NƏHC-ül-BƏLAĞƏ - 169-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın kəlamlarındandır.

O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) və beləliklə, əhalinin şəkk-şübhə və tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını (və Cəməl əhlinin batil və nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Bey’ət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm və onların yanına qayıdana (və məsləhətləşənə) kimi özbaşına bir iş görmərəm. İmam əleyhis-salam buyurdu:
Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot və suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr və sən onların yanına qayıdıb ot və su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, nə edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu və suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə bey’ət etmək üçün) əlini uzat.1 Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün bey’ətdən üz döndərə bilmədim və beləliklə, İmam əleyhis-salamla bey’ət etdim. (Bəli, öyüd-nəsihət və haqq söz hidayət və nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis və tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.

ومن کلام له عليه السلام 

في وجوب اتباع الحقّ عند قيام الحجّة 

کلّم به بعض العرب، وقد أرسله قوم من أهل البصرة لما قرب عليه السلام منها ليعلم لهم منه حقيقة حاله مع أصحاب الجمل لتزول الشبهة من نفوسهم، فبيّن له عليه السلام من أمره معهم ما علم به أنّه علي الحقّ. ثمّ قال له: بايع. فقال: إني رسول قوم، ولا أحدِث حدثاً حتي أرجع إليهم. فقال عليه السلام: أَرَأَيْتَ لَوْ أَنَّ الَّذِينَ وَرَاءَکَ بَعَثُوکَ رَائِداً تَبْتَغِي لَهُمْ مَسَاقِطَ الْغَيْثِ، فَرَجَعْتَ إلَيْهِمْ وَأَخْبَرْتَهُمْ عَنِ الْکَلإَ وَالْمَاءِ، فَخَالَفُوا إلي الْمَعَاطِشِ وَالْمَجَادِبِ، مَا کُنْتَ صَانِعاً؟ قال: کُنْتُ تَارِکَهُمْ وَمُخَالِفَهُمْ إلي الْکَلاَءِ وَالْمَاءِ. فَقَالَ لَهُ ـ عَلَيْهِ السَّلاَمُ ـ: فَامْدُدْ إذاً يَدَکَ. فَقَالَ الرَّجُلُ: فَوَاللهِ مَااسْتَطَعْتُ أَنْ أَمْتَنِعَ عِنْدَ قِيَامِ الْحُجَّةِ عَلَيَّ، فَبَايَعْتُهُ عَلَيْهِ الْسَّلاَمُ. وَالرّجلُ يُعْرَفُ بِکُلَيْب الجَرْمِيّ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

170-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1.Çünki əgər səninlə insanın cisim və bədəninin həyatı ona bağlı olan ot və su tapmaqda müxalifət edəndə, sən onlara tabe olmayacaqsansa, bəs onda ruhun qidası olan elm və mərifət nurunu tapdıqdan sonra səninlə müxalifət etsələr necə, müxalifət edəcəksən?

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!