Ona yaxındır, bəziləri isə ən yırtıcı dördayaqlılardan da aşağıdır. Quran və İslamın buyurduğuna əsasən insana dəyər verən “elmi, təqvası və insani fəzilətləridir”.

Bu meyarları nəzərə alaraq deyə bilərik ki,  İslamdə ən uca məqamlı və iki dünya xanımı həzrət Fatimeyi Zəhra (Allahın sonsuz salamı atasına, özünə, həyat yoldaşına və övladlarına olsun) bizlərə əziz Peyğəmbərimizin (s) dili ilə çatdırılıb.

Əhli sünnənin çoxlu məşhur mənbələrində xanım Fatimeyi Zəhranın (s) dünya xanımlarından daha üstün olması haqqında birbaşa rəvayətlər mövcuddur. Onlardan biri də Peyğəmbərin (s) dili ilə müxtəlif şəkildə bəyan olunan hədisdir.

O həzrət belə buyurub:

”ان افضل نساء اهل الجنة خدیجة بنت خویلد و فاطمة بن محمد(ص) و مریم بنت عمران و آسیة بنت مزاحم“

«Cənnət qadınların ən üstün xanımları, İmran qızı Məryəm, Məzahim qızı Asiya, Xüveylid qızı Xədicə və Məhəmməd (s) qızı Fatimə».2

***

TƏBRİK İSMARICIMIZ

Fatimə (əs) ona görə Fatimə adlanıb ki, Allah onu, onun pak nəslini və onu sevənləri Cəhənnəmin odundan amanda saxlayıb. Biz də sizə Fatiməni (əs) sevməyi arzulayırıq.

Ey analar! Ey xanımlar! Xanım Fatimənin (əs) mövludu münasibəti ilə sizə də onun mövludu kimi həqiqi mövlud arzu edirik.

Əziz Müsəlman xalqımız! Dininizə, namazınıza, orucunuza, hicabınıza, ailənizə sahib çıxmağı Xanım Fatimədən (əs) öyrənmək qismətiniz olsun. Allah bizləri o paklıq mənşəyi və gözəlliklər çeşməsindən ayrı salmasın.

Fürsətdən istifadə edərək zamanımızın sahibi həzrət Höccəti (əc) və rəhbərimiz ali dini lider həzrət Ayətullah Xamenei ağamızı da, bu gözəl gün münasibəti ilə təbrik edirik.


1 - Biharul Ənvar, c43, c65

2 - Hawzah

Mətni səsləndirdi: TURANƏ ALLAHVERDİYEVA
You must have the Adobe Flash Player installed to view this player.

 

Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s), MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!