NƏHC-ül-BƏLAĞƏ - 156-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək və axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.

Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq və bəxşişi artırma vasitəsinə, nemət və böyüklüyünə aparan yola çevirmişdir.1 Ey Allah bəndələri! Ruzigar indikilərdən də əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz də diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər və gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa və yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş və südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər və dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət və bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)
Ey Allah bəndələri! Bilin ki, təqva və günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik və inamla (Allaha və peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.
Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar və onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi və sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı.2 Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik və zavallılıq yol yoldaşınız olacaq (Allahın və Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət və xoşbəxtlik (Allaha və peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar.3 (Bu dünyadan) köçməyə məhkumsunuz və sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan və), getməyə nə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).
Agah olun: axirət üçün yaradılmışın dünya ilə nə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı və sorğu-sualının qalacağı var-dövləti neyləyir?!4
Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir və mükafat (itaət və bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti və yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik və cəzadan çəkindirdikləri (günah və itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı və pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab və narahatlıq olar, uşaqlar qocalarlar.5 Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub.6 (Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar).7 Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə və həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.
Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı və ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə və gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz və kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış və haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr və nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş və həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı və pis işiniz öz yerinə qayıdar.8 Belə isə, (ölüm və ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün və (Allah və Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir iş görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)

ومن خطبة له عليه السلام 

يحثّ الناس علي التقوي 

الْحَمْدُ للهِِ الَّذِي جَعَلَ الْحَمْدَ مِفْتَاحاً لِذِکْرِهِ، وَسَبَباً لِلْمَزِيدِ مِنْ فَضْلِهِ، وَدَلِيلاً عَلَي آلاَئِهِ وَعَظَمَتِهِ. عِبَادَ اللهِ، إِنَّ الدَّهْرَ يَجْرِي بِالْبَاقِينَ کَجَرْيِهِ بِالْمَاضِينَ، لاَ يَعُودُ مَا قَدْ وَلَّي مِنْهُ، وَلاَ يَبْقَي سَرْمَداً مَا فِيهِ. آخِرُ فَعَالِهِ کَأَوَّلِهِ، مُتَشَابِهَةٌ أُمُورُهُ، مُتَظَاهِرَةٌ أَعْلاَمُهُ. فَکَأَنَّکُمْ بَالسَّاعَةِ تَحْدُوکُمْ حَدْوَالزَّاجِرِ بِشَوْلِهِ، فَمَنْ شَغَلَ نَفْسَهُ بِغَيْرِ نَفْسِهِ تَحَيَّرَ فِي الظُّلُمَاتِ، وَارْتَبَکَ فِي الْهَلَکَاتِ، وَمَدَّتْ بِهِ شَيَاطِينُهُ فِي طُغْيَانِهِ، وَزَيَّنَتْ لَهُ سَيِّيءَ أَعْمَالِهِ، فَالْجَنَّةُ غَايَةُ السَّابِقِينَ، وَالنَّارُ غَايَةُ الْمُفَرِّطِينَ. اعْلَمُوا عِبَادَ اللهِ، أَنَّ التَّقْوَي دَارُ حِصْنٍ عَزِيزٍ، وَالْفُجُورَ دَارُ حِصْنٍ ذَلِيلٍ، لاَ يَمْنَعُ أَهْلَهُ، وَلاَ يُحْرِزُ مَنْ لَجَأَ إِلَيْهِ. أَلاَ وَبِالتَّقْوَي تُقْطَعُ حُمَةُ الْخَطَايَا، وَبِالْيَقِينِ تُدْرَکُ الْغَايَةُ الْقُصُوَي. عِبَادَ اللهِ، اللهَ اللهَ فِي أَعَزِّ الْأَنْفُسِ عَلَيْکُم، وَأَحَبِّهَا إِلَيْکُمْ; فَإِنَّ اللهَ قَدْ أَوْضَحَ سَبِيلَ الْحَقِّ وَأَنَارَ طُرُقَهُ، فَشِقْوَةٌ لاَزِمَةٌ، أَوْ سَعَادَةٌ دَائِمَةٌ! فَتَزَوَّدُوا فِي أَيَّامِ الْفَنَاءِ لِأَيَّامِ الْبَقَاءِ. قَدْ دُلِلْتُمْ عَلَي الزَّادِ، وَأُمِرْتُمْ بَالظَّعْنِ، وَحُثِثْتُمْ عَلَي الْمَسِيرِ، فَإِنَّمَا أَنْتُمْ کَرَکْبٍ وُقُوفٍ، لاَ يَدْرُونَ مَتَي يُؤْمَرُونَ بَالسَّيْرِ، أَلاَ فَمَا يَصْنَعُ بِالدُّنْيَا مَنْ خُلِقَ لِلْآخِرَةِ! وَمَا يَصْنَعُ بِالْمَالِ مَنْ عَمَّا قَلِيلٍ يُسْلَبُهُ، وَتَبْقَي عَلَيْهِ تَبِعَتُهُ وَحِسَابُهُ! 

عِبَادَ اللهِ، إِنَّهُ لَيْسَ لِمَا وَعَدَ اللهُ مِنَ الْخَيْرِ مَتْرَکٌ، وَلاَ فِيَما نَهَي عَنْهُ مِنَ الشَّرِّ مَرْغَبٌ. عِبَادَ اللهِ، احْذَرُوا يَوْماً تُفْحَصُ فِيهِ الْأَعْمَالُ، وَيَکْثُرُ فِيهِ الزِّلْزَالُ، وَتَشِيبُ فِيهِ الْأَطْفَالُ. اعْلَمُوا، عِبَادَ اللهِ، أَنَّ عَلَيْکُمْ رَصَداً مِنْ أَنْفُسِکُمْ، وَعُيُوناً مِنْ جَوَارِحِکُمْ، وَحُفَّاظَ صِدْقٍ يَحْفَظُونَ أَعْمَالَکُمْ، وَعَدَدَ أَنْفَاسِکُمْ، لاَ تَسْتُرُکُمْ مِنْهُمْ ظُلْمَةُ لَيْلٍ دَاجٍ، وَلاَ يُکِنُّکُمْ مِنْهُمْ بَابٌ ذُورِتَاجٍ، وَإِنَّ غَداً مِنَ الْيَوْمِ قَرِيبٌ. يَذْهَبُ الْيَوْمُ بِمَا فِيهِ، وَيَجِيءُ الْغَدُ لاَحِقاً بِهِ، فَکَأَنَّ کُلَّ امْرِيءٍ مِنْکُمْ قَدْ بَلَغَ مِنَ الْأَرْضِ مَنْزِلَ وَحْدَتِهِ، وَمَخَطَّ حُفْرَتِهِ، فَيَالَهُ مِنْ بَيْتِ وَحْدَةٍ، وَمَنْزِلِ وَحْشَةٍ، وَمُفْرَدِ غُرْبَةٍ! وَکَأَنَّ الصَّيْحَةَ قَدْ أَتَتْکُمْ، وَالسَّاعَةَ قَدْ غَشِيَتْکُمْ، وَبَرَزْتُمْ لَفَصْلِ الْقَضَاءِ، قَدْ زَاحَتْ عَنْکُمُ الْأَبَاطِيلُ، وَاضْمَحَلَّتْ عَنْکُمُ الْعِلَلُ، وَاسْتَحَقَّتْ بِکُمُ الْحَقَائِقُ، وَصَدَرَتْ بِکُمُ الْأُمُورُ مَصَادِرَهَا، فَاتَّعِظُوا بِالْعِبَرِ، وَاعْتَبِرُوا بَالْغِيَرِ، وَانْتَفِعُوا بِالنُّذُرِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

157-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki Ona şükr edib xatırlayan hər bir insan Onun daha çox yaxşılığını qazanır, saysız nemətlərini, böyüklüyünü başa düşür.
2. Yaxşı və pis yolu Qur’ani-Kərimdə bəyan edib, Peyğəmbər və onun vəsilərinin sözlərini əliniz yetən yerdə qoydu.
3. Böyük Allah Qur’ani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır Ey ağıl sahibləri, Məndən qorxun! Və günahlardan çəkinin».
4. Deməli, ağıl sahibləri dünyanı sevmək üçün bu qədər səy göstərməz, var-dövlət toplamağa çox çalışıb, öz əziz ömrünü hədərə sərf etməz.
5. Qur’ani-Kərimin Muzzəmmil surəsinin 17-ci ayəsində buyurulur: فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا «Küfr etmiş olsanız, uşaqları qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?!» Bu həmin günün çox ağır və qorxulu olmasına işarədir.
6. Qur’ani-Kərimin Nur surəsinin 24-cü ayəsində buyurulduğu kimi: يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ «Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində (onların əleyhinə) şəhadət verəcək».
7. Qur’ani-Kərimin Qaf surəsinin 16-18-ci ayələrində buyurulur: وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيد إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ «Biz insana şah damarından da yaxınıq! İki mələk onu əhatəyə almış və həmişə biri sağında və biri solundadır. Elə bir söz danışmaz ki, yanında bir hazır keşikçi olmamış olsun. Bu höccəti tamam etmək üçündür, yoxsa Allah hər şeydən, onun xırdalıqlarına qədər agahdır.
8. Qısası, həmin gün haqq-həqiqət olan üzə çıxacaq, cəza və mükafatdan çatası olanı çatacaqdır.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!