HƏZRƏT İMAM HÜSEYN (ə) BİZƏ NƏ ÖYRƏTDİ?-3

:

İMAM HÜSEYN(Ə) BİZƏ FİKİR HƏMRƏYLİYİNİ ÖYRƏTDİ
Allah-təala Quranda Hücərat surəsinin 13-cü ayəsində bunların hamısına cavab olaraq belə buyurur:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

Allah-təala bu ayədə bütün insanlara xitab edir. Çünki, Quranda Allah-təala möminlərə xitab edərkən [يَا أَيُّهَا الذين آمنوا] “Ey iman gətirənlər!” deyə xitab edir. Lakin bütün insanlara xitab edərkən [يَا أَيُّهَا النَّاسُ] “Ey insanlar” deyə bütü insanlara xitab edir. Bu kəlmədən də məlum olur ki, Allah-təala qiyafəsindən, rəngindən, dilindən, boyundan bir sözlə desək kimliyindən asılı olmayaraq bütün insanlara xitab edir.
Bu ayə bütün insanlara açıq aydın başa salır ki, Allah yanında şərafət, fəzilət, dəyər və qiymət təqvadır. Hər kimin nə qədər təqvası varsa Allah yanında da bir o qədər dəyər və qiyməti vardır. Əgər bir insanın təqvası yoxdursa, demək Allah yanında heç bir dəyər və qiyməti yoxdur. Buna görə də Allah yanında insnın şərafətli, fəzilətli, dəyər və qiymətli olmasında əsas meyar onun təqvalı olmasıdır.
Həzrət Peyğəmbər(s) Minada camaata xitab edərək buyurdu:

أَيُّهَا النَّاسُ اَلا اِنّ رَبَّكُم واحِد وَ اِنَّ آباكُمْ وَاحِد اَلا لا فَضْلَ لِعَرَبِيٍّ عَلى عَجَمِيٍّ وَلا لِعَجَمِيٍّ عَلى عَرَبِيٍّ وَلا لِأَ سْوَدٍ عَلى أَحْمَر وَلا لِأَحْمَر عَلى أَسْوَد اِلاّ بِالتَّقْوى

اَلا هَلْ بَلَّغْتُ؟

قالو: نَعَم

قال: لِيَبْلُغَ الشّاهِدُ الْغائِبَة

Camaat! Diqqət edin! Həqiqətən sizin Allahınız birdir. Və sizin Atanız da birdir. (Adəmdir.) Diqqət edin! Ərəbin qeyri-ərəbə və qeyri-ərəbin də ərəbə heç bir üstünlüyü yoxdur. və qaradərili insanların qırmızıdərili və qırmızı dərili insanların da qaradərili insanlara heç bir üstünlüyü yoxdur. yalnız təqvadan başqa.
Diqqət edin! Mənim bu sözlərim sizə çatdımı?
Dedilər: bəli.
Sonra Həzrət buyurdu: Bu sözləri burada olanlar olmayanlara çatdırsın!
Qeyd olunan ayədən və Peyğəmbərin(s) bu sözlərindən məlum olur ki, insanlar Allah yanında yalnız təqva ilə fərqlənir.
Biz yuxarıda qeyd olunan ayənin timsalını Aşura günü Kərbəlada İmam Hüseyn(ə)-ın qoşununda müşahidə edə bilərik. İmam Hüseynin(ə) qoşunu 72 nəfərdən ibarət idi. Bəzi tarix kitablarında qoşunun sayı 90 qədər olduğu qeyd olunmuşdur. Lakin 72 nəfər olması şübhəsizdir. Çünki ondan az yazılan bir tarix kitabı yoxdur. imam Hüseynin(ə) bu tərəfdarlarının içində İmamın özü, Ovn, Fəzl, Abbas, Cəfər, Əli Əkbər kimi Haşim övladları və Həbib ibn Məzahir, Müslim ibn Övsəcə kimi də qeyri bəni Haşimdən olan şəxslər var idi. Qeyri bəni Haşimdən olan İmamın Con, Əsləm kimi xarici millətlərdən olan imanlı şəxslər də var idi. Onların hamısı milliyyətindən asılı olmayaraq iman bayrağı altına yığışmış, sədaqətlə İmam Hüseynə(ə) kömək edib Allahın dinini qorumaq üçün canlarını qurban vermişlər.

ƏSLƏM
Tarixlərdə yazılmışdır ki, Aşura günü Əsləm adlı bir şəxs İmam Hüseynin(ə) ətəyindən tutdu. O türkdilli bir şəxs idi. Danışığından bilinirdi ki, ərəb dilini sonradan öyrənib. Əsləm yaxşı Quran oxumağı bacarırdı. O İmamdan döyüşə getmək üçün izn istədi. İmam Hüseyn(ə) ona izn verdikdən sonra o döyüş meydanına daxil oldu. Düşmənlərdən bir neçəsini öldürdükdən sonra onu da yaralayıb atdan yerə saldılar. İmam onun da başı üzərinə gəlib əyləşdi və ağladı. Əsləm gözlərini açıb İmam Hüseynin Mübarək camalına baxdı və gülümsədi. Elə o halda öz Allahına qovuşdu.
İmam Hüseyn(ə) aşura günü Kərbəlada etdiyi qiyamla bütün insanlara başa saldı ki, Allah yanında üstünlük, şərafət, dəyər və qiymət dərinin rəngində, dillərin müxtəlifliyində, mal-dövlətin çoxluğunda və insanın ata-babası ilə fəxr etməsində yox, yalnız təqva ilə ölçülür. O Həzrət öz qiyamı və hərəkatı ilə Hücərat surəsinin 13-cü ayəsini bütün insanlara bir daha təfsir edib açıqladı.

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Kitabın adı: İMAM HÜSEYN (Ə) MƏKTƏBİ
Müəllif: SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD
Hazırladı: Rəsul Mahmudzadə

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!