NƏHC-ül-BƏLAĞƏ - 141-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.

Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır və çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.
Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv «eşitmişəm» dediklərin, haqq və doğru isə «görmüşəm» söylədiklərindir.1

ومن کلام له عليه السلام 

في النهي عن سماع الغيبة وفي الفرق بين الحقّ والباطل 

أَيُّهَا النَّاسُ، مَنْ عَرَفَ مِنْ أَخِيهِ وَثِيقَةَ دِينٍ وَسَدَادَ طَرِيقٍ، فَلاَ يَسْمَعَنَّ فِيهِ أَقَاوِيلَ الرِّجَالِ، أَمَا إِنَّهُ قَدْ يَرْمِي الرَّامِي، وَتُخْطِيءُ السِّهَامُ، وَيَحِيکُ الْکَلاَمُ، وَبَاطِلُ ذلِکَ يَبْورُ، وَاللهُ سَمِيعٌ وَشَهِيدٌ. أَمَا إِنَّهُ لَيْسَ بَيْنَ الْحَقِّ وَالْبَاطِلِ إِلاَّ أَرْبَعُ أَصَابِعَ. فسئل عليه السلام عن معني قوله هذا، فجمع أصابعه ووضعها بين أذنه وعينه ثمّ قال: الْبَاطِلُ أَنْ تَقُولَ سَمِعْتُ، وَالْحَقُّ أَنْ تَقُولَ رَأَيْتُ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

142-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Buna görə də mömin doğru olsa belə, dindaşının eybi barədə pis əməl sahiblərinin və qeybətcil insanların sözlərinə etimad göstərməməli, görməmişdən qabaq onu ifşa etməməlidir.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!