NƏHC-ül-BƏLAĞƏ - 13-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır: 1
Ey camaat, siz bir qadının (Ayişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Ayişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız.2

Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır.3 Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir.4 Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-taala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm.
Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).5

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 في ذم أهل البصرة بعد وقعة الجمل

 كُنْتُمْ جُنْدَ الْمَرْأةِ، وَ أَتْبَاعَ الْبَهِيْمَةِ؛ رَغَا فَأَجَبْتُمْ، وَ عُقِرَ فَهَرَبْتُمْ. أَخْلاَقُكُمْ دِقَاقٌ وَ عَهْدُكُمْ شِقَاقٌ، وَ دِينُكُمْ نِفَاقٌ، وَ مَاؤُكُمْ زُعاقٌ وَ الْمُقِيمُ بَيْنَ أَظْهُرِكُمْ مُرْتَهَنٌ بِذَنْبِهِ، وَ الشَّاخِصُ عَنْكُمْ مُتَدَارَكٌ بِرَحْمَةٍ مِنْ رَبِّهِ، كَأَنِّي بِمَسْجِدِكُمْ كَجُؤجُؤِ سَفِينَةٍ قَدْ بَعَثَ اللَّهُ عَلَيْهَا الْعَذَابَ مِنْ فَوْقِهَا وَ مِنْ تَحْتِهَا وَ غَرِقَ مَنْ فِي ضِمْنِها
 وَ في رواية: وَايْمُ اللَّهِ لَتغْرَقَنَّ بَلْدَتُكُمْ حَتَّى كَأَنَّي أَنْظُرُ إِلَى مَسْجِدِهَا كَجُؤْجُؤِ سَفِينَةٍ، أَوْ نَعَامَةٍ جَاثِمَةٍ
 و في رواية: كَجُؤْجُؤِ طَيْرٍ فِي لُجَّةِ بَحْرٍ
 و في رواية اخرى: بِلاَدُكُمْ أنْتَنُ بِلادِ اللَّهِ تُرْبَةً: أَقْرَبُها مِنَ الْمَاءِ وَ أَبْعَدُهَا مِنَ السَّمَاءِ، وَ بِهَا تِسْعَةُ أَعْشارِ الشَّرِّ، الُْمحْتَبَسُ فِيهَا بِذَنْبِهِ، وَ الْخارِجُ بِعَفْوِ اللَّهِ كَأَنِّي أنْظُرُ إِلَى قَرْيَتِكُمْ هذِهِ قَدْ طَبَّقَهَا الْمَاءُ، حَتَّى مَا يُرَى مِنْهَا إِلاَّ شُرَفُ الْمَسْجِدِ، كَأَنَّهُ جُؤْجُؤُ طَيْرٍ في لُجَّةِ بَح

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

14-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Cəməl döyüşündə və Bəsrə fəth edildikdə Həzrət buyurdu ki, carçı şəhər əhalisini cümə namazına çağırsın. Cümə günü hamı toplaşıb Həzrətlə bir came məsçidində namaz qıldılar. Sonra Həzrət qiblə tərəfə olan divara söykənərək dayandı. Allaha həmd-səna etdikdən, həzrət Peyğəmbərə salamdan, mömin kişi və qadınlar üçün istiğfar etdikdən sonra bu kəlamları buyurdu.
2. Cəməl döyüşündə Ayişənin kəcavəsini zirehlə örtüb dəvəyə mindirmişdilər, qoşunun arasında bayraq əvəzi kimi saxlayıb ətrafına yığışmışdılar. Ayişə onları döyüşə həvəsləndirir, onlar isə kəcavənin başına fırlanaraq meydan oxuyur və həlak olurdular. Böyükləri isə fəxrlə dəvənin cilovunu tutur, hər biri torpağa düşdükcə başqa birisi onun yerini tuturdu. Nəhayət, kəcavə və dəvəyə çoxlu yaralar vuruldu. Dilsiz-ağızsız heyvan hadisənin dəhşətindən və yaralarının yanğısından fəryad edirdi. Onlar, dəvə üç ayağı vurulub artıq ayaq üstə dayana bilməyənə qədər daha da çox toplanıb dəvəni dövrəyə aldılar. Həzrət Əli buyurdu: «Onu şeytan saxlayıb, onu qılınclayın!» Qılınc vurulduqca dəvə yerə yıxıldı və camaat qaçdı. Deməli, din və dünyalarının məsləhətini bir qadının ixtiyarına verən, dəvəyə tabe olanlar alcaq insanlardır.
3. Dənizə yaxınlığı çoxlu qorxulu xəstəliklər, mədə pozuntularına səbəb olurdu və bunun nəticəsində də zehni gerilik, düşüncəsizlik və kütlük yaranırdı.
4. Çünki ya sizinlə birlikdə olduğundan, ya da sizləri günahdan çəkindirmədiyinə görə günaha düşər. Hər iki halda özü öz günahının əsirinə çevrilmişdir.
5. Deyirlər ki, bu hadisədən sonra Bəsrə iki dəfə su altında qalmışdır. İlk dəfə Əl-Qadir Billahın xəlifəliyi dövründə, ikinci dəfə isə Əl-Qaim Biəmrillahın dövründə yüksəklikdə tikilmiş came məscidinin çıxıntılarından başqa bütün şəhəri su basmışdı. 
Nəql olunur ki, bu xütbənin sonunda Həzrət Bəsrə camaatına ürək-dirək verərək buyurmuşdur:
«Məqsədim budur ki, söhbətimdən ibrət alasınız və bir daha zəmanənizin İmamına qarşı qiyam etməyəsiniz.»

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!