İBADƏT AYI ŞABAN GƏLDİ

:

Əziz Peyğəmbərimiz (s) Şəban ayı haqqında buyurur: Şaban mənim ayımdır, kim bu ayda bir gün oruc tutarsa Cənnət ona vacib olar.1
Şaban ayı bəndənin Allaha yaxınlaşması üçün ən fəzilətli aylardan biri hesab olunur. İlk olaraq qeyd edək ki, bu fəzilətli ayda məsum İmamların (ə) və onların xələf övladlarından bir neçəsi bu mübarək ayda dünyaya göz açmışdır.

* Şəhidlər ağası Həzrət Əba Əbdillahil Hüseynin (ə) təvəllüdü.
* Kərbəla ələmdarı Həzrət Əbülfəzlil Abbasın (ə) təvəllüdü.
* Kərbala şahidi Həzrət Zeynul Abidin Səccadın (ə) təvəllüdü.
* Kərbəla qəhramanı Həzrət Əli Əkbərin (ə) təvəllüdü.
* Məzlumların son ümidi Həzrət Sahibzaman İmam Məhdinin (əc) təvəllüdü.
İkinci isə, zikr etdiyimiz məqamlarla yanaşı bu ayın yarısında yəni Şaban ayının on beşi, məsum rəhbərlərimiz tərəfindən qədr gecəsisinin fəziləti kimi dəyərləndirlimiş, bu gecəni səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağı sifariş etmişlər.
Üçüncü məqam, Şaban ayı şərafətli ay olmaqla yanaşı həzrət Peyğəmbərə (s) aid edilir.
Bu ayda din böyüklərimizin yerinə yetirdiyi əməllərdən biri də mehriban Allah ilə münacatdır. O cümlədən bu münacatlardan ən məşhur olanı Şəbaniyyə münacatıdır ki, həzrət Əmirəl-Mömin (ə) və övladları bu ayda oxuyarmışlar.
Bu məşhur münacatdan bir neçə cümləni sizlərə ərməğan edirik:

İlahi! Dua etdiyim zaman duamı və Səni çağırdığım zaman nalə səsimi eşit. Səninlə münacat etdiyim an mənə nəzər et.
İlahi! Məni məhrum etsən kim mənə ruzi verəcək və sən məni xar etsən kim mənə yar olacaq?.
İlahi! Qəzəbindən Sənə pənah aparıram.
Allahım! Sənin rəhmətinə layiq deyiləmsə də Sənin fəzilətlə rəftar etməyin Sənə layiqdir. Allahım, günahlarımı dünyada örtürsən amma mən buna axirətdə daha çox ehtiyaclıyam. Çünki, Qiyamətdə peyğəmbərlər, salehlər, şəhidlər yanında əməllərimə cavab verməli olacağam. Bu dünyada bütün insanlar özüm kimi xətakar amma Qiyamətdə məsum Peyğəmbərlər (ə) və İmamlar (ə) yanında xəcalətimə necə çarə edim?!
İlahi məni xətalarıma görə sorğu-sual etsən mən də Səni bağışlamağınla sorğu-sual edəcəm. Məni günahlarıma görə hesaba çəksən Sənin rəhmətinə görə səndən soruşacam. Cəhənnəmə atsan məni Cəhənnəmdə olanlara elan edəcəm ki, mən Allahı sevirdim.
Allahım! Bir ömür qəflət və unutqanlıq içində, cavanlığımı isə xumar və Səndən uzaqlıqda keçirib qocaltdım. Allahım qürurum Sənin kərəmindən agah olağıma mane oldu. İlahi, məni çağırdığın zaman Sənə cavab verən bəndələrindən qərar ver. Məni Səni daim zikr edən bəndələrindən qərar ver və Səninlə əhdi sındıran bəndələrindən qərar vermə. Həmişə sənə şükr edirəm. İlahi! Səni daha yaxşı tanıyım və Səndən qeyrisindən ayrılım deyə məni Öz parlaq nuruna qərq et.

Bəli əziz dostlar, bu şəbaniyyə münacatından bir parça idi. Gördüyünüz kimi Məsum Rəhbərlərimiz (ə) bizim üçün məna dolu bir münacat qoyublar ki, ömrümüzü bu mənalı xəzinələrdən məhrum etməyək. Məhz bu aylarda Allahı çoxlu zikr edib dualarımızda bir-birimizi unutmayaq. Elə buna görə də Şaban ayının gəlişi münasibəti ilə hamınıza mənəviyyat dolu günlər arzu edirik. Allah ibadət və itaətlərinizi qəbul etsin. Amin!

1. Məfatihul Cinan, səh 256, 257

ŞABAN AYI HAQQINDA ƏTRAFLI MƏLUMATLARI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN

ŞABAN AYININ FƏZİLƏTİ VƏ ƏMƏLLƏRİNİ BURADAN OXU

ŞABANİYYƏ XÜTBƏSİ 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!