TÖVBƏNİN FAYDALARI

:

Tövbənin faydası və bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə də buna geniş yer ayrılıb. Onlardan bəzilərini nəzərinizə çatdırırıq:

Günahları yuyub aradan aparar: Tövbə günahları məhv edir. Aşağıda qeyd edilən ayədə buna işarə olunur:

1“یا اَیُّهَا الَّذینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَّصُوحاً عَسى رَبُّکُمْ اَنْ یُّکَفِّرَ عَنْکُمْ سَیِّیاتِکُمْ”

“Ey iman gətirənlər! Allaha səmimi və xalis olaraq tövbə edin. (Bu işlə) Sizin Rəbbiniz günahlarınızı bağışlayacağına ümid var...”.

Yer və göyün bərəkətini nazil edər

Tövbə yerin-göyün bərəkətini tövbəkarlara nazil edir: Necə ki, “Nuh” surəsinin 10-12-ci ayələrində gəlmişdir:

“فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّکُمْ اِنَّهُ کانَ غَفّاراً ـ یُرْسِلِ السَّماءَ عَلَیْکُمْ مِدْراراً ـ وَ یُمْدِدْکُمْ بِاَمْوال وَ بَنیْنَ وَ یَجْعَلْ لَّکُمْ جَنّات وَ یَجْعَلْ لَکُمْ اَنهاراً”

“Onlara (Nuh qövmünə) dedim: Rəbbinizdən əfv diləyin ki, O çox bağışlayandır. O, sizin üzərinizə bol-bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!”.
Günahları savaba çevirər: Tövbə günahların üstünü örtməklə qalmır, həm də onları yaxşılığa çevirir. Necə ki, “Furqan” surəsinin 70-ci ayəsində belə buyurulur:

“اِلاّ مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ عَمَلاً صالِحاً فَاُولیِکَ یُبَدِّلُ اللّهُ سَیِّیاتِهِمْ حَسَنات”

“Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər”.

Günahın izlərini örtər: Tövbə xalis olarsa, Allah günahın təsirlərini elə örtər ki, hətta əməlləri yazmağa məmur edilmiş mələkləri unutmağa vadar edər və qiyamətdə şahid qismində üzünə duracaq bədən üzvlərinə əmr verər ki, günahlarını gizlətsinlər. Üzərində günaha mürtəkib olduğu və qiyamətdə şahid olacaq yerə də tapşırar ki, ört-basdır etsin. Belə ki, qiyamət günü məhşərə gələndə heç kəs və heç nə onun əleyhinə şəhadət verməyəcək.
Hədisin mətni belədir: İmam Sadiq (ə) buyurur:

“اِذا تابَ الْعَبْدُ تَوْبَهً نَصُوحاً اَحَبَّهُ اللّهُ وَ سَتَرَ عَلَیْهِ فى الدُّنیا وَ الاْخِرهِ فَقُلْتُ وَ کَیْفَ یَسْتُرُ عَلَیْهِ؟ قالَ یُنْسى مَلَکَیْهِ ما کَتَبا عَلَیْهِ مِنَ الذُّنُوبِ وَ یُوحى اِلى جَوَارِحِهِ اُکْتُمى عَلَیْهِ ذُنُوبَهُ، وَیُوحى اِلى بِقاع الاْرِضِ اُکْتُمى ما کانَ یَعْمَلُ عَلَیْکِ مِنَ الذُّنُوبِ فَیَلْقَى اللّهَ حینَ یَلْقاهُ وَلَیْس شَىْءٌ یَشْهَدُ عَلَیْهِ بِشَىْء مِنَ الذُّنُوبِ”2

Qiyamətdən qurtuluş: Məsumlardan (ə) nəql edilən bir hədisdə deyilir:

“اِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ اَعْطَى التَّایِبِینَ ثَلَاثَ خِصَالٍ لَوْ اَعْطَى خَصْلَهً مِنْهَا جَمِیعَ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرْضِ لَنَجَوْا بِهَا، قَوْلُهُ عَزَّ وَ جَلَّ «اِنَّ اللَّهَ یُحِبُّ التَّوَّابِینَ وَ یُحِبُّ الْمُتَطَهِّرِینَ»3، فَمَنْ اَحَبَّهُ اللَّهُ لَمْ یُعَذِّبْهُ، وَ قَوْلُهُ «اَلَّذینَ یَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ یُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَ یُوُمِنُوَنَ بِهِ وَ یَسْتَغْفِروُنَ لِلَّذینَ آمَنُوا رَبَّنا وَسِعْتَ کُلَّ شَىْء رَحْمَهً وَ عِلْماً فَاغْفِرْ لِلَّذینَ تابُوا وَ اتَّبَعُوا سَبِیلَکَ وَقِهِمْ عَذابَ الْجَحِیمِ * رَبّنا وَ اَدْخِلْهُمْ جَنّاتِ عَدْن اَلَّتى وَ عَدْتَهُمْ وَ مَنْ صَلَحَ مِنْ آبایِهِمْ واَزْواجِهِمْ وَ ذُرِّیّاتِهِمْ اِنَّکَ اَنْتَ الْعَزِیزُ الْحَکیمُ * وَقِهِمُ السَّیِّیاتِ وَ مَنْ تَقِ السَّیِّیاتِ یَوْمَیذ فَقَدْ رَحِمْتَهُ وَ ذالِکَ هُوَ الفَوزُ العَظیمُ»4، وَ قَوْلُهُ عَزَّ وَ جَلَّ «وَ الَّذِینَ لا یَدْعُونَ مَعَ اللَّهِ اِلهاً آخَرَ وَ لا یَقْتُلُونَ النَّفْسَ الَّتِی حَرَّمَ اللَّهُ اِلَّا بِالْحَقِّ وَ لا یَزْنُونَ وَ مَنْ یَفْعَلْ ذلِکَ یَلْقَ اَثاماً یُضاعَفْ لَهُ الْعَذابُ یَوْمَ الْقِیامَهِ وَ یَخْلُدْ فِیهِ مُهاناً اِلَّا مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ عَمَلًا صالِحاً فَاُوْلیِکَ یُبَدِّلُ اللَّهُ سَیِّیاتِهِمْ حَسَناتٍ وَ کانَ اللَّهُ غَفُوراً رَحِیماً”5,6

“Allah-taala (həqiqi) tövbəkarlara üç fəzilət verib. Onlardan birini bütün yer və göy əhlinə verərsə, onların nicatına bəs edər...”.
Bu üç xüsusiyyət Allah sözünün məzmunudur. Allah onlardan biri barədə buyurur: “Allah tövbəkarları və pakizə insanları sevir”.
Məsum (ə) davamında buyurur: “Allah, sevdiyi kəsə əzab verməz”. Növbəti sözün məzmunu (“Mumin” surəsinin 7-9-cu ayələri) budur ki, tövbəkar Allahın lütf və məhəbbətini qazandığı üçün ərşi daşıyanlar ona əfv diləyər, özünün və ailəsinin ali behiştə, Ədn cənnətlərinə daxil olmasını istəyərlər.
Üçüncü sözün məzmunu (“Furqan” surəsi 68-ci ayə) da belədir ki, qiyamət günü tövbəkarların günahı xeyirə çevriləcək7.

Hazırladı: Seyid Azər Əhmədoğlu
www.mekarim.ir


1- “Təhrim” surəsi, ayə 8.
2- “Əl-Kafi” (Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, c. 2, səh. 436.
3- “Bəqərə” surəsi, ayə 222.
4- “Mumin” surəsi, 7-9-cu ayələr.
5- “Furqan” surəsi, ayə 68.
6- “Əl-Kafi”, Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, c. 2, səh. 436.
7- Ayətullah Nasir Məkarim Şirazinin “Quranda əxlaq” kitabından iqtibas edilib, c. 1, səh. 244.

 

Mətni səsləndirdi: ƏFSABƏ TAĞIYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: SUALLARA CAVAB, MƏQALƏLƏR, AİLƏ VƏ CƏMİYYƏT, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!