MÜBARƏK RAMAZAN AYININ 11-Cİ GÜNÜ

:

11 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 247-ci günüdür.

  • H.q 1425: Şiə hədisşünası Əli Əkbər Ğəffarinin vəfatı.
  • H.q 1435: Şəri-hakim Məhəmməd Məhəmmədi Gilaninin vəfatı.
  Ramazan ayının onbirinci gününün xüsusi əməlləri və duaları
Namaz
  • İki rükət namaz qılınmalıdır. Hər rükətdə Həmd surəsindən sonra iyirmi dəfə Kövsər surəsi oxunmalıdır.
Günün duası

اَللّهُمَّ حَبِّبْ إِلَیَّ فِیهِ الْإِحْسَانَ وَ کرِّهْ إِلَی فِیهِ الْفُسُوقَ وَ الْعِصْیانَ وَ حَرِّمْ عَلَیَّ فِیهِ السَّخَطَ وَ النِّیرَانَ

بِعَوْنِک یا غِیاثَ الْمُسْتَغِیثِینَ

Oxunuşu: Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.

Tərcüməsi: İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən !

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

1. https://lib.eshia.ir/71423/1/277c.1,s.277,s.277 

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!