NƏHC-ül-BƏLAĞƏ -205-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətlərinə işarə etdiyi, Həzrət Peyğəmbərin mədhi, yaxşıların və Allah-təalanın dostlarının vəsfi barəsindəki və öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Şəhadət verirəm ki, Allah-təala (heçbir işdə zülm və sitəmlə deyil, bütün işlərdə) ədalətlə (ümumi quruluşa, hikmət və mənfəətə uyğun) davranan adil və (Qur’ani-Kərimdə haqq ilə batili bir-birindən) ayıran hakimdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi və bəndələrinin başçısıdır. Allah məxluqatı (bellərdən bətnlərə) gətirən zaman onları iki cərgə (xeyir və şər) etdi və o Həzrəti xeyir dəstəsinə saldı. O Həzrətin nəsəbində zinakarın payı yox idi və günahkar şərik olmadı.1
Bilin ki, Allah xeyir və yaxşı (işlər) üçün onun əhli olan adamlar (mömin və pərhizkarlar), haqq (din) üçün sütunlar (peyğəmbərlər), itaət və bəndəlik üçün qoruyucular (hidayət imamları əleyhimus-salam) müəyyənləşdirib.2 Hər bir itaətdə (yaxşı işdə) sizin üçün Allah tərəfindən bir kömək vardır (Allahın lütf və yardımı sizin halınıza şamildir) ki, dilləri iti və qəlbləri (haqqa) arxayın edir.3 Həmin köməkdə ehtiyacsızlıq istəyən üçün ehtiyacsızlıq və (xəstəliklərə boyun əyərək az şeyə görə Allah və Peyğəmbərin itaətindən əl götürüb özlərini dünya və axirətdə bədbəxt edənlər üçün deyil, mənəvi xəstəliklərdən) şəfa istəyənlər üçün şəfa vardır.
Həmçinin bilin ki, Allahın elminin qoruyucuları olan bəndələri (elmin qorunması onlara tapşırılmış hidayət imamları əleyhimus-salam və din başçıları) qorunmalı şeyi (istedad və dərketmə qabiliyyəti olmayan kəsdən) qoruyurlar (yaxud onu hadisələrin zay edibaradan aparmaması üçün öyrədilməsi münasib olmayan kəsdən gizli saxlayırlar); onun çeşmələrini cari edirlər (istedadı olan kəsə öyrədirlər); bir-birlərinə (elm və hikmət) dolu piyalələr içirdir və sudan doymuş halda qayıdırlar. Onlar şəkk, töhmət və pis gümanlara düşmürlər, qeybət və başqasının pisliyinə danışmaq onların yanına tələsmir. (Xülasə, onların məclisləri şəkk, töhmət, pis gümanlar, qeybət və pis danışıqlardan boş olur.) Allah onların fitrət və xasiyyətlərini bu gözəl sifətlərlə yaradıb (bu sifətlərlə elə tərbiyə ediliblərki, sanki bu, onların fitrət və təbiətləridir) və bir-birləri ilə bu cür dostluq edir və ünsiyyətdə olurlar. Beləliklə, onlar (xalqın içində, yaxşısı) götürülən və (işə yaramayanı) çölə tökülən təmizlənmiş toxum və dənin üstün olması kimidirlər. Həmin toxumu digərlərindən təmizləmək seçib fərqləndirib və imtahan xalisləşdirib. (Xülasə, onlar seçilmiş insanlardırlar.) Buna görə də gərək insan, şərəf və böyüklüyü bu sifətləri qəbul etməklə qəbul etsin, qiyamətin çətinliyindən, o gəlib çatmamış çəkinsin (əzaba düçar olmasına səbəb olan bir iş görməsin). Həmçinin insan gərək günlərin qısalığına və bu mənzildə (dünyada) dayanmağının azlığına nəzər salıb düşünsün (qəflət yuxusuna getməsin) ki, bu mənzili digər mənzil (axirət) ilə əvəz edə bilsin. Gərək digər mənzil üçün, eləcə də həmin evdə lazım olmasını bildiyi şey üçün gözəl əməl yerinə yetirsin. Buna görə də(rəzil sifətlərdən uzaq qalmış) o sağlam qəlb sahibinin xoş halına ki, onu (haqq yola) hidayət edənə tabe olur, məhvə sürükləyəndən uzaqlaşır; onu gözüaçıq edənin gözüaçıqlığı və ona göstəriş verənə tabe olmaqla (çətinlik və giriftarçılıqlardan) salamatlıq yoluna çatıb və qapıları bağlanmamış və vasitələri əldən çıxmamış (ölməmiş) nicat (əzabdan qurtuluş) yoluna tələsib, tövbə və (Allaha) qayıdış qapısının açılmasını istəyir və (tövbə ilə) günahı(özündən) uzaqlaşdırır. Həqiqətən onlar yol üstündə dayanıblar və aydın yol aşkar olub.4

ومن خطبة له عليه السلام

يصف جوهر الرسول، ويصف العلماء، ويعظ بالتقوي

وَأَشْهَدُ أَنَّهُ عَدْلٌ عَدَلَ، وَحَکَمٌ فَصَلَ، وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، وَسَيِّدُ عِبَادِهِ، کُلَّمَا نَسَخَ اللهُ الْخَلْقَ فِرْقَتَيْنِ جَعَلَهُ فِي خَيْرِهِمَا، لَمْ يُسْهِمْ فِيهِ عَاهِرٌ، وَلاَ ضَرَبَ فِيهِ فَاجِرٌ. أَلاَ وإِنَّ اللهَ جَعَلَ لِلْخَيْرِ أَهْلاً، وَلِلْحَقِّ دَعَائِمَ، وَلِلطَّاعَةِ عِصَماً. وَإِنَّ لَکُمْ عِنْدَ کُلِّ طَاعَةٍ عَوْناً مِنَ اللهِ يَقُولُ عَلَي الْأَلْسِنَةِ، وَيُثَبِّتُ الْأَفْئِدَةَ، فِيهِ کِفَاءٌ لِمُکْتَفٍ، وَشِفَاءٌ لِمُشْتَفٍ.

صفة العلماء

وَاعْلَمُوا أَنَّ عِبَادَ اللهِ الْمُسْتَحْفَظِينَ عِلْمَهُ، يَصُونُونَ مَصُونَهُ، وَيُفَجِّرُونَ عُيُونَهُ، يَتَوَاصَلُونَ بِالْوِلاَيَةِ، وَيَتَلاَقَوْنَ بالْمَحَبَّةِ، وَيَتَسَاقَوْنَ بِکَأْسٍ رَوِيَّةٍ، وَيَصْدُرُونَ بِرِيَّةٍ، لاَ تَشُوبُهُمُ الرِّيبَةُ، وَلاَ تُسْرِعُ فِيهِمْ الْغِيبَةُ. عَلَي ذلِکَ عَقَدَ خَلْقَهُمْ وَأَخْلاَقَهُمْ، فَعَلَيْهِ يَتَحَابُّونَ، وَبِهِ يَتَوَاصَلُونَ، فَکَانُوا کَتَفَاضُلِ الْبَذْرِ يُنْتَقَي، فَيُوْخَذُ مِنْهُ وَيُلْقَي، قَد مَيَّزَهُ التَّخْلِِيصُ، وَهذَّبَهُ التَّمْحِيصُ.

العظة بالتقوي

فَلْيَقْبَلِ امْرُؤٌ کَرَامَةً بِقَبُولِهَا، وَلْيَحْذَرْ قَارِعَةً قَبْلَ حُلُولِهَا، وَلْيَنْظُرِ امْرُؤٌ فِي قَصِيرِ أَيَّامِهِ، وَقَلِيلِ مُقَامِهِ، فِي مَنْزِلٍ حَتَّي يَسْتَبْدِلَ بِهِ مَنْزِلاً، فَلْيَصْنَعْ لِمُتَحَوَّلِهِ، وَمَعَارِفِ مُنْتَقَلِهِ. فَطُوبَي لِذِي قَلْبٍ سَلِيمٍ، أَطَاعَ مَنْ يَهْدِيهِ، وَتَجَنَّبَ مَنْ يُرْدِيهِ، وَأَصَابَ سَبِيلَ السَّلاَمَةِ بِبَصَرِ مَنْ بَصَّرَهُ، وَطَاعَةِ هَادٍ أَمَرَهُ، وَبَادَرَ الْهُدي قَبْلَ أَنْ تُغْلَقَ أَبْوَابُهُ، وَتُقْطَعَ أَسْبَابُهُ، وَاسْتَفْتَحَ التَّوْبَةَ، وَأَمَاطَ الْحَوْبَةَ، فَقَدْ أُقِيمَ عَلَي الطَّرِيقِ، وَهُدِيَ نَهْجَ السَّبِيلِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

206-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Həzrət Peyğəmbərin Həzrət Adəm əleyhis-salama kimi bütün ata-anaları təkallahlı olublar və İmam əleyhis-salamın tam aşkar şəkildə buyurduğu kimi onlar şirk, küfr və günah çirkinliklərinə bulaşmayıblar.
2. Buna görə də Allahın itaəti yer üzündən birdəfəlik yığışdırılmaz. Əgər bir dəstə onu tərk etsə, digər bir qrup ondan yapışar; əgər bəziləri müxalifət etsələr, digərləri onu himayə edərək onun tələblərinə riayət edərlər.
3. Buna görə də əgər Allahın lütfü olmasaydı, batilin hücumu və qalib gəldiyi vaxt və haqqın zəiflik və süstlüyü zamanı insanlar Allaha itaətdən, peyğəmbərlərə və onların canişinlərinə tabe olmaqdan əl götürərdilər və ona ürək bağlamazdılar.
4. Haqq yol hamı üçün aşkardır, sanki iki yol ayrıcında yol gedəni istiqamətləndirmək üçün bələdçi dayanıb. Yaxud yolu göstərən bir nişanə mövcuddur. Buna görə də yolu itirənin üzr və bəhanəsi qəbul olmaz.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!