ALLAH QURANDA QADINLARDAN TƏBLİĞ VASİTƏSİ KİMİ İSTİFADƏ EDİRMİ?

:

SUAL: Nə üçün Allah müqəddəs kitabı “Quran”da cənnəti təbliğ etmək üçün qadınlardan və şəhvani istəklərdən istifadə edib?

Həmişə qərb ölkələri təbliğat və cinsi cinsi istismarda qadınlardan bir alət kimi istifadə etməsinə görə müsəlmanlar tərəfdən qınaq obyektinə çevrilib. Bilmirəm bəs nə üçün İslamın Tanrısı olan “Allah” cənnəti təbliğ etmək üçün həmişə qadınlardan və şəhvani istəklərdən istifadə edib? Məsələn: narməməli qızlar, cavan hurilər, həmişə bakirə olan hurilər, bakirəliyi pozulmayan qızlar, qara gözlü qızlar, hurul eyn və s. Əgər qızlardan təbliğat vasitəsi kimi istifadə etmək pis bir işdirsə nə üçün Allah bu metoddan istifadə edir? 

CAVAB: Allahın vədələrinə diqqət etdikdə görərik ki, cənnət həm ruhani həm də cismanidir. Axirətdə mükafat alacaq insanların hər biri öz məqamına uyğun şəkildə cənnətin dərəcələrindən faydalanacaq. Lakin bəzi ayələrdə Allah insanları ibadətə və bəndəliyə təşviq etməsi üçün cismani və maddi mükafatlardan istifadə edərək hətta açıq aşkar kəlmələrdən istifadə etməsinin səbəblərindən biri bu ola bilər ki, insanların əksəriyyəti Allaha ibadətin müqabilində axirət düyasından gözləntisi elə bu dünyada olan nemətlərdir amma daha kamil formada, tükənməz və əbədi olaraq. Bu cür ibadətlər hədislərdə tacirlərin ibadəti kimi vəsf olunub, yəni belə şəxslər ibadətləri ilə ticarət edərək ibadətlərinin çəkisi müqabilində cismani ləzzətlərlə dolu olan bir cənnəti almaq fikrindədirlər. Həmçinin Quranın müxtəlif ayərlərində də belə ibadətlər haqqında vəsf olunub və bunun heç bir eybi də yoxdur.
Belə insanlar ola bilsin bir saniyə də ruhani və mənəvi cənnət haqqında düşünməsin. Əgər İlahi əzabın qorxusundan qadağan olunmuş maddi, cinsi və cismi ləzzətlərdən də çəkinirlərsə bu düşüncədədirlər ki, Allah başqa aləmdə onlara bundan daha yaxşısını əta edəcəkdir. Bu üzdəndir ki, Allah Təala ən gözəl sözlərdən istifadə edərək həm kinayə həm də açıq aşkar şəkildə belə şəxslərə müjdə və bu cür vədlər vermişdir. Bəzən də zahirdə çılpaq kəlmələrdən istifadə etməklə cənnətə müştəri hazırlayaraq rəqabətə və yarışmağa çağırır.
Qeyd etmək lazımdır ki, cənnət nemətlərini bu cür vəsf etməkdə Allah Təalanın məqsədi buna görədir ki, bildirmək istəyir bu dünyada olan nemətlər fani, dəyərsiz və məhduddur. Min cür zəhmətlə ələ gələndən sonra bir qədər sonra əlindən çıxır hansı ki, cənnətdə həmin nemətlərin kamil forması sizə minnətsiz olaraq veriləcək və əbədi olaraq ixtiyarınızda qoyulacaq. Üstəlik bunları haram yolnan əldə etsən dünyada min cür bəlaya düçar olaraq axirətdə də ilahi əzaba layiq görüləcək, halalına görə də hansı yolda xərclənməsi haqda suallar olacaq. Hədislərdə də halal nemətlər haqqında sual-cavab haramlar haqqında əzab olunacağı bildirilmişdir. Məhz buna görə də Allah Təala insanlara vədə vermişdir bu dünyada hər kəs işlərində Allahı nəzərə alın Ondan qorxub çəkinərsə o dünyada elə nemətlər əldə edər ki, bu dünanın nemətləri ilə müqayisə olunmaz dərəcədə üstündür. O nemətlərdən biri də cənnət qadınları, cənnətdə olan həyat yoldaşlarıdır ki, bu nemətlərin cazibəsi üçün onların vəsfində ən gözəl kəlmələrdən istifadə edir. Hətta cümlərələr və ibarələr o qədər incəlik və əsrarəngizdir ki, oxunduqda insanın şəhvətini təhrik etmir.
Bundan əlavə bu dünyada qadağan olunmuş şeylərə yaxın durmaq qoruxusu müsəlmanların canına və ruhuna elə hopmuşdur ki, ola bilsin hətta cinsi məsələlər və cənnətdə olan xanımlar kimi behiştin açıq-aşkar vədləri müsəlmanlar üçün təəccüblü və sual doğurucu olsun ki, necə ola bilər bu dünyada bəzi məsələlərin açıq-aşkar demək cəmiyyət arasında qaba və çirkin olduğu halda başqa bir aləmdə bu məslələr həmişə pərdəsiz vəsflərlə cənnət əhli üçün vəd olunmuş nemətlər kimi yad edilir. Deməli bu qorxu və pərhizkarlıqdır ki, bu dünyanın cazibəliyini bizim yanımızda başqa görünüş almış və namus qalibində örtülərək çərçivəyə alınmışdır. Lakin bu cazibələr cənnətdə ən gözəl nemətlər və cismani ləzzətlərdir. Buna görə də bir şeyi digər bir şeyin yerində vəsf etmək mümkün olmadığı kimi cənnət nemətlərini də özündən başqa şeylə vəsf etmək mümkün deyil. Məsələn qadına tərif verdikdə deyirik xanım gözəllik təzahürüdür, bu lətafətli varlığın ən gözəl şəkildə başqa aləmdə mövcuddur və başqa dünyada məhz bu gözəlliyə çatmaq da Allahdan qorxanların arzusudur.
Hər halda ənnətin ən cazibəli nemətlərindən biri də cənnət qadınlarıdır ki, Hurul Eyn adı ilə tanınır və həmçinin möminlərin dünyada yaşadığları həyat yoldaşları daha gözəl şəkildə tanıtdırılır. Quran Hurul Eyn haqqında bəzi ayələrdə belə buyurur:
"كَذلِكَ وَ زَوَّجْناهُمْ بِحُورٍ عِينٍ" – Belədir və onları hurul-eyn ilə evləndirərik (Duxan sursəi, 54).
“وَ كَواعِبَ أَتْراباً” – Narməməli həmyaşıd qızlar (Nəbə surəsi, 33).
"فَجَعَلْناهُنَّ أَبْكاراً" – beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik (Vaqiə surəsi, 36).
İndi bu kəlmənin sözün həqiqi mənasında cəmiyyət arasında pis söz olduğunu araşdıraq. Məsələn “hurul eyn” kəlməsi ahunun gözü kimi qara gözlü qadına deyilir. Əllamə Təbatəbainin Əl-Mizan təfsirinin 18-ci cildinin 229-cu səhifəsində belə yazır: “Eyn” kəlməsi “əyna`” kəlməsinin cəmi olub, mənası iri gözlü deməkdir. Bu sözün harası anormaldır və bu haqda sual yeri varmı? Bu cür vəsf tamamilə təbii və cazibəlidir.
Lakin “hurul eyn” kəlməsindən başqa “əbkar”, “kəvaib” və “ətrab” kimi cəmiyyətdə pis nəzərə çarpan bəzi kəlmələri Quran tərcümələrində gəldiyi kimi tərcümə etməyin heç bir lüzumu yoxdur. Əksinə bu kəlmələri öz əsil mənasında işlətmək də olar hansı ki, əsil mənaları tamamilə örtülüdür və bəzi hədislərdə və təfsirlərdə bəyan olunmuşdur.
Onlardan bəzilərinə işarə edirik:
"كَواعِبَ أَتْراباً" – cümləsi bir-birinə oxşar kənizlər deməkdir ki, cənnət əhlinin xidmətindədir. Əbul Carudun İmam Sadiqdən (ə) nəql etdiyi hədisə əsasən "إِنَّ لِلْمُتَّقِينَ مَفازاً" – cümləsinin mənasında belə açıqlanıb: müttəqilərin (Allahdan çəkinənlərin) kəramətləri vardır, "كَواعِبَ أَتْراباً" – cümləsinin mənasında isə buyurub: yəni yetkinlik yaşına çatmış qız (Əl-Mizan Təfsirinin tərcüməsi, 20-ci cild, səhifə 286).
"فَجَعَلْناهُنَّ أَبْكاراً" – ayəsinin təfsirində yazılıb: biz onaları həmişə bakirə olaraq qərar verdik. Ola bilsin bu vəsf həmişə onlar üçün qalmış olsun necə ki, çoxlu təfsirlər bu məsələni açıq-aşkar bildirmişlər və hədislərdə də ona işarə olunub, mənası budur ki, yaxınlıq etməklə o qadınların bakirəliyi pozulmur və həmişə bakirə qalırlar (Nümunə Təfsiri, 23-cü cild, səhifə 224).
Şübhə və vəsvəsələrin aradan getməsi üçün bir-iki tərcümə və təfsir ilə kifayətlənməməliyik. Bu ayələr haqqında olan bütün nəzərləri, hədisləri, tərcümələri görmək lazımdır.
Sonda bir məsələni də diqqət mərkəzinə çəkmək yerinə düşər. Nəzərə almaq lazımdır ki, kəlmələrin növləri hər dildə özünəməxsus əsil mənaları vardır amma bəzi kəlmələr tədricən terminoloji və bəzən də cəmiyyətin umumi anladığı mənanı özünə götürür. Mümkündür belə kəlmələrin terminoloji və ümumi mənası əsil mənasını kölgə altına alaraq tamamilə əsil mənasını unutdurmuş olsun. Ərəb dili də bu qaydadan istisna olunmur. Misal üçün “bəkarət” kəlməsi təzə və bakirə mənasındadır. Lakin bu kəlmə sözü gedən bu və digər dillərin ümumi anlamında özünəməxsus məna almışdır. Unutmamalıyıq ki, söz əlaqəsi olmadığı yerdə işlədildikdə orijinallıqdan çıxır. Məsələn “fərəc” kəlmsəi ərəb dilində yarılmağa deyilir amma bu kəlmə orijinal mənasından uzaqlaşmışdır və onun əsil mənası qadına aid olan mənasında işlənilir.

 

Tags: SUALLARA CAVAB, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!