HƏZRƏT MUHƏMMƏDİN (s) DAVRANIŞI

:

ŞƏXSİ MƏSƏLƏLƏRDƏ YUMŞAQLIQ , ƏSAS MƏSƏLƏLƏRDƏ İSƏ SƏRTLİK
Peyğəmbərin (s) mülayim olduğunu və bir rəhbərin də belə olmalı olduğunu deməkdə məqsəd budur ki, Peyğəmbər (s) əsas və ümumi məsələlərdə deyil, fərdi və şəxsi məsələlərdə yumşaq idi. Əsas məsələlərdə Peyğəmbərin (s) sərtliyi vardı. Yəni yumşalmazdı .

Bir nəfər Peyğəmbər (s) qarşı pis davransaydı, məsələn, Peyğəmbər (s) özünə hörmətsizlik etsəydi, bu, Peyğəmbərin (s) özü ilə əlaqədardı . Bir zaman da birisi İslam qanununu pozur, məsələn, oğurluq edirdi, Peyğəmbər (s) yumşaq idi - deməkdə məqsədimiz nədir ? Yəni birisi şərab içsəydi Peyğəmbər (s) " əhəmiyyəti yoxdur, qırmanc vurmayin, cazalandırmayın ” - deyərdi ?! Bu artıq Peyğəmbərin (s) şəxsiyyəti ilə deyil, İslam qanunu ilə əlaqədar idi. Görəsən, birisi oğurluq etsəydi , Peyğəmbər (s) yenə də " əhəmiyyəti yoxdur, cəzalandırılması lazım deyil ”, deyərdi ? Yox, əsla. Peyğəmbər (s) fərdi davranışda və şəxsi işlərdə yumşaq , ictimai vəzifə və məsuliyyətlərə gəldikdə isə son dərəcə şiddətli və sarsılmaz idi. Bir misal çəkirik : Bir nəfər küçədə Peyğəmbərin (s) qabağını kəsərək iddia edir ki , sən mənə borclusan və indicə borcumu verməlisən. Peyğəmbər (s) deyir : “ Əvvəla, mən sənə borclu deyiləm və boş yerə iddia edirsən . İkincisi , indi yanımda pul yoxdur , burax gedim ". O, deyir : “ Qoymaram bir addım da oyana keçəsən , ( Peyğəmbər (s) də namaz qılmağa getmək istəyir ) burada pulumu verməli və borcunu ödəməlisən ” . Peyğəmbər(s) ona nə qədər yumşaqlıq göstərirsə , o daha da sərtləşir . Nəhayət , Peyğəmbərlə (s) əlbəyaxa olur . Əbasını buraraq boynuna çəkir və Peyğəmbərin (s) boynu qızarır . Müsəlmanlar Peyğəmbərin (s) nədən gecikməyini bilməyə gəlib, bir yəhudinin belə bir iddiası olduğunu gördükdə kəskin rəftar etmək istəyirlər . Peyfəmbər (s) " iyiniz yoxdur , mən özüm dostumla nə etməli oldugumu bilirəm " - deyir va o qədər yumşaqlıq gösterir ki, yəhudi orada deyir : "Lailahe illallah, Muhammədən Rasulullah"  Sonra deyir : "Son malik olduğun bu qüdrətlə dözüm ( göstərirsən ?! ), bu dözüm adi bir adamda yox, peyğəmbərdə olar"
 Məkkənin fəth edildiyi zamanda Qüreyş əyanlarından bir qadın oğurluq etmişdi . İslam qanununun hökmü ilə oğrunun əli kəsilməlidir . Cinayət sübut edilib qətiləşən zaman , qadın oğurluğunu etiraf etdikdə, hökm icra edilməli idi . Bu zaman tapşırıqlar və araçılıqlar başlandı . Biri dedi : " Ey Allahın Rəsulu ! Mümkünsə, cəzalandırmaqdan vaz keçin. Bu qadın tanıdığınız filan möhtərəm şəxsin arvadıdır . Bir möhtərəm ailə biabır olar ” . Atası , qardaşı və başqa qohumu da gəlib xahiş etdilər . Peyğəmbər (s) buyurdu : " Bu iş qeyri - mümkündür . İslam qanununu dayandırımmı ? Bu qadın adamsız olub , əyan tayfadan olmasaydı, hamınız - hə! Oğrudur, cəzalandırılmalıdır, - deyəcəkdiniz . Aftafa oğrusu cəzalandırılsın . Yoxsulluqdan oğurluq etmiş bir yoxsul cəzalandırılsın . Lakin , bu qadın Qüreyş o yanlarından olduğuna və siz demişkən, bir varlı tayfanın biabır olacağına görə cəzalandırılmasın ?! Allahın qanunu dayandırılası deyil ” . Peyğəmbər (s) şəfaət və vasitəçilikləri qəbul etmədi . Demək, Peyğəmbər (s) şəxsi məsələlərdə çox yumşaq və güzəştə gedən olduğu halda, əsas məsələlərdə heç də güzəştə getməzdi. Bunlar bir-birilə qarışdırılmasın .
ÇAGIRIŞ VƏ TƏBLİGDƏ SƏRTLİKDƏN ÇƏKİNMƏK
Dəvət kobudluqla yanaşı olmamalidır, başqa sözlə, çağırış və təbliğ zorakılıq və macburiyyətlə ola bilməz.
"İslam çağırışı zorakılıq və məcburiyyətə əsaslanırmı?","İslam imanının təmali məcburiyyət üzərindədirmi?" -deyə, çox soruşurlar. Bu, xristian keşişlərinin çox təbliğ etdikləri məsələdir. İslamın adını "qılınc dini" qoymuşlar. Yani sırf qılıncdan istifadə edən bir din. İslam "qılınc dinidir" söyləyənlər demək istəyirlər ki, İslamın öz çağırışında işlətdiyi alət qılıncdır. Yəni necə ki, Quran demişdir "Yaxşı hikmət və öyüdlə Allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə apar".
Onlar bela göstərmək istəyirlər ki, İslam Peyğəmbərinin əmri "Qılıncla dəvət et" olmuşdur. Quran niyə "Yaxşı hikmət va öyüdlə Allahının yoluna çağır vo onlarla ən yaxşı yolla mübahisə et"- buyurduğunu və Peyğəmbərin əməldə belə olduğunu deyən yoxdur? Müxtəlif mövzuları bir-birinə qatıb, sonra deyirlar: İslam "qılıncla dəvət və təbliğ et"-dini olmuşdur. Hətta kitablarının bəzisində əziz Peyğəmbər (s)a hörmətsizlik edir, Onun barəsində bir əlində Quran, o biri əlində qılınc olan bir kişinin karikaturasını çəkirlər ki, adamların başı üstə dayanıb - "Ya bu Qurana iman gətirin, ya boynunuzu vuraram"-deyir. Keşişlər dünyada bu işlərdən çox görmüşlər.

Kitabın adı: PЕYĞӘMBӘRİN (S) DАVRАNIŞLАRINА BİR BАХIŞ
Hazırladı: Rəsul Mahmudzadə

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!