ZİRVƏLƏRƏ APARAN YOL (1)

:

Allahu Əkbər...
Təkbirlə namaza başlayırıq, namazın zirvəsində duran bu təkbir insan düzəldən bir nidadır. Namaz qılanın ruhunu elə bir uca zirvəyə aparır ki, Allahdan başqa hər bir qüdrət və əzəmət onun yanında dəyərsizdir.

Gözləri özünə cəlb edən və qulaqları boş şeylər ilə dolduran hər bir şey, həmçinin sevilənlər və sevənlər, sahib olduqlarımız, sahib ola biləcəklərimiz sərvətlər və ələ gətirdiklərimiz hər bir şey o cümlədən qüdrət və üstünlüklər, zülmlər, hegemonlar, bütlər, sehr, cadu və s. bütün bunların hamısı, möminin Allahu Əkbər sədası ilə öz rəngini itirərək alçaq, zəif və gücsüz olaraq yalnız bir tək zatı alçalmayan Ali Yaradan ucalıqda qalır. Bu həqiqətən də, Ona layiqdir və O hər şeydən daha əziz və üstündür.

Allahu Əkbər...
Mömin namazı başlayarkən təkbir deməklə özünü düşüncə meydanına atır və öz canını alçalmayan Qüdrət ilə qovuşdurur... beləliklə mömin heç bir şeydən qorxmur. Bu minval ilə və buna əsasən düşmən və hegemonları himayə edənlər, möminin təkbir nidasından qorxub qaçırlar və ona görə yumruq silaha və təkbir düşmənə qələbə çaldı.

Namaza olan ehtiyac
Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl! (1) - إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
İnsan həyat dalğaları və keşməkeşli çətin bəlalarda bir söykənəcəyə möhtacdır ki, pənah apardığı, iztirabla dolu olan daxilinə bir rahatlıq bəxş etsin. Bu söykənəcək Allahı yad etməkdən başqa bir şey ola bilməz. Allahın bizim namazımıza ehtiyacı yoxdur, bu bizik ki, Allahla əlaqə qurmaqdan ötrü namaza ehtiyacımız var. Namaz yorğun ürəklərə təsəlli bəxş edən və cismin səfalı və ruhani olmasına səbəb olaraq bəndənin aləmlərin Rəbbi ilə davamlı şəkildə rabitə yaratması üçün bir vasitədir. Zəif və məhdud insan ilə sonsuz olan Allahın bu əlaqəsi, çətinlik və problemlərlə üzləşdikdə insana güc verir. Namaz aləmləri Yaradan ilə qəlb arasında bir bağlayıcı rolunu oynayır. Avara və pərişan bir insan yalnız Allaha üz gətirməklə öz rahatlıq və aramlığını ələ gətirə bilər. Namaz Allah ilə ən yaxşı bir rabitədir məhz buna görə də, namazın bütün əsasları, sütünları, xüsusiyyəti, niyyəti, təkbiri, həmdi, surəsi, səcdələri, təşəhhüdü və salamları namazın digər müqəddimələri büsbütünlüklə elə bir şəkildədir ki, qəlbi Allaha doğru aparır hətta insanın bədən əzaları bu ibadətdə Allahın zikri ilə məşğul olurlar. Bu tərtiblə möminin gecə və gündüz ərzində beş dəfə bütün vücudu ilə haqqa doğru diqqət yetirir və dəryanın dalğalarında kompas gəmini məqsədə doğru yöəltdiyi və itməkdən qoruduğu kimi namaz da, mömini hədəfə doğru Allah ilə görüşə yol görsədir və yolun azğınlıqlarından amanda saxlayır...
Səkkizinci imamımız Əli ibn Musa əleyhissalam namazın vacib olmasını belə bəyan etmişdir: “Allah Təalanın gecə-gündüz ona görə yad etməliyik ki, öz rəhbər və yaradanımızı unutmayaq və tüğyan etməyək. Allahı yad etmək və Onun dərgahında dayanmaq insanı günahlardan və cürbəcür fəsadlardan qoruyub saxlayır”. (2)  
Əziz peyğəmbərimiz buyurur: “mömin namaza durduğu andan namazı bitirdiyi vaxta qədər Allah ona lütf ilə nəzər edərək, göydən ona rəhmət kölgəsi salar, mələklər onun üçün göyün üfüqünə qədər yer tutarlar. Allah bir mələk məmur edər ki, onun başının üstündə duraraq desin: ey namaz qılan əgər bilsən ki, kim sənə baxır və kimlə razü-niyaz edirsən yerini tərk etməz və heç bir başqa tərəfə baxmazsan”. (3)
Başqa bir hədisdə belə gəlibdir: Əgər namaz qılan bilsə Allahın Cəlalı onu nə qədər əhatə edir razı olmaz ki, başını qaldırsın. (4)
Həmçinin Peyğəmbərimiz (s) namaz haqqında soruşan bir şəxsin cavabında buyurdu: “Namaz dinin yollarından biri və peyğəmbərlərin yoludur, Allahın razılığına səbəb olur. Namaz onu qılan üçün mələklər ilə dostluq, hidayət, iman, mərifət nuru, ruzidə bərərəkət, bəndənin rahatlığı, şeytanın qəzəbinə və həmçinin kafirlərin qarşısında silah, duanın və sair əməllərin qəbul olmasına səbəbdir. Namaz onu qılan üçün axirət azuqəsi, ölüm anında şəfaətçi və qəbirdə onun həmdəmi, bədəninin yatağı, Qəbir mələklərinin qəbirdəki suallarının qarşısında cavabıdır. Allah bəndəsinin namazı Qiyamətdə başının tacı, üzündəki nuru, əndamındakı libası, Cəhənnəm ilə onun arasındakı fasilə və Allah (Əzzə və Cəll) ilə bəndəsinin arasında bir höccətdir. Onun Cəhənnəmdən nicatına səbəb, Siratdan keçməsinə icazənaməsi, Cənnətin açarı, hurilərin otağı və əbədi olan Cənnətin qiymətidir. Bəndə namaz ilə ali dərəcələrər çatır. Çünki namaz təsbihdir, şəhadətnamədir, tərifdir, təkbirdir, təqdisdir, zikr və duadır. (5)  
Əslində namaz böyük Allah qarşısında bir təşəkkürdür. Elə bir Allah ki, bütün yaradılış və xilqət Onun varlığına bağlı və bizə verdiyi nemətləri hesabsızdır.
Dördüncü İmam həzrət Zeynul-Abidin imam Səccad əleyhissalam buyurub: “Cəddim Allahın Peyğəmbəri (s) ibadət və namazda elə çalışqan idi ki, ayaq üstdə çox durmaqdan ayaqları şişərdi. Ona dedilər: nə üçün özünü belə zəhmətə salırsan halbuki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?! (6)  Buyurdu: şükür edən bəndə olmayımmı? ”. (7)
Allaha ibadətə layiqdir. Əmirəl-möminin Əli əleyhissalam öz duasında buyurur: “İlahi, Sənə Cəhənnəmin qorxusundan və Cənnətin şövqündən ibadət etmirəm, Səni ibadətə layiq bilirəm və ibadət edirəm”. (8)


1-Taha surəsi 14-cü ayə
2 - Camiul-Əhadis, səhifə 13, hədis 13
3 - Həmin mənbə, 2-ci cild, səhifə 5, hədis 35
4 - Həmin mənbə, səhifə 6, hədis 40
5 - Biharul-Ənvar, 82-ci cild, səhifə 231, hədis 56. Cameul-Əhadis, səhifə 9, hədis 72
6 - Fəth surəsinin 2-ci ayəsinə işarədir  
7 - Kəhlul-Bəsər, səhifə 78
8 - Ürvətul-Vüsqa, 21-ci fəsil

Ardı var ...

 

Tags: QURAN, FİQH, İSLAMIN ƏSASLARI

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!