İMAM SADİQİN (Ə) ŞƏHADƏTİ

:

Salam olsun anası xanım Zəhra (s) kimi evi yanan ağama.
Salam olsun dörd min şagirdi yanında ikən tək qalan imama.
Salam olsun öz vətənində qərib və tənha ağama.
Salam olsun Ali Muhəmmədin Sadiqi olan imama

İMAM SADİQİN (Ə) ŞƏHADƏTİNƏ QISA BİR BAXIŞ
İmam Sadiq əleyhissalam ömrünün sonlarında çox arıqlamış və bədəni zəifləmişdir. O günlərədə İmamı (ə) görənlərdən birinin dili ilə desək o həzrətin başından başqa heç yeri qalmamışdır. Yəni bədəni tamamilə əzgin və zəif olmuşdur. Həyatı başdan başa çətinlikdə keçmişdir. Ömrünün son illərində ona olunan təzyiqlərin artması da bu çətinlikləri daha ağırlaşdırmışdır.
Bir gün Mənsur (l.ə) öz qulamı rəbiə dedi ki, elə indi bu saat Cəfər ibn Muhəmmədi (ə) bura çağır.
Rəbi, Mənsurun əmrini yerinə yetirib həzrət İmam Sadiqi (ə) çağırdı. Mənsur qəzəblə o həzrətə baxıb dedi:
“Allah məni öldürsün əgər səni öldürməsəm, mənim hakimiyyətimə mane olursanmı?”
İmam (ə): sizə bu xəbəri verən yalançıdır...
Rəbi deyir: İmam Sadiqi (ə) gördüm Mənsurun yanına gələndə dodaqları tərpənirdi Mənsurun yanında oturanda dodaqları yenə tərpənirdi və getdikcə Mənsurun əsəbləri azalırdı.
Elə ki, İmam Sadiq (ə) Mənsurun yanından getdi, həzrətin dalıyca gedib ona ərz etdim: Siz, Mənsurun yanına gələndə o çox əsəbli idi. Amma onun yanına gəldiyiniz zaman sizin dodaqlarınız tərpəndi onun əsəbləri soyudu. Siz dodaqlarınızı nə üçün tərpədirdiniz?

İmam Sadiq (ə) buyurdu: Dodaqlarımı cəddim İmam Hüseyn(ə)in duası üçün tərpədirdim və o dua budur:

يا عُدَّتي عِندَ شِدَّتي وَيا غَوثِي عِندَ کُربَتي اَحرِسنِي بِعَينِکَ الَّتي لا تَنامُ وَاکَنِفنِي بِِرُکنِکَ الذَّي لايُرام

Duanın oxunuşu:
Ya uddəti ində şiddəti və ya ğəvsi ində kurbəti əhrisni bi-əynikə əlləti la tənamu və əknifni bi-ruknikə əlləzi la yuram.
Duanın tərcüməsi:
“Ey çətinlikdə mənim güc verənim, və ey qəmli vaxtlarımda mənim pənahım, Səni and verirəm yatmayan gözlərinə məni qoru, və məni möhkəm və sarsılmaz sütunlarının sayəsində qərar ver”.

İMAM SADİQ(ə)İN MƏNSURU İFŞA ETMƏSİ VƏ MÜQAVİMƏTİ
Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur “biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik” – deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə yalnız Peyğəmbərin həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünü Peyğəmbərin həqiqi varisi və xəlifəliyə haqqı çatan bir şəxsiyyət kimi təqdim etməyə çalışırdı.

İmam Sadiq (ə) Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu nəsli rüsvay etdi.
1. Bir gün Mənsur İmama belə yazdı :”Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən?
İmam (ə) Mənsurun cavabında belə yazdı: “Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mənəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?”
2. Başqa bir gün Mənsur belə yazdı: “Gəl bizə nəsihət ver!”
İmam (ə) onun cavabında belə yazdı: ”Hər kəs dünya əhli olsa, sənə nəsihər verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz.”
3. Günlərin birində İmam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə etsə də milçək getmir və yenə gəlib Mənsurun üzünə qonurdu. Mənsur hirsli-hirsli İmamdan soruşdu: “Allah nə üçün milçəyi xəlq etmişdir.?”
İmam (ə) dərhal bu cavabı verdi: “Güclü zalımları onun vasitəsilə incidib alçaltmaq üçün.”
Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və İmama (ə) getməsi üçün icazə verdi.

İMAMIN ŞƏHADƏTİ
Mənsur İmamı (ə) özünə tərəf çəkməyə və ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi.
Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ili şəvval ayının 25-də zəhərlənərək şəhid oldu və o həzrətin pak bədəni Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.

Əziz və dəyərli oxucularımız! Bu müsibətli gün münasibəti ilə öndə İmam Zaman (əc) və canişini Həzrət Ayətullah Xamenei cənabları olmaqla hamınıza dərin hüznlə başsağlığı verir, Uca Allahdan dünyada o həzrətin ziyarətini və axirətdə şəfaətini diləyirik.

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM SADİQ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!