NƏHC-ül-BƏLAĞƏ - 14-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlarındandır:
Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə ilahi rəhmət sizdən uzaqdır.)

Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, aclar üçün bir tikə və hücum edənlər üçün ovsunuz. (Düşüncəsizlik və nadanlığınıza görə sizi öz hədəfinə çevirib, malınızı yeyən və sizi çətinliyə salan yad qoşunu öz diyarınıza buraxdınız.)

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 في مثل ذلك

 أَرْضُكُمْ قَرِيبَةٌ مِنَ الْمَاءِ، بَعِيدَةٌ مِنَ السَّمَاءِ. خَفَّتْ عَقُولُكُمْ، وَ سَفِهَتْ حُلُومُكُمْ، فَأَنْتُمْ غَرَضٌ لِنَابِلٍ، وَ أُكْلَةٌ لآكِلٍ، وَ فَرِيسَةٌ لِصَائِلٍ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

15-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!