NƏHC-ül-BƏLAĞƏ -209-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Cəməl müharibəsində Təlhə ilə Əbdürrəhman ibn Əttab ibn Usəydin öldürülmüş cəsədlərinin yanından keçərkən buyurduğu kəlamlarındandır.

Hər halda Əbu Məhəmməd(bu, Təlhənin künyəsidir) burda öz diyarından uzaq və qərib düşüb. Bilin, Allaha and olsun ki, mən yerüzündə Qüreyş tayfasından birinin meyidinin sərilməsini istəmirdim. İntiqamı Əbdül Mənaf övladlarından1 aldım. (Cəməl müharibəsində Aişə ilə birgə olan və onlardan Əbdürrəhman ibn Əttab və Abdullah ibn Rəbiədən başqa heç biri öldürülməyən) Cuməh qəbiləsinin böyükləri isə əlimdən qaçdılar. Həqiqətəndə onlar layiq olmadıqları işə boyun uzatdılar və ona çatmamış boyunları sındırıldı. (Dünyapərəstlik üçün xilafət və əmirliyi ələ almaq istədilər, amma arzularına çatmadılar.)

ومن کلام له عليه السلام
لمّا مر بطلحة بن عبد الله وعبدالرحمن بن عتاب بن أسيد وهما قتيلان يوم الجمل:
لَقَدْ أَصْبَحَ أَبُو مُحَمَّدٍ بِهذَا الْمَکَانِ غَرِيباً! أَمَا وَاللهِ لَقَدْ کَنْتُ أَکْرَهُ أَنْ تَکُونَ قُرَيْشٌ قَتْلَي تَحْتَ بُطُونِ الْکَوَاکِبِ! أَدْرَکْتُ وَتْرِي مِنْ بَنِي عَبْدِ مَنَافٍ، وَأَفْلَتَتْنِي أَعْيَانُ بَنِي جُمَحَ، لَقَدْ أَتْلَعُوا أَعْنَاقَهُمْ إِلَي أَمْرٍ لَمْ يَکُونُوا أَهْلَهُ فَوُقِصُوا دوُنَهُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

210-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Şərhçilərin fərqli nəzərlərinə əsasən ana tərəfdən Əbdül Mənafa çatan Təlhə və Zübeyrdən və ya digərlərindən.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!