NƏHC-ül-BƏLAĞƏ -231-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (imanın vəsfi barəsindəki) xütbələrindəndir.

İmanın (Allahın varlığını təsdiq etmək, Həzrət Peyğəmbərin ilahi elçi olmasına yəqini olmaq və məsum imamlar əleyhimus-salamın vilayətlərinə etiqad bəsləməkdən ibarət olan) bir hissəsi qəlblərdə sabit və bərqərardır (və o, həqiqi imandır ki, dəlil və sübut vasitəsi ilə əldə edilir və insanları azdıran kimsələrin yaratdıqları şəkk-şübhə və azğınlıqlar onu aradan qaldırabilmir). Onun (dəlil və sübut yolu ilə əldə edilməyən) digər bir hissəsi isə müəyyən edilmiş vaxta (dünyadan köçülənə) kimi qəlblə sinə arasında müvəqqətidir və aradan getməsi ehtimal olunur (istər təqlid edən şəxsin etiqadları kimi yəqinliyi olan olsun, istərsə də güman edilən və xəyali. Çünki belə bir iman qəlbdə sabitləşməyib və yer almayıb). Buna görə də (istər sabit, istərsə də müvəqqəti iman qəlbdə olan bir məsələ olduğu və ondan xəbərdarlıq mümkün olmadığı üçün) sizdə (pis güman və ya çirkin əmələ görə) ikrah yaranan zaman onun (iman əhli və ya kafir olması) barəsində ölüm onu haqlayana kimi səbr edin.1(Amma əgər o öz çirkin əməlindən əl çəkməsə və eləcə dünyadan köçsə) onda (belə olan surətdə, onun özünə də ikrahla yanaşılmalı və ondan uzaqlaşılmalıdır. Çünki) o həmin vaxt nifrətə layiq olur. (Ona görə ki, ölümdən sonra iman əldə edilməsi və qazanılması üçün bir vəzifə və iş yoxdur.) Hicrət (zəlalətvə azğınlıqdanhidayətvə qurtuluşa, küfrdənimana köçmək) Həzrət Peyğəmbərin peyğəmbərliyə göndərilməsinin əvvəlində vacib olduğu kimi vacibdir.2 Allahın yer üzü əhlinin (küfr ölkələrində) imana tərəf hicrət etmələrini (təqiyyə ilə) gizlədən dəstəyə və (İslam ölkələrində) aşkar edənlərə ehtiyacı yoxdur.3 Yer üzündəki höccəti (Allahın nümayəndəsini) tanımayınca hicrət adı heç kəsə qoyulmur və şamil olmur.4 Buna görə də mühacir, Allahın höccətini tanıyan və onu təsdiqləyərək qəbul edən kəsdir.5 Höccətin xəbəri çatan, qulağı onu eşidən və qəlbində yer tutan kəsə zəif və aciz adı verilməz.6 (Allahın höccətini tanımaq ləyaqəti hamıda olmadığı və onu tanımağın həqiqəti ancaq sadiq və saf möminlərə məxsus olduğu üçün İmam əleyhis-salam sözünün davamında belə buyurur:)
Bizi tanımaq çox çətin bir işdir ki, Allahın qəlbini iman üçün sınaqdan keçirmiş olduğu (imanı qəbul etməyə layiq bildiyi) mömin bəndədən başqa heç kəs onu götürmür və onun yükünün altına girmir. Həmçinin bizim hədis və sözlərimizi ancaq əmanətçi və inanılmış sinələr və mətin ağıllar qoruyub saxlayarlar. (İmam əleyhis-salamın məqsədi dinləyiciləri özünə tərəf hicrət etməyə və o Həzrətin hədislərinə tabe olmağa təşviq etmək olduğu üçün onlara sual vermək göstərişi verərək buyurur:)
Ey insanlar! Məni itirməmişdən, (itaətsiz dəvə kimi hürküb sahibinin əlindən qaçaraq) öz cilovunu tapdalayan və adamlarının ağlını başlarından çıxaran fitnə-fəsad (Bəni-Üməyyənin fitnə-fəsadları) ayaq tutmamışdan (onların fitnələri hər yeri bürüyərək insanları haqq yoldan və öz zəmanə imamlarını tanımaqdan saxlayandan) qabaq,(ilahi maarifi, şəriət hökmlərini və qiyamətə kimi baş verəcək şeyləri) məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm.7

ومن خطبة له عليه السلام

في الايمان ووجوب الهجرة

أقسام الايمان

فَمِنَ الْإِيمَانِ مَا يَکُونُ ثَابِتاً مُسْتَقِرّاً فِي الْقُلُوبِ، وَمِنْهُ مَا يَکُونُ عَوَارِيَ بَيْنَ الْقُلُوبِ وَالصُّدورِ، (إِلَي أَجَلٍ مَعْلُومٍ)، فَإِذَا کَانَتْ لَکُمْ بَرَاءَةٌ مِنْ أَحَدٍ فَقِفُوهُ حَتّي يَحْضُرَهُ الْمَوْتُ، فَعِنْدَ ذَلِکَ يَقَعُ حدُّ الْبَرَاءَةِ.

وجوب الهجرة

وَالْهِجْرَةُ قَائِمَةٌ عَلَي حَدِّهَا الْأَوَّلِ، مَا کَانَ لِلَّهِ فِي أَهْلِ الْأَرْضِ حَاجَةٌ مِنْ مُسْتَسِرِّ الْأُمَّةِ وَمُعْلِنِهَا، لاَ يَقَعُ اسْمُ الْهِجْرَةِ عَلَي أَحَدٍ إلاَّ بِمَعْرِفَةِ الْحُجَّةِ في الْأَرْضِ، فَمَنْ عَرَفَهَا وَأَقَرَّ بِهَا فَهُوَ مُهَاجِرٌ، وَلاَ يَقَعُ اسْمُ الْإِسْتِضْعَافِ عَلَي مَنْ بَلَغَتْهُ الْحُجَّةُ فَسَمِعَتْهَا أُذُنُهُ وَوَعَاهَا قَلْبُهُ.

صعوبة الايمان

إِنَّ أَمْرَنا صَعْبٌ مُسْتَصْعَبٌ، لاَ يَحْتَمِلُهُ إِلاَّ عَبْدٌ مُؤْمِنٌ امْتَحَنَ اللهُ قَلْبَهُ لِلْإِيمَانِ، وَلاَ يَعِي حَدِيثَنَا إِلاَّ صُدُورٌ أَمِينَةٌ، وَأَحْلاَمٌ رَزِينَةٌ.

علم الوصي

أَيُّهَا النَّاسُ، سَلُوني قَبْلَ أَنْ تَفْقِدُوني، فَلَأَنَا بِطُرُقِ السَّماءِ أَعْلَمُ مِنِّي بِطُرُقِ الْأَرْضِ، قَبْلَ أَنْ تَشْغَرَ بِرِجْلِهَا فِتْنَةٌ تَطَأُ فِي خِطَامِهَا وَتَذْهَبُ بِأَحْلاَمِ قَوْمِهَا.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

232-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki ola bilər ki, dünyadan köçməmişdənonun imanı sabitləşərək bərqərar olsun və o, öz çirkin əməlinə görə tövbə edərək haqqa qayıtsın. Buna görə də onun özünə ikrah hissi ilə yanaşmaq və ondan uzaqlaşmaq yaxşı deyil, bəlkə gərək onun əməlinə ikrahla yanaşılsın və həmin əmələ nifrət bəslənilsin.
2. Deməli, hicrətin vacib olması ancaq Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanına aid deyil və onun mənası təkcə Məkkədən Mədinəyə getmək deyil. Bəlkə o Həzrətin xəlifə və canişinlərinə tərəf hicrət etmək də vacibdir. Çünki hicrətdən məqsəd zəlalət və azğınlığı tərk etməkdir və bu ancaq Həzrət Peyğəmbərin xəlifə və canişinləri olan din imamlarının - onların hamısına Allahın salamı olsun - hidayət və istiqamətləndirmələri ilə mümkündür. Buna görə də onlara tərəf hicrət etmək elə o Həzrətə doğru hicrət etmək deməkdir. Xülasə, hicrət bütün zaman və vaxtlarda özünün əvvəlki vaciblik dərəcəsində qalmaqdadır.
3. Hicrət məsələsi və digər şər’i vəzifələrdən məqsəd Allahın hansısa xeyir və mənfəət əldə etmək və ya zərər-ziyanı Özündən uzaqlaşdırmaq istəməsi deyil, bəndələrin onlardan faydalanmaları və qiyamət gününün əzabından nicat tapmalarıdır. Çünki O, mütləqzənginvə həqiqi ehtiyacsızdır.
4. Öz zəmanəsinin imamını tanımayınca kiminsə hicrət etməsini və zəlalət və azğınlıqdan çıxmasını demək olmaz. Çünki İmam əleyhis-salamın yol göstərməsi və bələdçiliyi olmadan azğınlıqdan hidayətə hicrət etmək mümkün deyil.
5. Həmin şəxs azğınlıqdan hidayətə hicrət edib, hətta öz vətənindən xaric olmasa belə. Bu cümlə açıq aydın şəkildə dediyimiz bu mətləbi təsdiqləyir ki, hicrətin vacib olması ancaq Həzrət Peyğəmbərin zamanına aid deyil və onun mənası Məkkədən Mədinəyə hərəkət etmək deyil.
6. Əgər Allahın höccətinin dəlil-sübut olması xəbəri kiməsə çatsa və həmin şəxs onu qəbul etməsə, bu işdən qafil olub təqsirli sayılmayan zəif və acizlərdən olmasını güman etməməlidir. Çünki höccətin dəlil olması xəbəri ona çatıb və o, bunu qulaqları ilə eşidərək qəlbi ilə dərk edib. Buna görə də həmin şəxs, hətta öz vətənində olsa belə, üzrlü sayılmır.
7. Mənim dini elm və maarifə diqqətim dünyəvi işlərdən çoxdur. Qeyd etmək lazımdır ki, ağıl və tarixin hökmünə əsasən Həzrət Peyğəmbərdən sonra Əli ibn Əbu Talib və mə’sum imamlar əleyhimus-salamdan başqa heç kəsdə «سَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى» «məni itirməmişdən qabaq məndən soruşun» demək cürəti olmayıb və yoxdur. Doxsan ikinci xütbənin şərhində bu məsələyə toxunulub və onun dəlili bəyan edilib.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!