HƏZRƏT PEYƏMBƏRİN (S) SÖZLƏRİNƏ BİR BAXIŞ

:

Bu böyük şəxsiyyətin sözlərindən bir neçəsini sizə nəql edirəm, çünki xüsusilə dediyim keçmişləri nəzərə almaqla Peyğəmbərin (s) öz sözləri möcüzədir. (Alahın sözü olan Quran öz yerində qalsın) Ana bətnində ikən taleyin yetim qoyduğu, beş yaşında isə ana qayğısından məhrum qalan bu körpənin südəmərlik çağları çöldə keçmiş, savadsızlıq yurdu olan Məkkədə boya-başa çatmış, heç bir müəllim və tərbiyəçinin əli altında işləməmişdir. Onun səfərləri iki dəfə, o da Ərəbistan yarımadasından xaricə olan ticarət səfəri ilə məhdudlaşmışdır və heç bir filosof, həkim və alimlə rastlaşmamışdır. Buna baxmayaraq, Quran onun dilinə axır və müqəddəs ürəyinə nazil olur. Sonra özü bir sira sözlər deyir. Bu sözlar o qadər hikmətlidir ki, nəinki dünyanın bütün hikmətli sözləri ilə bərabərlik edir, həm də onlardan üstündür. Biz müsalmanlara gəldikdə isə onun sözlərini toplayıb düzgün yaymaq və araşdırmaq bacarığımızın olmaması başqa məsələdir.

Peyğəmbərin (s) sözləri müxtəlif mənbələrdə toplanıb. Mən qəsdən bunların bir hissəsini ən qədim qaynaqlardan nəql edirəm. Əldə olan və ya heç olmazsa mənim əlimdə olan əski qaynaqlardan biri Cahizin "Əl-bəyanü vət-təbyin" kitabıdır. Cahiz üçüncü əsrin ikinci yarısında yaşayıb. Yəni, sözlər təqribən üçüncü əsrin birinci yarısında yazılmışdır.Bu kitab hətta xaricilər və şərqşünasların etibarlı mənbələrindən sayılır. Bunlar elə sözlər deyil ki, sonralar nəql olunduğunu deyəsiniz. Yox, üçüncü əsrdə bir kitab şəklinə düşmüdür.Əlbəttə üçüncü əsrdən əvvəldə olmuşdur, çünki Cahiz bunları sənədlə nəql edir. Məsələn, siz bu böyük şəxsiyyətin ictimai məsuliyyətlər haqqinda nə dediyinə diqqət yetirin. Buyurur: "Bir neçə nəfər gəmiyə minib böyük dənizi keçirdilər. Gördülər ki, bir nəfər oturduğu yeri dəlir. Bunlardan biri gedib onun əlindən tutmadı, buna görə də su gəmiyə doldu və hamısı boğuldu. Fitnə-fəsad belədir." Açiqlamalıyıq ki, cəmiyyətdə bir nəfər pozğunluqla məşğul olub çirkin işlər görür, birisi də baxıb: "Başqasından mənə nə, məni onunla bir qəbrdə basdırmayacaqlar"- deyir. Lakin bilmir ki, cəmiyyət məsəl çəkdiyimiz kimidir. Bir gəmiyə su dolsa ve bu su bir nəfərin yerindən dolsa da, yalnız onu deyil, bütün sərnişinləri suda boğacaq.
Görəsən adəm övladının bərabərliyi haqda bundan yaxşı söz demək olar ki, "İnsanlar daraq dişləri kimi bir-birləri ilə bərabərdirlər" (Bir daraq da göstərib, göstərməməsini bilmirəm.) Darağa baxin, dişlərini görün, biri digərindən uzundurmu? Yox, insanlar daraq dişləri kimi bir-birilə bərabərdirlər. Görün! O mühitdə və o zamanda bir insan insanların bərabərliyi barədə belə danışır. Lakin, min dörd yüz ildən sonra hələ də kimsə bu qədər yüksək səviyyədə bir söz deməmişdir.
Vida həccinda fəryad edib buyurur: "Ey insanlar, bütün adamların Pərvərdigarı birdir Atanız birdir. Hamınız Adəmin (ə) övladısınız. Adəm də torpaqdan  yaranmşdır. Ərəb əcəmdən yalnız təqvada üstün ola bilər, başqa bir şeylə üstün deyil"
"Ey insanlar! Bütün xalqların Pərvərdigarı birdir və atası da birdir. Hamınız Adəm övladısınız. Adəm də torpaqdan yaranmışdır.Birisinin öz irqinə, öz soyuna, öz qohumuna və belə şeylərə görə fəxrr etməsinə yer qalmır. Hamınız torpaqdan yaranmısınız, torpaqla fəxr etmək olmaz. Demək, fəxr ruhi və mənəvi fəzilətlər və təqva ilədir. Fəzilət meyarı yalnız təqvadır və bundan başqa bir şey deyil",
Peygəmbərin (s) bu hədisini Üsuli-Kafi kitabından nəql edirəm:
"Müsəlmanın ürəyi üç şeyə xəyanət etməz : Allah yolunda çalışmaqda xalis olmaq, müsəlmanların rəhbərlərinə xeyirxahlıq etmək və onların birliyini qorumaq" Möminin ürəyində heç zaman üç məsələdə xalis niyyətdən başqa heç nə olmaz, yəni onun üç şeydə xəyanət etməsi qeyri-mümkündür. Biri, Allah üçün əməldə xalis olmaqdir, bir mömin öz əməlində riya etməz. İkincisi, müsəlmanların həqiqi rəhbərlərinə xeyirxahlıq etməkdir. Yəni müsəlmanların xeyri ugrunda xeyirxah olmaq və rəhbərlərini xeyir işlərə hidayət etmək. Üçüncüsü, müsəlmanların birlik və ittifaq məsələsi, yəni nifaq salmamaq, müsəlman cəmiyyətini dağıtmamaq məsələsidir.
Bu cümlələri təkrar eşitmisiniz: "Hamınız (bir-birinizə) qoruqçu va məsulsunuz."
"Müsəlman odur ki, müsəlmanlar onun dili və əlindən amanda qalsınlar. 
"Bir ümmət ki, zəifləri haqlarını güclülərindən dilləri tutmadan va qorxmadan ala bilmirlər, müqəddəsliyə çatmaz."
Hər bir millət müqəddəslik rütbəsinə yalnız bir yolla çata bilər: zəif adamları dilləri tutulmadan hüquqlarını zorlulardan ala bildikləri vaxt. Görün, sirə (Peyğəmbərin xüsusiyyətləri, davranışı) nədir və nə edir?! Səhabələri nəql etmişlər ki, risalət dövründə bir səfərdə onun qulluğundaydıq. Bir mənzildə daynmişdıq və orada xörək hazirlanmali idi. Camaatin kəsib, ətindən məsələn, bozbaş bişirib yeməsi üçün bir qoyun gətirmişdik. Səhabələrdən biri başqasına deyir "qoyunun başın mən kəsərəm", Başqası "dərisini soyaram" və üçüncüsü, məsələn, "mən də bişirərəm" deyir. Əziz Peyğəmbər (s)-"Çöldən odunu da mən yiğaram"- buyurur.
Səhabələr dedilər: "Ey Allahın Rəsulu! Biz özümüz bu işləri görməyə canla-başla haziriq. Sən öz yerində əyləş. Biz özümüz bütün işləri görərik." Buyurdu: "Bəli! Bilirəm! Mən demədim ki, siz görməyəcəksiniz, lakin məsələ başqadır." Sonra bu cümləni buyurdu:
"Doğrudan da Allah başqaları arasında özünü üstün bilən bir bəndəni görməyi sevməz."
"Allah başqa bəndələr arasında özünü üstün bilən bir bəndəni görməyi sevməz. Mən burada otursam və yalnız siz gedib işləsəniz, onda özümü sizdən üstün bilmişəm. Allah bir bəndənin özünü belə vəziyyətə salmasıni sevməz." Görün nə qədər dərindir!
Bu günkü dillə desək, "özünə inanmaq" məsələsi, əlbəttə Allaha etimad müqabilində yox, başqa insanlara inanmaq qarşısında olduqca doğru sözdür. Nəfsə inanmaq çox düz sözdür. Nəfsə inanmaq başqa insana arxalanmamaq, öz ișini imkan daxilində özü görmək və kimsədən xahiş etməmək mənasinadır. Görün, bu tərbiyələr nə qədər yüksəkdir! "Buistu liutəmmimə məkariməl əxlaq" nə deməkdir? Yenə də səhabələri nəql etmişlər ki, səfərlərin birində bir mənzildə miniklərdən endik. Hamı dəstamaz alıb namaza hazırlaşmaq üçün dağıldı. Gördük Peyğəmbəri-əkrəm miniyindən endikdən sonra bir istiqamətdə getdi. Bir qədər uzaqlaşdıqdan sonra gözlənilmədən qayıtdı. Səhabələr öz-özlərinə belə düşündülər ki, görəsən Peyğəmbər (s) nə üçün qayıtdı? Bu gün burada qalmaq qərarından vaz keçmişdirmi? Hami onun hazırlaşın, gedək",-əmrini gözəyir. Lakin Peyğəmbər (s) heç nə demir. Gəlib miniyə çatır. Onun üstündəki xurcun, ya torbadan dəvənin diz bağını çıxarıb ayaqlarını baglayır və yenidən o yana yola düşür. Səhabələr təəccüblə dedilər: Peyğəmbər (s) belə bir iş üçün gəldimi? Bu iş, kiçik iş idi. Elə oradan ay filankəs, get mənim dəvəmin dizini bağla səslənsydi, hamı cani-dildən gedərdi, dedilər: "Ey Allahin Peyğəmbəri! Bizim hər birimizə əmr etsəydin, bu işi tam iftixarla görərdik." Görün, bu söz haçan va harada deyildiyinə görə, nə qədər yüksəkdir. Buyurdu:
"Bacardıqca işlərdə başqalarından yardım istəmıyin" Hətta bir diş çöpü istəmək üçün. Özün görə bildiyin işi özün gör. Köməklik alma. Amma "görə bilmədiyin işdə belə başqalarndan yardım istəmə" demir. Yox, orada yardım istəmək olar. Bir şəxs Rəsuli-əkrəmin sözlərini etibarlı kitablardan toplamağa və əziz Peyğəmbərin davranışını təhlili davranış üslubu ilə etibarlı sənədlərdən toplayıb araşdırmağa müvəffəq olsa, o zaman dünyaya bu ulu şəxs kimi bir insanın gəlmədiyi aydınlaşar. Peyğəmbərin (s) bütün varlığı yalnız Quran deyil, bütün vücudu möcüzədir. Sözlərimi bir neçə kəlma dua ilə sona çatdıriram:
Sənin böyük əzəmətli, yüksək, əziz adınla ya Allah! Pərvərdigara, ürəklərimizi iman nuru ilı işıqlandır. Öz mərifət və məhəbbət nurunu ürəklərimizə saç. Bizi Öz müqəddəs zatını və ulu peygəmbərini tanıyan et, əziz Peyğəmbərin məhəbbət nurunu hamımızın ürəyində yerləşdir. Peyğəmbər (s) Əhli-beytinin məhəbbət və mərifət nurunu hamımızın ürəyində yerləşdir. Bizi öz peyğəmbərinin və məsum imamların davranışları ilə tanış et. Qoy biz İslam, Quran və bu mdüqəddəs varlıqların qədrini bilən olaq Ölülərimizi öz lütf və rəhmətinə şamil et!
Ağamiz Sahibəz-zamanın gəlişini tezləşdir! Amin.

Kitabın adı: PЕYĞӘMBӘRİN (S) DАVRАNIŞLАRINА BİR BАХIŞ
Hazırladı: Rəsul Mahmudzadə

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!