NƏHC-ül-BƏLAĞƏ - 147-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsinə dair dediyi, gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyi, camaata öyüd, nəsihət etdiyi, onları itaətə həvəsləndirdiyi) xütbələrindəndir.

(Allaha şükr və sənadan) sonra, Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) haqqa və doğruluğa seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirsin və Ona ibadətə, itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin. Bəndələrinin nadan olduqları halda Allahlarını tanısınlar deyə, inkar etdikdən sonra Onu etiraf və inanmadıqdan sonra varlığını sübut etmələri üçün onu (bütün üfüqlərdə) aydın, möhkəm və güclü etdiyi Qur’anla göndərdi. Sonra özü görülmədən, onlara göstərdiyi güc və qüdrətilə özünü kitabında onlara aşkar etdi.1 (Öz kitabında) onları öz əzəmət və şövkəti ilə qorxudub məhv etdiyi qövmü müxtəlif əzablarla necə puç etməsindən, aralarına qəzəb orağı atdığı dəstəni (aradan götürdüyündən) agah etdi.2 Məndən sonra tezliklə sizin üçün elə bir zaman gələcək ki, onda haqq və doğruluqdan daha gizli, batil və nadürüstlükdən daha aşkar, Allaha və Onun Peyğəmbərinə qarşı yalandan daha çox bir şey olmayacaq. O zəmanənin camaatı üçün doğru-düzgün oxunan (düzgün təfsir və tə’vil edilən) Qur’andan qiymətsiz, mənasını təhrif edib dəyişdiklərindən (onu nəfsi istəkləri və batil qərəzləri ilə uyğunlaşdırsalar) bol məhsul olmaz. Şəhərlərdə ləyaqətli işlərdən daha pis və pis işlərdən daha ləyaqətli iş olmaz. Qur’anı daşıyanlar (onunla tanış olub məlumatı olanlar) ona etinasız olar (göstərişinə uyğun rəftar etməzlər) və hafizləri isə (onu əzbərdən avazla oxuyanlar əməl vaxtı) unudarlar. Deməli, Qur’an və onun əhli (yol göstərən İmamlar əleyhimus-salam və ardıcılları) uzağa atılmışlar və cəmiyyət arasında deyillər.3 Bunların hər ikisi bir yolda bir-birinə yoldaşdır. (Qur’anın göstərişinə uyğun rəftar edirlər. Həmin zəmanə əhlindən) bir kimsə Qur’ana və əhlinə hörmət qoymayıb yanında saxlamayacaq. (Çünki nəfsinə uyğun gəlmir.) Deməli, Qur’an və onun əhli həmin zəmanədə (zahirdə) camaatın arasında, onlarla olsalar da (əslində) aralarında olmayıb, onlarla deyillər. Çünki zəlillik və azğınlıqla doğru yol, hidayət bir yerə sığışmaz. Həmin (azğın) camaat (Qur’andan) ayrılmaq üçün əl-ələ verəcək və insanlardan (Qur’ana tabe olanlardan) pərən-pərən düşəcəklər. Sanki (itaət edib ardınca getməli olduqları) Qur’an onların rəhbəri deyil, onlar Qur’anın rəhbərləridir!!! (Çünki onu öz batil qərəzləri və nadürüst düşüncələri əsasında təfsir, tə’vil edirlər.) Deməli, (Qur’anı arxaya atıb onun müddəalarına əməl etmədiklərinə görə) onlar üçün onun adından başqa bir şey qalmayıb və yazısından, xəttindən qeyri bir şeyini tanımırlar. Bu zəmanə gəlməmişdən qabaq (Bəni-Üməyyə və Bəni-Abbasın zülmü, sitəmi nəticəsində) yaxşı insanlara cürbəcür zülmlər olunacaq. Onların doğru sözünü Allaha yalan və böhtan sanacaq, yaxşı əməllərini çirkin işlərin cəzası ilə mükafatlandıracaqlar. (Çünki şəhvət və nəfslərinə tabe olaraq yaxşı insanların layiqli əməllərini nalayiq sanacaq və onları qətlə yetirəcək, incidəcəklər.) Sizdən əvvəl olanlar uzun arzularına və ölümləri naməlum olduğuna görə həlak olub əzab çəkərlər (uzun arzulardan çox asılı olub, ölümdən xəbərsiz qalarlar) ölüm onları yaxalayar. Elə bir ölüm ki, heç bir üzrü qəbul etməz, əllər tövbəyə, (çirkin əməllərdən) qayıdışa çatmaz (üzrxahlığa və tövbə etməyə macal olmaz) və müsibət, əzab (can vermək və əbədi əzab) onunla yoldaş olar.
Ey camaat! Allahdan öyüd-nəsihət istəyən kimsə (nəsihət qəbul edənin əməlləri və sözləri Allahın buyuruqlarına uyğun olsa, hər xeyir işdə) uğur qazanar. Onun sözünü (Qur’ani-Kərimi) kim öz yolgöstərəninə çevirsə, yolların ən davamlısı olan bir yola yönəldilər.4 Çünki Allahı tanıyan (Onun sözlərini öz bələdçisinə çevirən şəxs əbədi əzabdan) rahat və asudə olar. Onun düşməni (Ona ibadət və bəndəlikdən boyun qaçıraraq yoluna qədəm qoymayan) isə qorxudadır. Allahın əzəmət və böyüklüyünü tanıyan (Onun hər şeyə qadir olduğunu bilən) kimsənin özünü böyük sanması (Onun əmr və qadağalarına tabe olmaması) yaraşan deyil. Allah-təalanın böyüklüyünün həddi-hüdudunun olmadığını bilən şəxslərin ləyaqət və məqamlarının aliliyi Onun müqabilində təvazökar olmalarındadır (əmrlərinə uyğun rəftar etmələrindədir). Onun güc və qüdrətinin hər imkanın fövqündə dayandığını bilən kəslərin sağlığı (əzabdan xilas olmaları) Ona tabe olmalarındadır. Sağlam insan qoturludan, şəfa tapan xəstədən uzaq durduğu kimi haqdan (Onun əhlindən, yəni, din başçılarından) uzaqlaşmayın. Bilin, nə qədər ki, Onu tərk edəni (Ona itaət etməyənləri) tanımamısınız, doğru yolu (haqq dini) dərk etməyəcəksiniz. Heç vaxt Qur’anla əhd-peymanınıza sadiq qalmayacaqsınız (Allaha və peyğəmbərə iman gətirməyəcəksiniz), nə qədər ki, əhdini pozub peymanını sındıranı (onlara meyl etməyəni) tanımamısınız. Onu uzağa atanı (onun hökmlərinə əməl etməyəni) tanımayana qədər heç vaxt Allahın Kitabına əl vurmayacaqsınız (onun göstərişinə uyğun rəftar etməyəcəksiniz). (Doğru yola gəlməyəni, Qur’anla əhd-peymanlarını pozub onu tərk edənləri tanıdıqda və onlardan uzaqlaşdıqda) doğru yolu, əhd-peymana sadiqliyi, Qur’ana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar əleyhimus-salamdan) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Buna görə ki,) onlardır hökmləri (bəyan etdikləri şəriət hökmləri və ilahi vəzifələr) sizləri elm və biliklərindən (söz deməməli olduğu yerlərdə) sakit dayanmaları sözlərindən (bəyanlarının gözəlliyindən) və zahirləri batinlərindən agah edən. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü və imanlarının doğruluğundandır.) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub və hər eybdən, günahdan mə’sumdurlar) və (hökmlərin heç birində) bir-biri ilə ixtilafları yoxdur. (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə və ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr də, əslində din haqqın onlarla və onların haqla olduğunu deyir.)

ومن خطبة له عليه السلام 

الغاية من البعثة 

فَبَعَثَ اللهُ مُحَمَّداً بِالْحَقِّ لِيُخْرِجَ عِبَادَهُ مِنْ عِبَادَةِ الْأُوْثَانِ إِلَي عِبَادَتِهِ، وَمِنْ طَاعَةِ الشَّيْطَانِ إِلَي

طَاعَتِهِ، بِقُرْآن قَدْ بَيَّنَهُ وَأَحْکَمَهُ، لِيَعْلَمَ الْعِبَادُ رَبَّهُمْ إِذْ جَهِلُوهُ، وَلِيُقِرُّوا بِهِ بَعْدَ إِذْ جَحَدُوهُ، وَلِيُثْبِتُوهُ بَعْدَ إِذْ أَنْکَرُوهُ. فَتَجَلَّي لَهُمْ سُبْحَانَهُ فِي کِتَابِهِ مِنْ غَيْرِ أَنْ يَکُونُوا رَأَوْهُ، بِمَا أَرَاهُمْ مِنْ قُدْرَتِهِ، وَخَوَّفَهُمْ مِنْ سَطْوَتِهِ، وَکَيْفَ مَحَقَ مَنْ مَحَقَ بِالْمَثُلاَتِ، وَاحْتَصَدَ مَنِ احْتَصَدَ بِالنَّقِمَاتِ! 

الزمان المقبل 

وَإِنَّهُ سَيَأْتي عَلَيْکُمْ مِنْ بَعْدِي زَمَانٌ لَيْسَ فِيهِ شَيْءٌ أَخْفَي مِنَ الْحَقِّ، وَلاَ أَظْهَرَ مِنَ الْبَاطِلِ، وَلاَ أَکْثَرَ مِنَ الْکَذِبِ عَلَي اللهِ وَرَسُولِهِ، وَلَيْسَ عِنْدَ أَهْلِ ذلِکَ الزَّمَانِ سِلْعَةٌ أَبْوَرَ مِنَ الْکِتَابِ إِذَا تُلِيَ حَقَّ تِلاَوَتِهِ، وَلاَ أَنْفَقَ مِنْهُ إِذَا حُرِّفَ عَنْ مَوَاضِعِهِ، وَلاَ فِي الْبِلاَدِ شَيءٌ أنْکَرَ مِنَ الْمَعْرُوفِ، وَلاَ أَعْرَفَ مِنَ المُنکَرِ! فَقَدْ نَبَذَ الْکِتَابَ حَمَلَتُهُ، وَتَنَاسَاهُ حَفَظَتُهُ; فَالْکِتَابُ يَوْمَئِذٍ وَأَهْلُهُ طَرِيدَانِ مَنْفِيَّانِ، وَصَاحِبَانِ مُصْطَحِبَانِ فِي طَرِيقٍ وَاحِدٍ لاَ يُؤْوِيهِمَا مُؤْوٍ; فَالْکِتَابُ وَأَهْلُهُ فِي ذلِکَ الزَّمَانِ فِي النَّاسِ وَلَيْسَا فِيهِمْ، وَمَعَهُمْ وَلَيْسَا مَعَهُمْ! لِأَنَّ الضَّلاَلَةَ لاَ تُوَافِقُ الْهُدَي، وَإِنِ اجْتَمَعَا. فَاجْتَمَعَ الْقَوْمُ عَلَي الْفُرْقَةِ، وَافْتَرَقُوا عَنِ الْجَمَاعَةِ، کَأَنَّهُمْ أَئِمَّةُ الْکِتَابِ وَلَيْسَ الْکِتَابُ إِمَامَهُمْ، فَلَمْ يَبْقَ عِنْدَهُمْ مِنْهُ إِلاَّ اسْمُهُ، وَلاَ يَعْرِفُونَ إِلاَّ خَطَّهُ وَزَبْرَهُ، وَمِنْ قَبْلُ مَا مَثَّلُوا بِالصَّالِحِينَ کُلَّ مُثْلَةٍ، وَسَمَّوْا صِدْقَهُمْ عَلَي اللهِ فِرْيَةً، وَجَعَلُوا فِي الْحَسَنَةِ العُقُوبةَ السَّيِّئَةَ. وَإِنَّمَا هَلَکَ مَنْ کَانَ قَبْلَکُمْ بِطُولِ آمَالِهِمْ وَتَغَيُّبِ آجَالِهِمْ، حَتَّي نَزَلَ بِهِمُ الْمَوْعُودُ الَّذِي تُرَدُّ عَنْهُ الْمَعْذِرَةُ، وَتُرْفَعُ عَنْهُ التَّوْبَةُ، وَتَحُلُّ مَعَهُ الْقَارِعَةُ وَالنِّقْمَةُ. 

عظة الناس 

أَيُّهَا النَّاسُ، إِنَّهُ مَنِ اسْتَنْصَحَ اللهَ وُفِّقَ، وَمَنِ اتَّخَذَ قَوْلَهُ دَلِيلاً هُدِيَ (لِلَّتَي هِيَ أَقْوَمُ); فَإِنَّ جَارَ اللهِ آمِنٌ، وَعَدُوَّهُ خَائِفٌ، وَإِنَّهُ لاَ يَنْبَغِي لِمَنْ عَرَفَ عَظَمَةَ اللهِ أَنْ يَتَعَظَّمَ، فَإِنَّ رِفْعَةَ الَّذِينَ يَعْلَمُونَ مَا عَظَمَتُهُ أَنْ يَتَوَاضَعُوا لَهُ، وَسَلاَمَةَ الَّذِينَ يَعْلَمُونَ مَا قُدْرَتُهُ أَنْ يَسْتَسْلِمُوا لَهُ، فَلاَ تَنْفِرُوا مِنَ الْحَقِّ نِفَارَ الصَّحِيحِ مِنَ الْأَجْرَبِ، وَالْبَارِي مِنْ ذِي السَّقَمِ. وَاعْلَمُوا أَنَّکُمْ لَنْ تَعْرِفُوا الرُّشْدَ حَتَّي تَعْرِفُوا الَّذِي تَرَکَهُ، وَلَنْ تَأْخُذُوا بِمَيثَاقِ الْکِتَابِ حَتَّي تَعْرِفُوا الَّذِي نَقَضَهُ، وَلَنْ تَمَسَّکُوا بِهِ حَتَّي تَعْرِفُوا الَّذَي نَبَذَهُ. فَالْتَمِسُوا ذلِکَ مِنْ عِنْدِ أَهْلِهِ، فَإِنَّهُمْ عَيْشُ الْعِلْمِ، وَمَوْتُ الْجَهْلِ، هُمْ الَّذِينَ يُخْبِرُکُمْ حُکْمُهُمْ عَنْ عِلْمِهِمْ، وَصمْتُهُمْ عَنْ مَنْطِقِهِمْ، وَظَاهِرُهُمْ عَنْ بَاطِنِهِمْ، لاَ يُخَالِفُونَ الدِّينَ وَلاَ يَخْتَلِفُونَ فِيهِ، فَهُوَ بَيْنَهُمْ شَاهِدٌ صَادِقٌ، وَصَامِتٌ نَاطِقٌ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

148-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Qur’ani-Kərimin Bəqərə surəsinin 164-cü ayəsində buyurduğu kimi: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْض وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْض لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ Göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur göndərərək yenidən diriltməsində, yam-yaşıl etməsində, hər tərpənəni onun hər tərəfinə yaymasında, küləyin əsməsində, göylə yer arasında saxlanılmış buludların hərəkətində şübhəsiz ağıl sahibi və onun nişanələri barədə düşünən insanlar üçün əlamətlər vardır.
2. Necə ki, Qur’ani-Kərimin Ənkəbut surəsinin 34-35-ci ayələrində buyurulur: « إِنّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ وَلَقَد تَرَكْنا مِنْها آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ » Biz etdikləri pozğunluğa, itaətsizliyə görə bu şəhərin əhlinin (Həzrət Lutun-əla nəbiyyina və alihi və əleyhis-salam-qövmünün) başına göydən əzab endirdik. Biz düşünən bir qövm üçün o şəhərdə əzabdan aşkar bir nişanə qoyduq.
3. Çünki həmin dövrün adamları batilə üz tutaraq haqdan uzaq düşmüşlər və uzaq durmaları onların qovulması və yoxluqları deməkdir.
4. Allah-təala Qur’ani-Kərimin İsra surəsinin 9-cu ayəsində buyurur: إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ «Bu Qur’an ən doğru yola yönəldir».

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!