MÜBARƏK RAMAZAN AYININ 3-CÜ GÜNÜ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
:

3 Ramazan - hicri-qəməri təqvimi ilə Ramazan ayının üçüdür və ilin 239-cu günüdür.

  • Həzrət İsaya İncilin nazil olması (bir rəvayətə əsasən)

Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməllər də nəql edilmişdir:

 

Ramazan ayının üçüncü gününün xüsusi əməlləri və duaları

Namaz

  • On rükət namaz qılınması müstəhəbdir (5 ədəd iki rükət-iki rükət) Hər rükətdə Həmd surəsindən sonra əlli dəfə İxlas surəsi oxunmalıdır.

Günün duası

اَللّهُمَّ ارْزُقْنِی فِیهِ الذِّهْنَ وَ التَّنْبِیهَ

وَ بَاعِدْنِی فِیهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِیهِ وَ اجْعَلْ لِی نَصِیبا مِنْ کلِّ خَیرٍ تُنْزِلُ فِیهِ

بِجُودِک یا أَجْوَدَ الْأَجْوَدِینَ

Oxunuşu: Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.

Tərcüməsi: İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

Məqalənin hazırlanmasında  wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

  1.  https://lib.eshia.ir/71423/1/251 Seyyid ibn Tavus, İqbal, cild 1, səh.351

Tags: DUA, AİLƏ VƏ CƏMİYYƏT, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!