NƏHC-ül-BƏLAĞƏ - 12-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın kəlamlarındandır.
«Cəməl» döyüşündə Allah Əliyə (ə) qələbə nəsib etdikdən sonra yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə qazandırdığını görəydi».

Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli!». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər.)

وَ مِنْ كَلامٍ لهُ عليه السلام

 لما اظفره اللَّه باصحاب الجمل، و قد قال له بعض أصحابه: وددت أن أخي فلانا كان شاهدنا ليرى ما نصرك اللَّه به على أعدائك
 فَقَالَ لَهُ عليه السلام: أَهَوَى أَخِيكَ مَعَنا؟ فَقَالَ: نَعَمْ. قَالَ: فَقَدْ شَهِدنَا، وَ لَقَدْ شَهِدَنا فِي عَسْكَرِنا هذَا أَقْوَامٌ فِي أَصْلابِ الرِّجَالِ، وَ أَرْحَامِ النِّسَاءِ، سَيَرْعَفُ بِهِمُ الزَّمانُ وَ يَقْوَى بِهِمُ الْإِيمانُ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

13-CÜ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!