NƏHC-ül-BƏLAĞƏ -182-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.

Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar.
Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).
Bu da həmin xütbənin Qur’anın vəsfi (və xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir
Qur’an (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canını o vaxt aldı ki, o, Qur’anın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi. Buna görə də Allahın əzəmət və böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qur’ani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü (də) sizdən gizli saxlamayıb və bəyənilən və bəyənilməyən heç bir şeyi onun üçün (kitab və sünnədə) aşkar nişanə və bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın və digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq və istəyi, eləcə də qəzəb və qadağası, gələcəkdə (də keçmişdəki ilə) birdir.1 Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir.2 (Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən və özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur.3 Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir.4 Həmçinin sizi şükr və həmd etməyə həvəsləndirib və sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib.5 Sizə təqvalı və pərhizkar olmağı tapşırıb.6 Onu Öz razılığının son dərəcəsi edib və bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə də nəzərləri altında olduğunuz və alın tükləriniz, yatıb-durmaq və oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz və heç kəsə deməsəniz, bilər (və yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz və əməllərinizi yazırlar və) heç bir haqqı qələmdən salmaz və nahaq və edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar və qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu və zülmətlərdən (nadanlıq və azğınlıq zülmətlərindən) işıqlıq və aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə də (Allaha ibadət və xalqa xidmətlə) axirətə tərəf tələsin və ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölümdən qabaq azuqə götürərək elə iş görün ki, Allah və Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə və qayıdış qapısının onların üzünə bağlanması (və onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız.7 Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan və azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün və Allaha və Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət və çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən və onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı və şeytanla yoldaş olanda necə olacaq?!8 Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) və onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır?
Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah və itaətsizlik nəticəsində bu əzaba düçar olsan, nə edəcəksən?) Buna görə də ey bəndələr dəstəsi, nə qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq və (qəbrdəki) sıxıntı və çətinlikdən qabaqkı genişlik və rahatlıqda dincsiniz (Allahın və Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin və bu işdə simiclik etməyin.9 Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: «إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ» «Əgər Allaha yardım göstərsəniz (itaət və bəndəlik etsəniz), O da sizə yardım göstərər və sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər (və sizi çətinlik və giriftarçılıqdan qurtarar).» Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: «مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ» «Kimdir o kəs ki, (itaət və bəndəlikdə) Allaha (riyakarlıq və özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm də çox qiymətli bir mükafat gözləyir.» O, sizdən zillət və xarlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları Ona məxsus və (hamıya) qalib və alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün və yerin xəzinələri Onundur və O, ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib və onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar).10 Həmçinin onların bədənlərini çətinlik və əziyyət görməkdən qoruyub. (Qur’ani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ» «Bu, Allahın lütf və bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir.» Eşitdiklərinizi deyirəm və Allahdan həm özüm, həm də sizin üçün (yaxşı işlər görməyə nail olmaq və pis işlərə əmr edən nəfsə və şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir və O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.

 

ومن خطبة له عليه السلام

في قدرة الله وفي فضل القرآن وفي الوصية بالتقوي

الله تعالي

الْحَمْدُ لِلَّهِ الْمَعْرُوفِ مِنْ غَيْرِ رُؤْيَةٍ، وَالْخَالِقِ مِنْ غَيْرِ مَنْصَبَةٍ، خَلَقَ الْخَلاَئِقَ بِقُدْرَتِهِ، وَاسْتَعْبَدَ الْأَرْبَابَ بِعِزَّتِهِ، وَسَادَ الْعُظَمَاءَ بِجُودِهِ، وَهُوَ الَّذِي أَسْکَنَ الدُّنْيَا خَلْقَهُ، وَبَعَثَ إِلَي الْجِنِّ وَالْإِنْسِ رُسُلَهُ، لِيَکْشِفُوا لَهُمْ عَنْ غِطَائِهَا، وَلِيُحَذِّرُوهُمْ مِنْ ضَرَّائِهَا، وَلِيَضْرِبُوا لَهُمْ أَمْثَالَهَا، وَلِيُبَصِّرُوهُم عُيُوبَهَا، وَلِيَهْجُمُوا عَلَيْهِمْ بِمُعْتَبَرٍ مِنْ تَصَرُّفِ مَصَاحِّهَا وَأَسْقَامِهَا، وَحَلاَلِهَا وحَرَامِهَا، وَمَا أَعَدَّ اللَّهُ لِلْمُطِيعِينَ مِنْهُمْ وَالْعُصَاةِ مِنْ جَنَّةٍ وَنَارٍ، وَکَرَامَةٍ وَهَوَانٍ. أَحْمَدُهُ إِلَي نَفْسِهِ کَمَا اسْتَحْمَدَ إِلَي خَلْقِهِ، وَجَعَلَ لِکُلِّ شَيْءٍ قَدْراً، وَلِکُلِّ قَدْرٍ أجَلاً، وَلِکُلِّ أَجَلٍ کِتَاباً.

فضل القرآن

منها: فَالْقُرآنُ آمِرٌ زَاجِرٌ، وَصَامِتٌ نَاطِقٌ. حُجَّةُ اللهِ عَلَي خَلْقِهِ، أَخَذَ عَلَيْهِمْ مِيثاقَهُمْ، وَارْتَهَنَ عَلَيْهِمْ أَنْفُسَهُمْ، أَتَمَّ نُورَهُ، وَأکَْمَلَ بِهِ دِينَهُ، وَقَبَضَ نَبِيَّهُ -صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ- وَقَدْ فَرَغَ إِلَي الْخَلْقِ مِنْ أَحکَامِ الْهُدَي بِهِ. فَعَظِّمُوا مِنهُ سُبْحَانَهُ مَا عَظَّمَ مِنْ نَفْسِهِ، فَإِنَّهُ لَمْ يُخْفِ عَنْکُمْ شَيئاً مِنْ دِينِهِ، وَلَمْ يَتْرُکْ شَيئاً رَضِيَهُ أَوْ کَرِهَهُ إِلاَّ وَجَعَلَ لَهُ عَلَماً بَادِياً، وَآيَةً مُحْکَمَةً، تَزْجُرُ عَنْهُ، أَوْ تَدْعُو إِلَيْهِ، فَرِضَاهُ فِيَما بَقِيَ وَاحِدٌ، وَسَخَطُهُ فِيَما بَقِيَ وَاحِدٌ. وَاعْلَمُوا أَنَّهُ لَنْ يَرْضَي عَنْکُمْ بِشَيءٍ سَخِطَهُ عَلَي مَنْ کَانَ قَبْلَکُم، وَلَنْ يَسْخَطَ عَلَيْکُمْ بِشَيْءٍ رَضِيَهُ مِمَّنْ کَانَ قَبْلَکُمْ، وَإِنَّمَا تَسِيرُونَ فِي أَثَرٍ بَيِّنٍ، وَتَتَکَلَّمُونَ بِرَجْعِ قَولٍ قَدْ قَالَهُ الرِّجَالُ مِنْ قَبْلِکُمْ، قَدْ کَفَاکُمْ مَؤُونَةَ دُنْيَاکُمْ، وَحَثَّکُمْ عَلَي الشُّکْرِ، وَافْتَرَضَ مِنْ أَلْسِنَتِکُمُ الذِّکْرَ.

الوصية بالتقوي

وَأَوْصَاکُمْ بِالتَّقْوَي، وَجَعَلَهَا مُنْتَهَي رِضَاهُ، وَحَاجَتَهُ مِنْ خَلْقِهِ. فَاتَّقُوا اللهَ الَّذِي أَنْتُمْ بِعَيْنِهِ، وَنَوَاصِيکُمْ بِيَدِهِ، وَتَقَلُّبُکُمْ فِي قَبْضَتِهِ، إِن أَسْرَرْتُمْ عَلِمَهُ، وَإِن أَعْلَنْتُمْ کَتَبَهُ، قَدْ وَکَّلَ بِذلِکَ حَفَظَةً کِرَاماً، لاَ يُسْقِطُونَ حَقّاً، وَلاَ يُثْبِتُونَ بَاطِلاً. وَاعْلَمُوا أَنَّهُ (مَنْ يَتَّقِ اللهَ يَجْعَلْ لَهُ مَخْرَجاً) مِنَ الْفِتَنِ، وَنُوراً مِنَ الظُّلَمِ، وَيُخَلِّدْهُ فِيَما اشْتَهَتْ نَفْسُهُ، وَيُنْزِلْهُ مَنْزِلَ الْکَرَامَةِ عِنْدَهُ، فِي دَارٍ اصْطَنَعَهَا لِنَفْسِهِ، ظِلُّهَا عَرْشُهُ، وَنُورُهَا بَهْجَتَهُ، وَزُوَّارُهَا مَلاَئِکَتُهُ، وَرُفَقَاؤُهَا رُسُلُهُ. فَبَادِرُوا الْمَعَادَ، وَسَابِقُوا الْآجَالَ، فَإِنَّ النَّاسَ يُوشِکُ أَنْ يَنْقَطِعَ بِهِمُ الْأَمَلُ، وَيَرْهَقَهُمُ الْأَجَلُ، وَيُسَدَّ عَنْهُمْ بَابُ التَّوْبَةِ، فَقَدْ أَصْبَحْتُمْ فِي مِثْلِ مَا سَأَلَ إِلَيْهِ الرَّجْعَةَ مَنْ کَانَ قَبْلَکُمْ، وَأَنْتُمْ بَنُو سَبِيلٍ، عَلَي سَفَرٍ مِنْ دَارٍ لَيْسَتْ بِدَراِکُمْ، وَقَد أُوذِنْتُمْ مِنهَا بِالْإِرْتِحَالِ، وَأُمِرْتُمْ فِيهَا بِالزَّادِ. وَاعْلَمُوا أَنَّهُ لَيْسَ لِهذَا الْجِلْدِ الرَّقِيقِ صَبْرٌ عَلَي النَّارِ، فَارْحَمُوا نُفُوسَکُمْ، فَإِنّکُمْ قَدْ جَرَّبْتُمُوهَا فِي مَصَائِبِ الدُّنْيَا. أَفَرَأَيْتُمْ جَزَعَ أَحَدِکُمْ مِنَ الشَّوْکَةِ تُصِيبُهُ، وَالْعَثْرَةِ تُدْمِيهِ، وَالرَّمْضَاءِ تُحْرِقُهُ؟ فَکَيْفَ إِذَا کَانَ بَيْنَ طَابَقَيْنِ مِنْ نَارٍ، ضَجِيعَ حَجَرٍ، وَقَرِينَ شَيْطَانٍ! أَعَلِمْتُمْ أَنَّ مَالِکاً إِذَا غَضِبَ عَلَي النَّارِ حَطَمَ بَعْضُهَا بَعْضَاً لِغَضَبِهِ، وَإِذَا زَجَرَهَا تَوَثَّبَتْ بَيْنَ أَبوَابِهَا جَزَعاً مِنْ زَجْرَتِهِ! أَيُّهَا الْيَفَنُ الْکَبِيرُ، الَّذِي قَدْ لَهَزَهُ الْقَتَيرُ، کَيْفَ أَنْتَ إِذَا الْتَحَمَتْ أَطْوَاقُ النَّارِ بِعِظَامِ الْأَعْنَاقِ، وَنَشِبَتِ الجَوَامِعُ حَتَّي أَکَلَتْ لُحُومَ السَّوَاعِدِ. فَاللهَ اللهَ مَعْشَرَ الْعِبَادِ! وَأَنْتُمْ سَالِمُونَ فِي الصِّحَّةِ قَبْلَ السُّقْمِ، وَفِي الْفُسْحَةِ قَبْلَ الضِّيقِ، فَاسْعَوْا فِي فَکَاکِ رِقَابِکُمْ مِنْ قَبْلِ أَنْ تُغْلَقَ رَهَائِنُهَا، أَسْهِرُوا عُيُونَکُمْ، وَأَضْمِرُوا بُطُونَکُمْ، وَاسْتَعْمِلُوا أَقْدَامَکُمْ، وَأَنْفِقُوا أَمْوَالَکُمْ، وَخُذُوا مِنْ أَجْسَادِکُمْ فَجُودُوا بِهَا عَلَي أَنْفُسَکُمْ، وَلاَ تَبْخَلُوا بِهَا عَنْهَا، فَقَدْ قَالَ اللهُ سُبْحَانَهُ: (إِنْ تَنْصُرُوا اللهَ يَنْصُرْکُمْ وَيُثَبِّتْ أَقْدَامَکُمْ)، وَقَالَ تَعَالَي: (مَنْ ذَا الَّذِي يُقْرِضُ اللهَ قَرْضاً حَسَناً فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ کَرِيمٌ)، فَلَمْ يَسْتَنْصِرْکُمْ مِنْ ذُلٍّ، وَلَمْ يَسْتَقْرِضْکُمْ مِنْ قُلٍّ، اسْتَنْصَرَکُمْ (وَلَهُ جُنُودُ السَّماوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحُکِيمُ)، وَاسْتَقْرَضَکُمْ (وَلَهُ خَزَائِنُ السَّماوَاتِ وَالْأَرْضِ وَهُوَ الْغَنِيُّ الْحَمِيدُ)، وَإِنَّمَا أَرَادَ أَنْ (يَبْلُوَکُمْ أَيُّکُمْ أَحْسَنُ عَمَلاً) فَبَادِرُوا بِأَعْمَالِکُمْ تَکُونُوا مَعَ جِيرَانِ اللهِ فِي دَارِهِ، رَافَقَ بِهِمْ رُسُلَهُ، وَأَزَارَهُمْ مَلاَئِکَتَهُ، وَأَکرَمَ أَسْمَاعَهُمْ أَنْ تَسْمَعَ حَسِيسَ نَار أَبَداً، وَصَانَ أَجْسَادَهُمْ أَنْ تَلْقَي لُغُوباً وَنَصَباً: (ذلِکَ فُضْلُ اللهِ يُؤتِيهِ مَنْ يَشَاءُ وَاللهُ ذُوالْفَضْلِ الْعَظِيمِ) أَقُولُ مَا تَسْمَعُونَ، وَاللهُ الْمُسْتَعَانُ عَلي نَفْسِي وَأَنْفُسِکُمْ، وَهُوَ حَسْبُنَا وَنِعْمَ الْوَکِيلُ!

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

183-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Onun hökmləri qiyamətə kimi dəyişməyəcək, bəlkə hər bir məsələnin hökmü Həzrət Peyğəmbərin dövründə Qur’an və sünnədə bəyan olunan kimidir. Bu cümlə «Müxəttəə»dən olan doğru fikir sahiblərinin nəzərlərinin düzlüyünə bir dəlildir. Onlar deyirlər ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hər bir məsələdə müəyyən və bəlli bir hökmü var. Onu elmi əsaslar çərçivəsində kəşf edərək üzə çıxaran müctəhid haqdır. Elmi çərçivədə həmin hökmü kəşf edərək üzə çıxarmaq istiqamətində çalışmış, amma həqiqi hökmü əldə etməmiş müctəhid isə səhvə düçar olub. Amma bununla belə bu işə görə ona heç bir zərər-ziyan dəyməz. «Müsəvvəbə»dən olan səhv düşüncə tərəfdarlarının nəzəri isə yuxarıda deyilənlərin əksinədir. Onlar deyirlər ki, Allahın hər bir məsələdə müctəhidlərin fərqli nəzərlərinə əsasən müxtəlif hökmləri vardır.
2. Allahın Peyğəmbərinin zamanında haram olan şey sizə və gələcək nəsillərə də haramdır və eləcə də vaciblər vacibdir. Çünki Məhəmmə-din (səlləllahu əleyhi və alih) şəriəti qiyamətə kimi davam edəcək və onun bir nəfər barəsindəki hökmü hamıya aiddir. Buna görə də hər bir məsələnin hökmü birinci günündə müəyyənləşdirildiyi, Kitab və sünnədə bəyan edildiyi kimidir və hökmlər heç bir kəs və zamanla bağlı olaraq dəyişdirilməzdir. Heç kəsin öz rəy və ictihadı ilə onu dəyişdirmək icazəsi yoxdur. Əgər kimsə belə bir iş görsə, dində bid’ət qoyub.
3. Gərək özünüzdən qabaqkıların yoluna qədəm qoyasınız, onların davranış üsulları ilə davranasınız, yoxsa özbaşına bir söz deyib başqa yol ilə getməyəsiniz.
4. Sizi ruzi əldə etməyin qəm-qüssəsindən nicat verir, necə ki, Zariyat surəsinin 22-23-cü ayələrində buyurulur:«وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ فَوَرَبِّ السَّمَاء وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ» «Sizin ruziniz və vəd olunduğunuz şey göydədir. Buna görə də göyün və yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi düz və həqiqətdir.» Yəni, sizin danışığınızda şəkk və tərəddüd olmadığı kimi, deyilənlərin də düz və doğru olmasında heç bir şəkk-şübhə yoxdur.
5. Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: «فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ» «Məni yada salın ki, Mən də sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin.»
6. Necə ki, Qur’ani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: «وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا» «Biz sizdən əvvəl Kitab verilənlərə (yəhudi, xristian və bu kimilərə) və sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah ehtiyacsızdır və şükr olunmağa layiqdir.» Deməli, təqvaya əmr olunması sizin özünüzün nicat tapmağınız üçündür, yoxsa Allahın sizin ibadət və pərhizkarlığınıza ehtiyacı yoxdur.
7. Nə qədər ki, dirisiniz, öz işinizə bir çarə qılaraq yol üçün azuqə götürün. Yoxsa keçmişlər kimi olmayın ki, onlar peşmançılıqlarının bir faydası olmayan və istəkləri qəbul edilməyən bir zamanda öz günahlarından peşman olaraq dünyaya qayıtmaq istəyirlər. Necə ki, Qur’ani-Kərimin Ən’am surəsinin 27-28-ci ayələrində buyurulur: «وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ» «Əgər oda (daxil olmağa) məcbur edilən günahkarları görsən, (eşidərsən ki, belə) deyirlər: Kaş ki, bizi dünyaya qaytaraydılar və biz Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq. Düz demirlər, bəlkə etiraf ona görədir ki, bundan qabaq onlara gizli olan şey aşkar olub. Əgər qayıtsalar, yenə onlara qadağan olunmuş şeyləri yerinə yetirərlər və onlar yalan deyirlər.» Həmçinin Mu’minun surəsinin 99-100-cü ayələrində buyurulur: «حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ» «Onlar ölüm onlardan birini haqlayana kimi çirkin işlər görərlər. Sonra o, peşmançılıq üzündən deyər: Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə əldən çıxardığımın müqabilində yaxşı bir iş görüm. Xeyr, onu qaytarmazlar. Çünki qayıtmaq istəyi onların çətinliyə düçar olduğu üçün dediyi bir sözdür. Onların arxasında qəbr hesabı üçün qaldırılacaqları günə kimi maneə olacaqdır.»
8. Necə ki, Qur’ani-Kərimdə Təhrim surəsinin 6-cı ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ» «Ey iman gətirənlər! Günahları tərk etməklə özünüzü və öyüd-nəsihətlə övladlarınızı elə bir oddan qoruyun ki, onun odun və yanacağı insanlar və yonulub büt edilərək ibadət olunan daşlardır. Həmin odun üstündə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən qaba sözlü sərt mələklər vardır.» Həmçinin Zuxruf surəsinin 36-cı ayəsində buyurulur: «وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ» «Hər kəs mehriban Allahın zikrindən boyun qaçırsa, Biz şeytanı onun yoldaşı edərik.»
9. Tezliklə yox olaraq torpaq altında çürüyəcək bədənlərinizi ibadət, bəndəlik və din düşmənləri ilə cihad yolunda sərf edin ki, əbədi əzabdan qurtularaq əbədi Cənnətdə olasınız.
10. Necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 101-102-ci ayələrində buyurulur: «إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُون» «Öndə olanlara Bizim tərəfimizdən gözəl mükafat vardır. Onları cəhənnəm odundan uzaqlaşdırarlar ki, onun səsini eşitməsinlər. Onlar arzuladıqları şeydə əbədi qalarlar».

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!