NƏHC-ül-BƏLAĞƏ - 10-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Şeytan yaxud Cəməl döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir.

Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvari və piyadalarını yığsa da, (dünya və din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət və unutqanlığa düçar olmaram ki, şeytanın və onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət və nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan və ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri və haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

 يريد الشيطان او يكني به عن قوم
 أَلا وَ إِنَّ الشَّيْطَانَ قَدْ جَمَعَ حِزْبَهُ، وَ اسْتَجْلَبَ خَيْلَهُ وَ رَجْلَهُ، وَ إِنَّ مَعِي لَبَصيِرَتِي: مَا لَبَّسْتُ عَلَى نَفْسِي، وَ لاَ لُبِّسَ عَلَيَّ. وَايْمُ اللَّهِ لأُفْرِطَنَّ لَهُمْ حَوْضاً أَنَا مَاتِحُهُ! لاَ يَصْدِرُونَ عَنْهُ، وَ لاَ يَعُودُونَ إِلَيْهِ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

11-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!