İKİ SAF EŞQİN QOVUŞDUĞU GÜNDÜR BU GÜN

:

Ey anamız Fatimə (sə)! Hamı bilirdi sən əziz atan həzrət Peyğəmbərimiz (s) üçün nə qədər əzizsən. Hamı görmüşdü Allahın Rəsulu (s) səni öpər və buyurardı: “Hər vaxt cənnətin qoxusunu almaq istəsəm, qızımı qoxulayıram”.

Hamı görürdü atan sənə məhəbbətlə buyurardı: “Atan sənə qurban olsun ey Fatimə (sə)!”, “Sən məndən və mən də səndənəm”, həmçinin əziz Peyğəmbərin (s) belə buyurduğunu da eşitmişlər: “Fatimə (sə) mənə hamıdan əziz insandır”, “Fatimə (sə) mənim bədənimin bir parçası, gözümün nuru və qəlbimin meyvəsidir”.
İndi zaman yetişib artıq Peyğəmbərimizin (sə) dürdanəsi xanım Zəhranın (sə) evlənmə yaşı gəlib çatıb. Amma kimdir o, hansı şəxsdir ki, bütün aləmlərin xanımlar xanımı həzrət Zəhraya (sə) layiqli ər və həyat yoldaşı olsun? Kim o xanıma həyat yoldaşı ola bilər hansı ki, onun razılığı Allahın razılığı qəzəbi də Allahın qəzəbidir. Qiyamətdə onu sevənlərə şəfaətçi olan bir qadına hansı kişinin ləyaqəti var həyat yoldaşı olsun? Bunlardan daha mühümü kim Fatimənin (sə) layiqli məhəbbətini qəlbində gəzdirə bilərdi?
Ya Əli (ə)! Canlar fəda olsun sənə. Ya Əli (ə)! Sən qəlbləri fəth etdiyin halda Fatimə (sə) də sənin qəlbini fəth etmişdirmi? Sən həya mənbəyi, sən şərəfli insanlar ağasısan. Peyğəmbərin (s) mübarək hüzurunə elçilik üçün gəlib həyadan utanaraq başını aşağı salmağın o həzrəti nə qədər sevindirir və Fatiməyə (sə) həyat yoldaşı olmaq üçün yalnız sənin layiqli olmağından xəbər verirdi? Sən ədəb nümunəsi, sən əxlaq təzahürüsən elə məhz bu səbəbdən başqaları kimi bir başa Allah Rəsuluna (sə) Fatiməni (sə) sevdiyini deyə bilmir və xəcalət çəkirdin. Amma Allah səni Öz evindən zövcən Fatiməni (sə) isə əziz Peyğəmbərinin (s) evindən çıxarıb cəmiyyətə örnək ailə və əsil sevgi nümayiş etdirdi.
Mədinə zadəganları həzrət Zəhra (sə) üçün elçilik etməyə dəfələrlə Peyğəmbərimizin (s) yanına gələr lakin hər dəfə xanım Fatimeyi Zəhra (sə) ədəblə üzünü yana döndərərdi. Günlərin birində Allahın Rəsulu (s) əziz ciyərparəsi xanım Zəhraya (sə) buyurdu ki, Fatimə (sə) can! Əli sənin üçün elçiliyə gəlib! Bunu eşidən xanım həyadan başını aşağı salaraq süküt edib razılığını bildirdi. Bu sükutun içində bir dünya söz var idi. Bundan şad olan əziz Peyğəmbərimiz (s) təkbir deyərək buyurdu: “Allahu Əkbər! Fatimə razıdır, onun sükütu razılıq əlamətidir”.
Əlidən (ə) daha layiqli kim ola bilərdi? Xanım Zəhraya (sə) Əlidən (ə) daha uyğun kim ola bilərdi? Əli (ə) Peyğəmbərin (s) canıdır hansı ki, özü də buyurardı: “Əli (ə) məndən mən də Əlidənəm (ə)”.
Yeganə Əli (ə) idi ki, Peyğəmbərin (s) qızı xanım Zəhraya (sə) həyat yoldaşı olmağa layiq idi. İmam Sadiq (ə) buyurur: Əgər həzrət Əli (ə) Fatimə (sə) ilə evlənməsəydi, Qiyamət gününə qədər Adəmdən və Adəmdən sonrasına qədər Fatimə (sə) üçün həmtay olmazdı.
Baxmayaraq Fatimənin (sə) mehriyyəsi az idi amma Əliyə (ə) qəlbində olan mehri-məhəbəti əvəzolunmaz idi. Həzrət Əli (ə) buyurar: “Fatiməyə (sə) baxanda qəm-qüssəmi unudardım”.
Bəli əziz möminlər bizim həqiqi öndərlərimiz bu cür sevib sevilirdi. Onlar bizə həyatımızın hər bir sahəsində örnək və nümunədirlər. Allah bizləri onlardan dünya və axirətdə ayrı salmasın. Zilhiccə ayının biri İmam Əli (ə) və xanım Zəhranın (sə) izdivac günü olduğundan bu gün müsəlman aləmində izdivac günü qeyd edilir. Bu mübarək gün münasibətilə bütün müsəlmanları və o Əhli-Beyt (ə) aşiqlərini öndə İmam Zaman (ə) və rəhbərimiz Xamenei cənabları olmaqla təbrik edirik.

 Əlavə olaraq aşağıdakı linklərdən də oxu!

BƏŞƏRİYYƏTƏ ÖRNƏK İZDİVAC

BİR İZDİVACIN DƏRSLƏRİ

 

Tags: PEYĞƏMBƏR (s) , HƏZRƏT ZƏHRA (s), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!