MÜBARƏK RAMAZAN AYININ 14-CÜ GÜNÜ

:

14 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 250-ci günüdür.

  • H.q 60: Hani ibn Hani və Səid ibn Abdullah tərəfindən İmam Hüseynə (ə) kufəlilərin məktublarının çatması.
  • H.q 67: İmam Hüseynin (ə) intiqamı üçün qiyam edən Muxtar Səqəfinin öldürülməsi.
  • H.q 666: Antakyanın xaçlıların əlindən müsəlmanlar  tərəfindən alınması.
  • H.q 1248: Vəhid Behbəhaninin şagirdlərindən, şiə arifi və fəqihi Şəmsuddin Behbəhaninin vəfatı.
  Ramazan ayının on dördüncü gününün xüsusi əməlləri və duaları
14-cü gecənin əməlləri

Dörd rükət namaz qılınmalıdır.(iki rəkət- iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra otuz dəfə Yasin surəsi, Mülk surəsi və Tövhid surəsi oxunmalıdır.

Günün namazı
  • Altı rükət namaz qılınmalıdır.(iki rəkət- iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra otuz dəfə Zilzal surəsi oxunmalıdır.
Günün duası
اَللّهُمَّ لاتُؤَاخِذْنِی فِیهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِی فِیهِ مِنَ الْخَطَایا وَ الْهَفَوَاتِ وَ لاتَجْعَلْنِی فِیهِ غَرَضا لِلْبَلایا وَ الْآفَاتِ بِعِزَّتِک یا عِزَّ الْمُسْلِمِینَ

Oxunuşu: Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.

Tərcüməsi: İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]

  1.  https://lib.eshia.ir/71423/1/289

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!