FƏDƏK BAĞI - QƏSB OLUNMUŞ BİR MƏKAN

:

Allahın adı ilə
İslamın enişli-yoxuşlu tarixinə nəzər saldıqda Həzrət Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələr içində iki böyük və eyni zamanda olduqca siyasi hadisə insanın nəzərini özünə cəlb edir.

Bu hadisələrdən biri hamımıza bəlli olan acı “Səqifə” hadisəsi yəni İmam Əlinin (ə) xilafətinin qəsb olunması digəri isə bundan daha acı olan Peyğəmbərdən (s) qızına miras qalan “Fədək” bağının qəsb olunması. Bu acı hadisə haqqında danışmamışdan qabağ yaxşı olar ki, bu bağ haqqında geniş məlumat verək.

FƏDƏK ƏRAZİSİNİN STRATEJİ ƏHƏMİYYƏTİ
Fədək - Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrliyində, keçmişdə su və bulaqları olan bir kənddir. Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması dolu böyük bir kənd var. Fədək Xeybər qalasının yaxınlığında idi və hicaz yəhudilərinə strategiya baxımından çoxlu önəm daşıyırdı. İslam ordusu yəhudiləri xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparılması üçün Peyğəmbər (s) Muhit adlı bir səfiri Fədəkin başçılarının yanına göndərdi. Fədək başçıları sülhü savaşa üstün görüb və təəhüd etdilər ki, Fədəkin məhsullarının yarısını ildə müsəlmanlara göndərib İslam bayrağı altında yaşasınlar.

FƏDƏK İLAHİ BİR ƏRMƏĞAN İDİ
Qeyd etdik ki, Fədək yəhudilərin yaşadığı məntəqələrdən biri idi ki, xurma bağları ilə göz oxşayan və strateji baxımdan da olduqca əhəmiyyətli bir torpaq sahəsi idi. Xeybər fəth olunandan sonra hicrətin yeddinci ilində Fədək bağı heç bir döyüş olmadan Həzrət Peyğəmbərə (s) təhvil verildi. Əslində möhkəm bir qala olan Xeybər qalası, Fədək və onun ətraf məntəqəsi fəth olandan sonra yəhudilər İslam ordusu müqabilində öz acizliyini anlayıb mübarizə apara bilmədiklərini düşünüb Peyğəmbərə (s) sülh yolu ilə yaltaqlanaraq torpaqlarının yarısını Peyğəmbərə (s) saxlayıb yarısını özlərinə götürdülər. Bundan əlavə əkinçilik səhmi də onların öz öhdələrində olaraq Fədək bağını Peyğəmbərə (s) hədiyyə etdilər.
İslam hökmlərinə əsasən döyüşsüz Peyğəmbərə (s) verilən bu qəbildən olan mallar o Həzrətin özünə məxsusdur və Peyğəmbər (s) də özü məsləhət bildiyi kimi ondan istifadə edə bilər. Allah Təala Qurani-Kərimdə bu cür mallar haqqında belə buyurur:
"وَ ما أَفاءَ اللَّهُ عَلى‏ رَسُولِهِ مِنْهُمْ فَما أَوْجَفْتُمْ عَلَیْهِ مِنْ خَیْلٍ وَ لا رِكابٍ وَ لكِنَّ اللَّهَ یُسَلِّطُ رُسُلَهُ عَلى‏ مَنْ یَشاءُ وَ اللَّهُ عَلى‏ كُلِّ شَیْ‏ءٍ قَدیرٌ"
"Allah onlardan Öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız, nə də dəvə sürmüsünüz. Lakin Allah Öz peyğəmbərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir".
Quranın təfsir alimləri bu ayənin təfsirində belə yazırlar: “Bu ayə Bəni Nəzirin qənimət hökmünü bəyan edir və eyni halda ümumi bir qanunu bəyan edir ki, heç bir əziyyət çəkilmədən müsəlmanlara verilən qənimət “fiə” adlanır. Bütün hallarda qənimət ələ gətirmək üçün heç bir savaş olmadan bir qənimət ələ gələrsə həmin qənimət heç bir müsəlmana aid olmur və tamamilə müsəlmanların rəhbərinin ixtiyarında olur. O, da özünün məsləhət bildiyi kimi Həşr surəsinin yeddinci ayəsində bəyan olunan yerlərə xərcləyir.

TARİXÇİLƏR VƏ TƏDQİQATÇILARIN ETİRAFI
Şiə və sünnülərin böyük tarixçiləri heç bir ixtilaf olmadan bu mövzüda yekdil nəzər verərək etiraf edirlər ki, Fədək məntəqəsi yəhudilərlə heç bir savaş olmadan Peyğəmbərə (s) hədiyyə olunub. Misal üçün qeyd edək ki, İbn Hişam öz tarix kitabında bu cür yazır:
فَکَانَتِ فَدک لِرسُولِ الله صلی الله علیه و اله و سلم خَاِلصه لَه لِاَنه لَم یوجف علیها بخیل و لارکاب
"Heç bir at çapılmadan Fədək Peyğəmbərin (s) oldu". 

SÜNNİ MƏNBƏLƏRİNƏ ƏSASƏN FƏDƏK BAĞININ PEYĞƏMBƏR (S) TƏRƏFİNDƏN XANIM ZƏHRAYA (SƏ) BAĞIŞLANMASI
Baxmayaraq ki, Fədək əvvəlcə Peyğəmbərə (s) hədiyyə olundu və tarix kitabları da buna şəhadət verdi. Lakin qətiyyətlə deyə biləcəyimiz budur ki, Peyğəmbər (s) öz həyatı dönəmində bu bağı xanım Fatimeyi Zəhraya (sə) hədiyyə etmişdir. Buna görə də bu məntəqənin malikiyyəti hədiyyə vasitəsilə xanım Zəhranın (sə) ixtiyarına keçmişdir, nəinki irs yolu ilə. Sünni mənbələri də bu məsələni etiraf etmişlər. Nümunə üçün bir neçə hədisə işarə edirik: Süyuti öz təfsirində Əbu Səid Xudridən nəql edərək belə yazır:
لما نزلت «وَ آتِ ذَا الْقُرْبى‏ حَقَّه و حقّ نزدیكان را بپرداز،» اَعطی رسول الله(صلی الله علیه و آله) فاطمه فدکا
"İsra surəsinin 26-cı– qohumlarının haqqını ödə - ayəsi nazil olanda Allahın Rəsulu (s) Fədəki xanım Fatiməyə (sə) bağışladı".
Yənabiul-Məvəddəh kitabında da belə yazılır: "İsra surəsinin 26-cı ayəsi nazil olanda Həzrət Peyğəmbər (s) Fatiməni (sə) çağırdı və Fədək bağını ona bağışlayaraq dedi: bu həmin hissədir ki, Allah sənin üçün və səndən sonra (nəslin) üçün qərar vermişdir".
Hakim Həsəkani də Şəvahidut-Tənzil kitabının 1-ci cildinin 570-ci səhifəsində Rum surəsinin 38-ci ayəsinin nazil olması ilə bağlı bu mövzuda oxşar fikir qeyd etmişdir.

FƏDƏK ALLAH TƏRƏFİNDƏN XANIM ZƏHRAYA (SƏ) HƏDİYYƏ İDİ
Yuxarıda qeyd etdiyimiz mətləblərdən belə nəticə almaq olur ki, Peyğəmbər (s) Fədək bağını Allahın əmri ilə öz qızı xanım Fatimeyi Zəhraya (sə) hədiyyə etmişdir. Bu nöqtəni öncə yazdıqlarımız təsdiq edir. Bundan əlavə Əllamə Təbatəbai də Həşr surəsinin yeddinci ayəsinin təfsirində mühüm bir nöqtəyə işarə edir: bu ayənin zahirindən nəticə almaq olur ki, altıncı ayədə deyilən “Fiə”nin istifadə olunduğu yerləri (yeddinci ayə) bəyan etmək istəyir. Bəni Nəzirə aid olan ayədəki “Fiə” başqa “Fiə”lərdən ümumiliyi vardır.
1. Ayədə olan - Allah üçündür və Peyğəmbər üçündür – yəni “Fiə”nin bir hissəsi Allahın başqa bir hissəsi Peyğəmbərindir (s). Allahındır deməyimizdə məqsəd budur ki, Peyğəmbərin (s) nəzarəti altında Allahın razılığı yolunda istifadə olunmalıdır.
2. Ayədə olan – qohumlarındır – deməklə qohumlarda məqsəd Peyğəmbərin (s) qohumlarının və ailəsinindir. Bu söz mənasız olar ki, qohumları möminlərə şamil edək (yaxud möminlərin qohumlarına şamil edək).

NƏTİCƏ
Allah Təala “Fiə”nin istifadə olunma yerlərini açıqlayandan sonra təkidlə yenidən hamının bu ilahi göstərişə əməl etməyini lazım bilir və bu əmrə tabe olmamaqdan möminləri və müsəlmanları çəkindirərək Həşr surəsinin yeddinci ayəsində buyurur: “Allahın Peyğəmbəri sizə nəyi verirsə onu alın və sizi nədən çəkindirirsə ondan çəkinin. Allahdan qorxun, həqiqətən Allahın əzabı şiddətlidir”.
Lakin buna baxmayaraq o məmləkətin müsəlmanları bu ilahi əmri ayaq altına atıb ona əməl etmədən xanım Fatimeyi Zəhranın (sə) haqqını qəsb etdilər.
Sonda bir dua: Allahım xanım Fatimeyi Zəhranın (sə) qəsb olunmuş haqqına and veririk Səni, bizim aqibətimizi xeyirli, axirətimizi abad elə!

Hazırladı: Rizvan.net saytı
Yazının hazırlanmasında tebyan.net saytından istifadə olunmuşdur

 

Tags: HƏZRƏT ZƏHRA (s), TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!