NƏHC-ül-BƏLAĞƏ -204-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.

Həmd o Allaha məxsusdur ki, (zat və sifətlərində) yaratdıqlarına bənzər olmaqdan uca, vəsf edənlərin sözlərindən yüksək və (onları) aciz edəndir. (Heç kəsin Onun həqiqətini vəsf etmək qüdrəti yoxdur.) Yaradılışının (yaratdıqlarında olan) qəribəlik və heyranediciliyi ilə görənlər üçün aşkar, izzətinin böyüklüyü ilə xəyal və güman sahiblərinin düşüncələrindən gizlindir. Başqasından öyrənmədən, (elmini) artırmağa ehtiyac olmadan və (başqasının elmindən) bəhrələnmədən (hər şeyi) biləndir.1 Fikrə dalıb düşünmədən bütün yaranmışların yaradanıdır. O, elə bir Allahdır ki, qaranlıq və zülmətlər Onu əhatə etmir, aydınlıqlardan işıq istəmir, gecə Onu bürümür və gündüz Ona şamil olmur.2 Onun (əşyaları) dərk etməsi görmə vasitəsi ilə deyildir.3 Həmçinin Onun elmi başqasından xəbər almaq nəticəsində deyil.4
Bu da həmin xütbənin Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsindəki bir hissəsidir
Allah Həzrət Peyğəmbəri nur (elmvə peyğəmbərliknuru) ilə göndərdi və onu (peyğəmbərliyə) seçməkdə (bütünyaranmışlardan) üstün etdi. Onun vasitəsi ilə bütün dağınıqlıqları bir birinə bağladı (aləmdəolan nizamsızlıqvə fitnə-fəsadlarıislah etdi) və onunla (onun qüdrəti ilə) həmişə qalib olanları məğlub etdi. (O Həzrəti kafir, müşrik və münafiqlərə hakim etdi.) Onun vasitəsi ilə çətini asan və kələ-kötürü hamar etdi və nəhayət, azğınlığı sağ və soldan (şərq və qərbdən) uzaqlaşdırdı.

ومن خطبة له عليه السلام

في تمجيدالله وتعظيمه

الْحَمْدُ لِلَّهِ الْعَلِيِّ عَنْ شَبَهِ الْمَخْلُوقِينَ، الْغَالِبِ لِمَقَالِ الْوَاصِفِينَ، الظَّاهِرِ بَعَجَائِبِ تَدْبِيرِهِ لِلنَّاظِرينَ، الْبَاطِنِ بِجَلاَلِ عِزَّتِهِ عَنْ فِکْرِ الْمُتَوَهِّمِينَ، الْعَالِمِ بَلاَ اکْتِسَاب وَلاَ ازْدِيَاد، وَلاَ عِلْمٍ مُسْتَفَادٍ، الْمُقَدِّرِ لِجَميِعِ الْأُمُورِ بِلاَ رَوِيَّةٍ وَلاَ ضَمِيرٍ، الَّذِي لاَ تَغْشَاهُ الظُّلَمُ، وَلاَ يَسْتَضِيءُ بِالْأَنْوَارِ، وَلاَ يَرْهَقُهُ لَيْلٌ، وَلاَ يَجْرِي عَلَيْهِ نَهَارٌ، لَيْسَ إِدْرَاکُهُ بِالْإِبْصَارِ، وَلاَ عِلْمُهُ بِالْإِخْبَارِ.

منها في ذکر النبي صلي الله عليه وآله وسلم:

أَرْسَلَهُ بِالضِّيَاءِ، وَقَدَّمَهُ فِي الْإِصْطِفَاءِ، فَرَتَقَ بِهِ الْمَفَاتِقَ، وَسَاوَرَ بِهِ الْمُغَالِبَ، وَذَلَّلَ بِهِ الصُّعُوبَةَ، وَسَهَّلَ بِهِ الْحُزُونَةَ، حَتَّي سَرَّحَ الضَّلاَلَ، عَنْ يَمِيٍن وَشِمَالٍ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

205-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki öyrənmək, artırmaq və bəhrələnməknadanlıq və naqisliyin tələblərindəndir və vücudu vacib olan deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir.
2. Çünki O, cisim olmaqdan, zamandan və hərəkətdən pak və uzaqdır.
3. Çünki Onun zatı eyni ilə görməsidir və eləcə də görməsi zatının özüdür.
4. Çünki belə deyil ki, O, nədənsə xəbərsiz olsun və sonra xəbər alsın. Bundan əlavə bir şeydən xəbər almaq nadanlığın tələblərindəndir ki,vacib varlıqda belə bir şey ola bilməz.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!