NƏHC-ül-BƏLAĞƏ - 11-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Ayişənin dəvəyə mindiyi döyüşdə)  bayrağı oğlu Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır. (Həzrət Əlinin oğlu Məhəmməd Hənəfiyyə anasının Bəni-Hənifə qəbiləsindən olduğuna görə İbn Hənəfiyyə kimi məşhurlaşmışdır.)

Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
لابنه محمد بن الحنفية لما أعطاه الراية يوم الجمل

 تَزُولُ الْجِبَالُ وَ لاَ تَزُلْ! عَضَّ عَلَى نَاجِذِكَ. أَعِرِ اللَّهَ جُمْجُمَتَكَ. تِدْ فِي الْأَرْضِ قَدَمَكَ. اِرْمِ بِبَصَرِكَ أَقْصَى الْقَوْمِ وَ غُضَّ بَصَرَكَ وَ اعْلَمْ أَنَّ النَّصْرَ مِنْ عِنْدِ اللَّهِ سُبْحَانَهُ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

12-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!