XANIM ZEYNƏBİN (S) TƏVƏLLÜDÜNDƏ NƏ BAŞ VERDİ?

:

XANIM ZEYNƏBİN (s) TƏVƏLLÜDÜNDƏ NƏ ÜÇÜN HƏZRƏT PEYĞƏMGƏR (s) AĞLADI

Zeynəbi Kübra (s) Camadiul Əvvəl ayının beşi,, hicrətin beşinci ya altıncı ili Mədinə şəhərində dünyaya göz açdı. Bu əziz körpənin doğum xəbəri həzrət Rəsulullaha (s) çatdı. Allah Peyğəmbəri (s) onu görmək üçün əziz qızı xanım Fatimeyi Zəhranın (s) evinə gəlib qızına belə buyurdu: qızım, Fatimə can! Körpəni yanıma gətir görüm onu.

Xanım Fatimə (s) əziz körpəsini sinəsinə sıxıb onun gözəl yanaqlarını öpdü və sonra sevimli atasına verdi. Peyğəmbər (s) qəlbinin meyvəsi olan xanım Zəhranın (s) övladını qucağına alıb üzünü onun üzünə qoyub göz yaşı axıtdı. Həzrət Fatimeyi Zəhra (s) bu səhnəni görəndə çox nigaran olub atasından soruşdu: Ata, nə üçün ağlayırsan? Allah Rəsulu (s) buyurdu: buna görə ağlayıram ki, mən və sənin vəfatımızdan sonra mənim bu sevimli qızımın qəmli taleyi olacaq. Gözümdə onun hansı çətinliklərlə üzləşdiyi canlandı. Allahın razılığı üçün necə böyük müsibətlərə qucaq açacaq. Həzrət Peyğəmbər (s) göz yaşı axıdaraq əziz nəvəsini öpürdü. Sonra qızı xanım Fatiməyə (s) buyurdu: ey canımın bir parçası və gözlərimin nuru, Fatimə can! Kim Zeynəbə və onu müsibətlərinə göz yaşı axıdarsa, onun iki qardaşı Həsən və Hüseynə göz yaşı axıdan şəxsin savabını ona verəcəklər.1
Rəvayət olunur həzrət Zeynəbin (s) təvəllüdündən sonra üç yaşı Hüseyn (ə) Allah Peyğəmbərinin (s) yanına gəlib belə buyurdu: “Allah mənə bir bacı əta edibdir”. Peyğəmbər (s) bu sözü eşidəndə qəmgin olub göz yaşı axıtdı. Hüseyn (ə) soruşdu: nə üçün qəmgin olub ağladın? Peyğəmbər (s) buyurdu: “ey gözlərimin nuru, bunun sirri tezliklə sənə aydın olacaq”. Nəhayət bir gün həzrət Cəbrail ağlar halda Allah Rəsulunun yanına gəldi. Peyğəmbər (s) onun ağlamaq səbəbini soruşduqda Cəbrail (ə) ərz etdi: “bu qız (Zeynəb) ömrünün əvvəlindən sonuna qədər həmişə bəla, çətinlik və qəm-qüssə ilə çarpışacaq. Sənin ayrılıq müsibətinin ağrısı, anasını itirmə acısı, sonra qardaşı Həsənin (s) müsibəti və bu müsibətlərdən ən ağrılı olanı isə qəlb dağlayan Kərbəla acısına giriftar olacaq. O zaman qəddi bükülüb saçı ağaracaq. Həzrət Peyğəmbər (s) şiddətlə ağlayaraq göz yaşından islanan üzünü həzrət Zeynəbin (s) üzünə qoydu, xanım Zəhra (s) bunun səbəbini soruşdu. Allah Rəsulu (s) həzrət Zeynəbə (s) üz verəcək müsibətlərin bir hissəsini xanım Zəhra (s) üçün açıqladı. Həzrət Zəhra (s) soruşdu: ey ata! Qızım Zeynəbə (s) ağlayan şəxsin mükafatı nədir? Həzrət Peyğəmbər (s) buyurdu: “o şəxsin mükafatı, Həsən və Hüseynə (Allahın salamı o ikisinə olsun) ağlayan şəxsin mükafatıdır.2

HƏZRƏT ZEYNƏBƏ (S) AD QOYMA MƏRASİMİ

Həzrət Zeynəb (s) dünyaya göz açdıqdan sonra anası xanımlar xanımı Fatimeyi Zəhra (s) onu atası möminlər ağası və əmiri həzrət İmam Əlinin (canlar ona fəda olsun) yanına gətirib dedi: “bu körpəyə ad qoyun!”. Həzrət buyurdu: mən Allahın Rəsulundan (s) irəli keçməyəcəm. Bu günlərdə həzrət Peyğəmbər (s) səfərdə idi. Səfərdən qayıtdıqdan sonra əmirəl-möminin İmam Əli (ə) o həzrətə buyurdu: körpə üçün bir ad seçin. Allah Rəsulu (s) buyurdu: “mən Allahımdan önə keçmərəm”. Bu zaman cənab Cəbrail (ə) nazil ilub Allahın salamını Peyğəmbərə (s) çatdırıb dedi: Bu köpənin adını Zeynəb (s) qoyun! Böyük Allah bu adı onun üçün seçmişdir. Sonra o həzrətə üz verəcək müsibətləri və çətinlikləri danışdı. Peyğəmbər (s) ağlayaraq buyurdu: hər kəs bu qıza ağlasa, qardaşı Həsən və Hüseynə ağlayan şəxs kimidir.3
--------------------
1 - Xitabəye Zeynəbi Kubra (s), Poştevaneye Emam Huseyn (ə), s55-57. Tərazul Məzhəb, s22-32
2 - Zeynəbi Kubra, s139. Şəhid Avini saytına istinadən.
3 - Fatimeyi Zəhra (s) dele Peyambər (s), s854

 

 

Tags: ƏHLİ-BEYT (ə), MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!