NƏHC-ül-BƏLAĞƏ -210-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (əsl arif və həqiqi mömin barəsində buyurduğu) kəlamlarındandır.

Həqiqətən (mömin) öz ağlını (pərhizkarlıqla, Allah və Peyğəmbərə tabeçiliklə) elə dirildib və nəfsini (zahidlik, bəndəlik və nəfsi istəklərə tabe olmamaqla) elə öldürüb ki, onun eni (bədəni) nazikləşib, bərki (ürəyi) yumşalıb və çox nurlu (bir) parıltı işıq saçıb ona. (O, yüksək tovhid və Allahı tanımaq məqamına çatıb.) Beləliklə, onun nuru ona yolu (hidayət və nicaty olunu) göstərib. O, həmin nurla (haqq) yolda hərəkət edib. Və mərtəbələr (zahidlik, pərhizkarlıq və ibadət) onu (yüksəldərək) əmin-amanlıq qapısı və yaşayış yerinə sövq edib. (Zahidlik və ibadətin mərtəbələrindən hər biri onu digər mərtəbəyə çatdırar və o, nəhayət, əbədi Cənnəti əldə edər.) Həmçinin ayaqları bədəninin rahatlığı ilə, öz qəlbini məcbur etdiyi iş (haqqın nişanələrində fikirləşərək düşünmək) nəticəsində və Rəbbini razı saldığı şey (itaət və bəndəlik) vasitəsi ilə təhlükəsiz və rahat yerdə möhkəmlənib.

ومن کلام له عليه السلام
في وصف السالک الطريق إلي الله سبحانه
قَدْ أَحْيَا عَقْلَهُ، وَأَمَاتَ نَفْسَهُ، حَتَّي دَقَّ جَلِيلُهُ، وَلَطُفَ غَلِيظُهُ، وَبَرَقَ لَهُ لاَمِعٌ کَثِيرُ الْبَرْقِ، فَأَبَانَ لَهُ الطَّرِيقَ، وَسَلَکَ بِهِ السَّبِيلَ، وَتَدَافَعَتْهُ الْأَبْوَابُ إِلَي بَابِ السَّلاَمَةِ، وَدَارِ الْإِقَامَةِ، وَثَبَتَتْ رِجْلاَهُ بِطُمَأْنِينَةِ بَدَنِهِ فِي قَرَارِ الْأَمْنِ وَالرَّاحَةِ، بِمَا اسْتَعْمَلَ قَلْبَهُ، وَأَرْضَي رَبَّهُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

211-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!