BÖHTANIN MÜALİCƏ ÜSULLARI

:

Böhtanın acı nəticələrinə dair düşünmək insanı bu günahdan çəkindirir. Beləliklə də, insan nəfsinin bəlası olan böhtanın kökü kəsilmiş olur.

Böhtan xəstəliyinə düçar olmuş insan təqvasını gücləndirməyə çalışmalıdır. Bu səbəbdən də, öz xəstəliyi barədə düşünüb-daşınmalı, nəql olunan rəvayətlərə diqqətlə yanaşaraq tövsiyə olunan üsulları nəzərdən keçirməlidir. Bu hədislərdə imanlı insanların öz nəfsani qüvvələrini gücləndirib təqvaya sahib olmaları haqda məlumat verilmiş, onların şəxsiyyətlərini ləkələməkdən pəhriz etmələri tövsiyə olunmuşdur. İmam Sadiq (ə) bu barədə belə buyurur:

اَلْمُؤْمِنُ اَعْظَمُ حُرْمَةً مِنَالْكَعْبَةِ

“Möminin ehtiramı və şəxsiyyəti Kəbədən də böyükdür.”1
Əlbəttə, insan rəftarının tam müalicəsi onun pis xüsusiyyətlərinin aradan qaldırılması ilə reallaşır. Bu cəhətdən də ilk növbədə böhtanın bəhrələndiyi köklərini tapıb, onlardan yaxa qurtarmaq lazımdır. Məsələn, bu xəstəliyin kökü həsəddirsə, həsədi, digər əxlaqi rəzilətlərdirsə, onları kökünü qurudub məhv etmək lazımdır.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 287.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!