NƏHC-ül-BƏLAĞƏ - 171-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir

.Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy və yeri gizlətmir.1
Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir
Bir nəfər (Sə’d ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris və (xəlifəlik ləyaqətindən və ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq və (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm və siz mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə nə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:)
Allahım! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin də! (İddia edirdilər ki, haqq onların əlindədir və mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət və çətinliyinə dözmək daha asan olardı.)
Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr və onların tərəfdarları) barəsindəki bir hissəsidir
(Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla bey’ətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər və Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf getdilər.2 (Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) evdə qoyduğunu isə özlərinə və başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək və tabe olmağı öz öhdəsinə götürmüş və məcburi deyil, könüllü şəkildə mənimlə bey’ət etmişdi.3 Beləliklə, mənim Bəsrədəki məmur və icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının və həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar və ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə və kələklə şəhid etdilər.4 (Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm və haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mənə halal olardı. Çünki həmin qoşun orda olub və nəhy əz münkər edərək pis iş görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib və onun (yer üzündə fitnə-fəsad törətmək və mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm də Allah və Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını nə dil, nə də əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm də bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə də həmin qoşunun hamısını öldürmək lazımdır.)

ومن خطبة له عليه السلام 

حمد الله 

الْحَمْدُ لله الَّذِي لاَ تُوَارِي عَنْهُ سَمَاءٌ سَمَاءً، وَلاَ أَرْضٌ أَرْضاً. 

يوم الشوري 

منها: وَقَالَ قَائِلٌ: إِنَّکَ يابْنَ أبِي طَالِبٍ عَلَي هذَا الْأَمْرِ لَحَرِيصٌ. فَقُلْتُ: بَلْ أَنْتُ

مْ وَاللهِ لِأَحْرَصُ وَأَبْعَدُ، وَأَنَا أَخَصُّ وَأَقْرَبُ، وَإِنَّمَا طَلَبْتُ حَقّاً لِي وَأَنْتُمْ تَحُولُونَ بَيْنِي وَبَيْنَهُ، وَتَضْرِبُونَ وَجْهِي دُونَهُ، فَلَمَّا قَرَّعْتُهُ بِالْحُجَّةِ فِي الْملاءِ الْحَاضِرِينَ هَبَّ کَأَنَّهُ بُهِتَ لاَ يَدْرِي مَا يُجِيبُنِي بِهِ! 

الاستنصار علي قريش 

اللَّهُمَّ إنَّي أَسْتَعْدِيکَ عَلي قُرَيْشٍ وَمَنْ أَعَانَهُمْ! فَإِنَّهُمْ قَطَعُوا رَحِمِي، وَصَغَّرُوا عَظِيمَ مَنْزِلَتِي، وَأَجْمَعُوا عَلَي مُنَازَعَتِي أَمْراً هُوَ لِي. ثُمَّ قَالُوا: أَلاَ إنَّ فِي الْحَقِّ أَنْ تَأْخُذَهُ، وَفِي الْحَقِّ أَنْ تَتْرُکَهُ. 

منها في ذکر أصحاب الجمل 

فَخَرَجُوا يَجُرُّونَ حُرْمَةَ رَسُولِ اللهِ -صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ- کَمَا تُجَرُّ الْأُمَةُ عِنْدَ شِرَائِهَا، مُتَوَجِّهِينَ بِهَا إِلَي الْبَصْرَةِ، فَحَبَسَا نِسَاءَ هُمَا فِي بُيُوتِهِمَا، وَأَبْرَزَا حَبِيس رَسُولِ اللهِ -صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ- لَهُمَا َلِغَيْرِهِمَا، فِي جَيْشٍ مَا مِنْهُمْ رَجُلٌ إِلاَّ وَقَدْ أَعْطَانِي الطَّاعَةَ، وَسَمَحَ لِي بِالْبَيْعَةِ، طَائِعاً غَيْرَ مُکْرَهٍ، فَقَدِمُوا عَلَي عَامِلِي بِهَا وَخُزَّانِ بَيْتِ مَالِ الْمُسْلِمِينَ وَغَيْرِهِمْ مِنْ أَهْلِهَا، فَقَتَلُوا طَائِفَةً صَبْراً، وَطَائِفَةً غَدْراً. فَوَاللهِ لَوْ لَمْ يُصِيبُوا مِنَ الْمُسْلِمِينَ إِلاَّ رَجُلاً وَاحِداً مُعْتَمِدِينَ لِقَتْلِهِ، بِلاَ جُرْمٍ جَرَّهُ، لَحَلَّ لي قَتْلُ ذلِکَ الْجَيْشِ کُلِّهِ، إِذْ حَضَرُوهُ فَلَمْ يُنْکِرُوا، وَلَمْ يَدْفَعُوا عَنْهُ بِلِسَانٍ وَلاَ يَدٍ. دَعْ مَا أَنَّهُمْ قَدْ قَتَلُوا مِنَ الْمُسْلِمِينَ مِثْلَ الْعِدَّةِ الَّتِي دَخَلُوا بِهَا عَلَيْهِمْ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

172-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Onun elmi hər şeyi əhatə edir və Ona heç bir şey gizli deyil. Çünki əgər bundan başqa cür olsa, Onun elminin məhdud olması nəticəsini verər. Məhdudiyyət isə mümkün varlığın xüsusiyyətlərindəndir. İmam əleyhis-salamın «وَ لا أَرْضٌ أَرْضاً» «yer başqa bir yeri gizlətmir» buyuruğunun zahirindən belə məlum olur ki, yer də göy kimi yeddidir. Qur’ani-Kərimin Talaq surəsinin 12-ci ayəsində də buyurulur ki: «اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ » «Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır». Bəzilərinin əqidəsinə görə yer birdir və yeddi yerdən məqsəd yeddi iqlim və yerin yeddi hissəsidir. Amma hər bir müsəlmana bu cür məsələlərdə Allah, Peyğəmbər və o Həzrətin haqq canişinləri əleyhimus-salamın kəlamlarının zahirinə iman gətirərək düzlüyünü təsdiq etmək lazımdır. Çünki əgər öz naqis ağıllarımız və ya müxtəlif nəzər və sözlərlə bu cür məsələlərin həqiqətini dərk etmək istəsək, nəinki bir yerə çıxmaz və bir xeyir əldə etmərik, bəlkə həm də doxsanıncı xütbənin şərhində deyildiyi kimi çaş-baş və avara-sərgərdan qalarıq.
2. Məkkə ilə Bəsrə arasında yerləşən düşərgələrdən olan «Hauəb» suyuna çatanda oranın itləri hürə-hürə Aişənin kəcavəsinə tərəf cumdular. O, həmin suyun adını soruşdu. Dedilər ki, «Hauəb» suyudur. Dedi: Məni qaytarın. Çünki Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) eşitmişəm ki: «Zövcələrimdən biri mənim canişinim ilə müharibəyə gedən zaman «Hauəb»in itləri ona hürər. Çalış ki, o sən olmayasan». Təlhə ilə Zübeyr onu çaşdırdılar və yetmiş nəfəri gətirib şahidlik etdirdilər ki, həmin suyun adı «Hauəb» suyu deyil. Bu, İslamda verilən ilk yalan və nahaq şahidlik idi. «Məcməul-bəhrəyn» kitabının müəllifi onu Həzrət Sadiq əleyhis-salamdan nəql edib.
3. Həzrət Peyğəmbərin hörmətini saxlamadılar və Allah-təalanın göstərişinə zidd davrandılar. Çünki Qur’ani-Kərimin Əhzab surəsinin 33-cü ayəsində buyurulur ki: «وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى » «Ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun və bundan əvvəlki cahiliyyət qadınları kimi öz bərbəzək və zinətlərinizi yadlara göstərməyin».
4. Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları Bəsrəyə daxil olanda Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən olmuş və həmin vaxt Əmirəl-möminin əleyhis-salam tərəfindən həmin bölgənin vali və hakimi olan Osman ibn Hüneyf o Həzrətin öz məktubunda yazdığı göstərişə əsasən onlarla vuruşdu və sonda belə qərara gəlindi ki, İmam əleyhis-salam gələnə kimi onlar bir-birləri ilə mülayim davranaraq döyüşü kənara qoysunlar. Amma Cəməl əhli hiylə və kələklə beytülmalın xəzinədarlarını tutdular və Aişənin əmri ilə onların başlarını kəsdilər. Digər bir dəstəni də öldürdülər. Osmanın da baş, saqqal, qaş və kirpiklərinin tüklərini yonaraq şəhərdən çıxartdılar. O, yolda İmam əleyhis-salamla görüşə bildi. O Həzrət Osmanın halına ağladı və dedi: Yanımızdan qoca getmişdin, cavan qayıtdın.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!