İMAM KƏLMƏSİ QURANDA 12 DƏFƏ GƏLMİŞDİR!!!

:

Imam” kəlməsi Qurani-kərimdə 12 yerdə zikr olunub. Yeddi yerdə tək halda (“İmam”: “Bəqərə” 124, “Hud” 17, “Hicr” 79, “Isra” 71, “Furqan” 74, “Yasin” 12, “Əhqaf” 12), qalan 5 yerdə isə cəm halında (“əimmət”: “Tovbə” 12, “Ənbiya” 73, “Qəsəs” 5 və 41, “Səcdə” 12) gəlmişdir.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Hər bir şeyin bir qəlbi vardır, Quranın qəlbi də “Yasin” surəsidir.”
Quranın qəlbi “Yasin” surəsidir, onun 12-ci ayəsində (imamların sayı 12 nəfər olduğu üçün) buyurulur: “...Biz hər bir şeyi Mübin (hər şeyi bəyan edən) İmamda (onun qəlbində)  təsbit etmişik (bir yerə yığmışıq).”
Sünnü mühəddisləri Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən çoxlu rəvayətlərdə belə nəql etmişlər: “Məndən sonra xəlifələr on iki nəfərdir və onların hamısı da Qüreyşdəndir.”
Cabir ibni Sümrət isə belə nəql edir: “Atam ilə birlikdə Peyğəmbər(s)in yanında idik. O həzrətin belə buyurduğunu eşitdim: “Məndən sonra on iki xəlifədir.” Sonra səsini alçaltdı. Atamdan soruşdum ki, Həzrət nə buyurdu? Atam dedi: “Buyurdu ki, o xəlifələrin hamısı Bəni Haşimdəndir.” “Müsnədi-Əhməd”, 5-ci cild, səh.89, 90, 92; “Müstədrəki Hakim”, 4-cü cild, səh.401; “Məcməüz-zəvaid”, 5-ci cild, səh.190; “Kənzül-ümmal”, 6-cı cild, səh.201 və 206; “Səhihi-Buxari”, 9-cu cild, səh.101; “Səhihi-Müslüm”, 2-ci cild, səh.192; “Tarixül-xüləfa”, səh.10; “Sünəni-Tirmizi”, 2-ci cild, səh.35; “Yənabiül-məvəddət”, səh.444 və s.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!