NƏHC-ül-BƏLAĞƏ - 8-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın uyğun şəraitdə Zübeyri ikinci dəfə beyət etməyə qaytarmağı nəzərdə tutaraq buyurduğu kəlamlarındandır.1

(Həzrət Əli (ə) buyurur): Zübeyr güman edir ki, Əliyə əli ilə beyət edib və ürəyində əleyhinə olub. Nəticədə o, öz beyətinə etiraf etmişdir. Lakin o, iddia edir ki, batinində onun əksini gizlətmişdir. Buna görə də (dediklərinin doğruluğu məlum olsun deyə) dəlil və sübut gətirməlidir. Əgər heç bir dəlili olmasa onun beyəti öz qüvvəsində qalır və itaət etməlidir.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام

 يعني به الزبير في حال اقتضت ذلك و يدعوه للدخول في البيعة ثانية
 يَزْعُمُ أَنَّهُ قَدْ بايَعَ بِيَدِهِ، وَ لَمْ يُبَايِعْ بِقَلْبِهِ؛ فَقَدْ أَقَرَّ بِالْبَيْعَةِ، وَ ادَّعَى الْوَلِيجَةَ فَلْيَأْتِ عَلَيْهَا بِأَمْرٍ يُعْرَفُ؛ وَ إِلاَّ فَلْيَدْخُلْ فِيما خَرَجَ مِنْهُ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

9-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Zübeyr əhdini pozaraq Həzrətlə müharibə etmək qərarına gəldiyindən Həzrət ona buyurdu: «Sən mənə beyət etmisən. Mənə tabe olmağın vacibdir». Cavabında dedi: «Beyət zamanı tövriyyə etdim. Yəni, dildə deyib ürəyimdə onun əksini niyyət etdim».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!