MİRA NƏDİR? (2) - MİRANIN ACINACAQLI NƏTİCƏLƏRİ

:

MİRANIN ACINACAQLI NƏTİCƏLƏRİ
Miranın cəmiyyətdə insanlara gətirdiyi ağır bəlalardan bəziləri ilə tanış olaq:
1. Qəlbin ölməsi, yaxud daşlaşması: Kiminsə sözündə nöqsan axtarmaq məhəbbət hisslərini öldürür, dostluq münasibətlərini qıtlaşdırır.

Ümumiyyətlə, qəlbin məhəbbət ocağı olmasını, sevgisiz bircə an belə yaşamamasını nəzərə alırıqsa, miraya düçar olmuş qəlbin də ölü və daşlaşmış bir qəlb olduğunu qəbul etməliyik.
İmam Sadiq (ə) buyurur:

اَرْبَعٌ يُمِتْنَ الْقُلُوبَ: اَلذَّنْبُ عَلَى الذَّنْبِ وَ مُناقَشَةُ النِّساءِ يَعْنى مُحادَثَتهُنَّ وَ مُماراةُ الْاَحْمَقِ تَقُولُ وَ يَقُولُ وَلا يَرْجِعُ اِلى خَيْرٍ و مُجالَسَةُ الْمَوْتى فَقيلَ لَهُ يا رَسُولَ اللّهِ وَ مَاالْمَوْتى قالَ: كُلُّ غَنِىٍّ مُتْرِفٍ

“Dörd rəftar qəlbin ölümünə səbəb olur: 1. günah üstündən günah etmək; 2. münaqişə və qadınlarla sözləşmək; 3. axmaq adamla sözlə mübahisə (mira) etmək; 4. ölülərlə yoldaşlıq etmək.” Peyğəmbərdən (s) soruşdular: “Ölülərlə yoldaşlıq etmək nə deməkdir?” Buyurdu: “Xoşgüzəran və var-dövlət sahibləri.”
2. Nadanlıqla ömür sürmək: İnsan mira kimi günaha sürüklənərsə, öz səhvini belə qəbul etmir. Çünki nə etdiyini dərk edə bilmir, etdiyi nadanlığı isə heç vaxt elmlə qarşılaşdırmaq qabiliyyətinə malik olmur. Belə ki, insan başqalarında səhv axtarmaqla öz səhvlərini görmür. İmam Əli (ə) buyurur:

مَنْ كَثُرَ مِراؤُهُ بِالْباطِلِ دامَ عِماؤُهُ عَنِ الْحَقِّ.

“Batil işlərdə həddən artıq mira edən şəxs kor olar, haqqı görməz.”1

اَلشَّكُ عَلى اَرْبَعِ شُعَبٍ: عَلَى الَّتمارى وَ الْهَوْلِ والتَّرَدُّدِ والْاِسْتِسْلامِ فَمَنْ جَعَلَ الْمِراءَ دَيْدَنآ لَمْ يُصْبِحْ لَيْلُهُ...

“Dörd vasitə ilə insanda şəkk-şübhə yaranar. Mira etmək, qorxmaq, bir işdə ikiürəkli olmaq və alçaqlığa boyun əymək.”2
3. Nadanların rəftarından əziyyət çəkib alimlərin elmindən məhrum olmaq: İnsan bir alimlə mira etməyə qalxarlarsa, alim həmin adamın elm axtarışında olmadığını anlayır. Lakin bir şəxs cahil bir adamla mira edərsə, cahil adam onun abır-həyasını aparar. Beləliklə, hər iki halda, insan mira edib, sözdə nöqsan axtarmaqdan pəhriz etməlidir. İmam Sadiq (ə) buyurur:

اِذا دَخَلَ عَلَيْها يَقُولُ لَها يا بِنْتَ اَخى لا تُمارىِ جاهِلا وَ لا عالِمآ فَاِنَّكِ مَتى مارَيْتِ جاهِلا آذاكِ وَ مَتى مارَيْتِ عالِمآ مَنَعَكِ عِلْمَهُ

“Ey qardaş övladı! Nadan və alim şəxslərlə mira etmə. Çünki cahillə mücadiləyə qalxsan, sənə əziyyət verəcək, alimlə mira etsən, elmini səndən əsirgəyəcəkdir.”3
Alimlər vasitəsilə xoşbəxtlik qazanan insanlar elm və alim qarşısında təvazökarlıq göstərənlərdir. İmam Rza (ə) məsələ ilə bağlı buyurur:

لا تُمارِيَنَّ الْعُلَماءَ فَيَرْفَضُوكَ وَلا تُمارِيَنَّ السُّفَهاءَ فَيُجْهِلُوا عَلَيْكَ.

“Alim və bilikli şəxslərlə mira etmə ki, səni özlərindən uzaqlaşdırarlar. Nadanlarla da mira etmə ki, səninlə cahilcəsinə rəftar edərlər.”4
İmam Hüseyndən (ə) nəql olunan hədisdə buyurulur:

لا تُمارِيَنَّ حَليمآ وَ لا سَفيهآ فَإِنَّ الْحَليمَ يَغْلِبُكَ وَ السَّفيهَ يُرْديكَ

“Ağıllı və ağılsız insanlarla mira etmə. Çünki ağıllılar sənə qalib gələr, ağılsızlar isə əzab verərlər.”5
O həzrət digər bir məqamda buyurmuşdur:

لا يُمارِيَنَّ اَحَدُكُمْ حَليمآ وَ لا سَفيهآ فَاِنَّهُ مَنْ مارىَ حَليمآ أَقْصاهُ وَ مَنْ مارىَ سَفيهآ أَرْداهُ

“Sizlərdən heç kimsə ağıllı və ağılsız adamlarla mira etməməlidir. Çünki ağıllı adam sizi özündən uzaqlaşdırar, ağılsız isə məhv edər.”6
4. Yaxşı əməlləri məhv edər: İmam Sadiq (ə) Məhəmməd ibn Nömana buyurmuşdur:

يَا ابْنَ النُّعْمانِ اِيّاكَ وَالْمِرَاءَ فَإِنَّهُ يُحْبِطُ عَمَلَكَ

“Ey Nömanın oğlu! Miradan pəhriz et. Həqiqətən də, mira sənin əməlini puç edər.”7
5. Dostluq münasibətlərini pozar: Miranın acı nəticələrindən biri də ictimai münasibətlərə vurduğu zərbədir. Çünki bu pis rəftar cəmiyyətə də təsir göstərir, iki tərəf arasındakı məhəbbətin azalmasına və hətta məhv olmasına səbəb olur. İmam Sadiq (ə) buyurur:

إذا اَحْبَبْتَ رَجُلا فَلا تُمازِحْهُ وَ لا تُمارِهِ

“Sevdiyin adamla mira etmə.”8
İmam Əli (ə) isə bu haqda buyurur:

لا مُحَبَّةَ مَعَ كِثْرَةِ مِراءٍ

“Nöqsan tutmaqla heç bir məhəbbət əbədi qalmaz (yəni sözdə nöqsan axtarmaq məhəbbəti məhv edər).”9

ثَمَرَةُ الْمِراِء الشَّحْناءُ

“Miranın meyvəsi kəskin düşmənçilikdir.”

سَبَبُ الشَّحْناِء كَثْرَةُ الْمِراِء

“Əksər düşmənçiliklərin səbəbi miranın çoxluğudur.”10
6. Kin-küdurət yaradıb nifaq salar: Başqalarının sözündə eyib axtarmaq dostluğa xələl gətirib, qəlbləri çirkinləşdirdikdən sonra düşmənçilik və kin-küdurət yaradır. Belə vəziyyətdə insan ya düşmənçiliyini büruzə verər, ya da qəlbində kin bəsləyib dostluq iddiası edərək ikiüzlülüyə düçar olar. İmam Sadiq (ə) buyurur:

اِيّاكُمْ وَالْمِرَاءَ وَالْخُصُومَةَ فَإِنَّهُما يُمْرِضانِ الْقُلُوبَ عَلَى الْأِ خْوانِ وَ يَنْبُتُ عَلَيْهِمَا النِّفاقُ

“Mira və düşmənçilikdən pəhriz et. Həqiqətən də, bu iki xüsusiyyət din qardaşının qəlbini qaraldıb nifaqın cücərməsinə səbəb olur.”11
Əmirəlmöminin Əli (ə) buyurur:

اَلْمِراءُ بَذْرُ الشَّرِّ

“Mira qəlbə səpilən şər toxumudur.”12
Onu da qeyd edək ki, mira yalnız öz sahibini deyil, hətta tərəf-müqabilini də nifaq günahına sürükləyir. Mira insanı töhmətə, yaxud da öz məqsədinə çatmaq üçün nalayiq sözlər deməyə vadar edir.
İmam Zeynəlabidindən (ə) belə nəql olunur:

وَيْلُمِّهِ فاسِقَآ مَنْ لا يَزالُ مُمارِئآ

“Mira xüsusiyyəti daşıyan fasiqlərə vay olsun!”13
Bir-birini alçaltmaq üçün günahlara əl atmaq şəxsiyyəti alçaldır. İmam Sadiq (ə) bu barədə belə buyurur:

لا تُمارِ فَيَذْهَبَ بَهَاؤُكَ

“Özünü dəyərsizləşdirmək istəmirsənsə, mira etmə.”14
Beləliklə, cəmiyyətin tərəqqisi və kamilliyə yetişməsinin iki amildən asılı olduğu məlum olur: 1. qəlblərin vəhdəti; 2. elmi inkşaf və irəliləyiş.
Bir cəmiyyətdə mira xüsusiyyəti, yəni hərc-mərclik olarsa, qəlblərdə kin-küdurət yaranıb vəhdəti pozar. Belə bir cəmiyyətdə heç bir alim elmini təqdim etməyə həvəslənməz. Nəticədə isə fitnə-fəsad, məntiqsizlik baş alıb gedər, elmi tərəqqi olmaz və cəmiyyət öz dəyərini itirər.

MİRANI TƏRK ETMƏYİN GÖZƏL NƏTİCƏLƏRİ
1. İnsanların şəxsiyyətini qoruyur:
Mira insan şəxsiyyətinə xələl gətirdiyi kimi, onu tərk etmək də müsbət nəticələrə səbəb olar. İmam Əli (ə) buyurur:

مَنْ ضَنَّ بِعِرْضِهِ فَلْيَدَعِ الْمِراءَ

“Öz şəxsiyyətinin alçalmasından vahimələnən şəxs miraya göz yummalıdır.”15
2. Səhvlərdən uzaq olmaq:
Mira etməmək insanı səhvlərdən uzaqlaşdırır. İmam Əli (ə) bu barədə buyurur:

مَنْ كَثُرَ مِراؤُهُ لَمْ يَأْمَنِ الْغَلَطَ

“Çox mira edən şəxs həmişə səhv etmək təhlükəsini yaşayır.”16
3. Təvazökarlıq yaradır:
Miranı tərk etməyin əsas təsirlərindən biri də təvazökarlıqdır.
İmam Sadiq (ə) buyurmuşdur:

مِنَ التَّوَاضُعِ اَنْ تَرْضى بِالْمَجْلِسِ دُونَ الْمَجْلِسِ وَ أَنْ تُسَلِّمَ عَلى مَنْ تَلْقى وَ أَنْ تَتْرُكَ الْمِراءَ وَ إِنْ كُنْتَ مُحِقّآ وَ لا تُحِبُّ أَنْ تُحْمَدَ عَلَى التَّقْوى

“Hamıdan aşağıda oturmaqla razılaşmaq, üzbəüz oturduğu şəxsə salam vermək təvazökarlıqdır. Həmçinin haqlı olsan da, miranı tərk et ki, təqvaya görə sənə hörmət etsinlər “
4. Həqiqətin kəşfi:
Miranı tərk etməyin digər müsbət cəhəti də insanda həqiqəti kəşf etmək qüdrətini gücləndirməsidir. Miranı tərk edən şəxs batili həqiqət kimi qələmə vermək istəmədiyi üçün, həmişə həqiqət axtarışındadır. İmam Sadiq (ə) buyurur:

اِنَّ الْمَعْرِفَةَ بِكَمالِ دينِ الْمُسْلِمِ تَرْكُهُ الْكَلامَ فيما لا يُعْنيهِ وَ قِلَّةُ الْمِراِء

“Müsəlmanın şəxsiyyətini tanımaq üçün onun bihudə sözlər danışmayıb mira etməməsinə fikir verin.”

لا يَسْتَكْمِلُ عَبْدٌ حَقيقَةَ الاْيمانِ حَتّى يَدَعَ الْمِراءَ وَ اِنْ كانَ مُحِقّآ؛

“Heç bir bəndə miranı tərk etməyənə qədər kamil imanı dərk edə bilməz. Hətta haqlı olarsa belə!”
5. Axirət mükafatı:
Axirətdə ən çox mükafat miranı tərk edən şəxsə veriləcəkdir. İmam Sadiq (ə) buyurur:

مَن يَضْمَنُ لى اَرْبَعَةً بِاَرْبَعَةِ اَبْياتٍ فِى الْجَنَّةِ اَنْفِقْ وَ لا تَخَفْ فَقْرآ وَ اَفْشِ السَّلامَ فِى الْعالَمِ وَ اتْرُكِ الْمِراءَ وَ اِنْ كُنْتَ مُحِقّآ وَ اَنْصِفِ النّاسَ مِنْ نَفْسِكَ

“Axirətdə dörd otaqlı, dörd ev vədəsinə sahib olmaq istəyirsənsə, maddi yardım et, fəqirlikdən qorxma, salamını əsirgəmə və haqlı olsan belə miranı tərk edib camaatla insaflı rəftar et.”17
Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَنَا زَعيمٌ بِبَيْتٍ فى اَعْلَى الْجَنَّةِ و بَيْتٍ فى وَسَطِ الْجَنَّةِ وَ بَيْتٍ فى رِياضِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الْمِراءَ وَ اِنْ كانَ مُحِقّآ

“Mən, haqlı olduğu halda, miranı tərk edən şəxs üçün cənnətin yuxarı başında və ortasında ev bağışlayaram.”18
İmam Əli (ə) Kumeyl ibn Ziyada belə buyurmuşdur:

اِيّاكَ وَالْمِراءَ فَاِنَّكَ تُغْرى بِنَفْسِكَ السُّفَهاءَ وَ تُفْسِدُ الْاِخاءَ

“Miradan pəhriz et. Həqiqətən də, mira nadan insanın hiyləgərliklə din qardaşının şəxsiyyətini alçaltmasına səbəb olur.”19

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Qürərül-hikəm”, Amudi, səh. 464, 10648-ci hədis.
2. “Biharul-ənvar”, Əllamə Məclisi, 65-ci cild, səh. 348, 1-ci hədis.
3. “Əl-əmali”, Şeyx Tusi, səh. 302, 45-598-ci hədis.
4. “Biharul-ənvar”, Əllamə Məclisi, 2-ci cild, səh. 137, 45-ci hədis.
5. “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh. 73, 10241-ci hədis.
6. “Vəsailuş Şiə”, Hürr Amuli, 12-ci cild, səh. 194, 16065-ci hədis.
7. “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh. 73, 10240-cı hədis.
8. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 664, 9-cu hədis.
9. “Qürərül-hikəm”, Amudi, səh. 311, 7194-cü hədis.
10. Yenə orada, səh. 464, 10645-ci hədis.
11. Yenə orada, 10646-cı hədis.
12. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 300, 1-ci hədis.
13. “Qürərül-hikəm”, Amudi, səh. 463, 10632-ci hədis.
14. “Kafi”, Kuleyni, 8-ci cild, səh. 391, 587-ci hədis.
15. Yenə orada, 2-ci cild, səh. 665, 17-ci hədis.
16. “Qürərül-hikəm”, Amudi, səh. 464, 10647-ci hədis.
17. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 144, 2-ci hədis.
18. “Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 237, 16186-cı hədis.
19. “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh. 77, 10253-cü hədis.

 

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!