QƏBRİM ÜSTƏ YAZIN AYRILIQ ÇOX ÇƏTİN MƏRHƏLƏDİR

:

Atası İmam Museyi Kazimi (ə) şəhid etdikdən bir neçə il sonra əziz qardaşı İmam Rzanı (ə) da zahirdə belə görünməsə də əslində sürgün olaraq Xorasana çağırdılar.


Qardaş ayrılığına ürəyi dözmürdü. Beləliklə qardaşının şövqündən Xorasana doğru hərəkət etməyi qərara aldı. Lakin yolun yarısında Savə şəhərində zalım hökümət məmurları onun və karvanının qarşısını kəsərək Xorasana getməsinə mane oldular. Karvana hücum edən məmurlar Xanım Fatimeyi Məsumə (əs) ilə yol yoldaşı olanların bir hissəsini şəhid etdi.
Bu hadisənin qəm qüssəsindən və yaxud ona verilən zəhərə görə xanım möhkəm xəstələnir. Bundan sonra ətrafında olanlardan istədi ki, onu Qum şəhərinə yetirsinlər. Çünki əziz atasından eşitmişdi ki, “Qum şəhəri bizim şiələrimizin yeridir”.
Qum camaatı xanımı çox gözəl qarşılasalar da vəfasız dünya xanıma da vəfa etmədi. Beləliklə on yeddi gün Qumda yaşadıqdan sonra həmin xəstəliyin təsirindən fani dünyaya əbədi olaraq gözlərini yumdu. Qum camaatı çox böyük ehtiramla onu dəfn etdilər.
Xanım Məsumə (sə) də o şəxslərdən sayılır ki, Əhli Beytin (ə) hədislərində uca məqamı açıqlanmış və Qiyamət günündə şəfaətçi kimi tanıdılmışdır.
Xanımın ziyarətnaməsində də belə gəlmişdir: “Ya Fatimətu! İşfəili fil cənnəh” Ey Fatimeyi Məsumə (sə) Allah dərgahında cənnət üçün mənə şəfaət et. “Fə innə ləki, indəllahi şənən minəş şən” həqiqətən sən Allah yanında uca məqam sahibisən.
Bu əzəmətli xanımın mənəvi məqamı, ziyarətinin ən fəzilətli ziyarətlərdən olmasına səbəb oldu. Necə ki, bunu İmam Rza (ə) belə buyurur: “Mən zarəha arifən bihəqqiha, fələhul cənnəh” hək kəs xanım Fatimeyi Məsumənin (sə) haqqını tanıdığı halda onu ziyarət edərsə mükafatı cənnətdir.
Əziz və dəyərli izləyicilərimiz. Xanım Fatimeyi (s) Məsumənin qəlb dağlayan müsibətli vəfatı münasibətilə mövlamız Həzrət İmam Zamana (əc) və haqq naibi həzrət Ayətullah Xamenei cənablarına sonra isə siz əzizlərə dərin hüznlə başsağlığı verir və hər birinizə uca Allahdan səbir diləyirik. Allah o xanımı bizlər üçün Qiyamət günü şəfaətçi qərar versin. Amin!

Rizvan.net İslam Maarifi Jurnalı

XANIM MƏSUMƏ(SƏ)NİN HƏYATI

Tags: ƏHLİ-BEYT (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!