NƏHC-ül-BƏLAĞƏ - 20-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir (Həzrət günahkarları ölümdən sonrakı çətinliklərlə agah edir, sanki buyurur: Ey ilahi göstərişlərə əməl etməyən kəslər!).

Əgər siz ölülərinizin gözləri ilə gördüklərini görsəniz, mütləq qəmgin olarsınız və ahu-zar edərsiniz, (Allahın əmr və qadağanını) eşidər və itaət edərsiniz, lakin keçmişdəkilərin gördükləri şeylər sizdən gizlindir (Buna görə də ahu-zar etmir, qorxmur və Allaha, onun Rəsuluna və haqq olan xəlifəsinə itaət etmir və tabe olmursunuz). Tezliklə (keçmişdəkilərin gördüklərini siz də görəsiniz deyə) pərdə qaldırılacaq. Həqiqətən görsəniz, bəsirətinizi açıblar, eşidən olsanız qulaqlarınızı açıblar, əgər hidayət qəbul etsəniz (sizə doğru yolu göstəriblər), hidayət olunmusunuz. Həqiqətən sizin üçün deyirəm: ibrətlər sizə (peyğəmbərlər vasitəsi ilə) aşkar edildi, qadağan olunmuşdan siz çəkindirildiniz (belə isə üzrxahlıq yeri qalmayıb) səmavi elçilərdən (mələklərdən) sonra insandan başqa heç kəs Allah tərəfindən haqqı təbliğ etməyəcək. (İnsanları hidayət və agah etmək insanın əli ilədir, belə isə mələklərin sizə nazil olub ilahi əhkamı təbliğ etməsini gözləməməlisiniz.)

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 و فيه ينفر من الغفلة و ينبه الى الفرار للَّه

 فَإِنَّكُمْ لَوْ قَدْ عَايَنْتُمْ مَا قَدْ عَايَنَ مَنْ مَاتَ مِنْكُمْ لَجَزِعْتُمْ وَ وَهِلْتُمْ وَ سَمِعْتُمْ وَ أَطَعْتُمْ، وَ لكِنْ مَحْجُوبٌ عَنْكُمْ مَا قَدْ عَايَنُوا، وَ قَرِيبٌ مَا يُطْرَحُ الْحِجَابُ! وَ لَقَدْ بُصِّرْتُمْ إِنْ أَبْصَرْتُمْ، وَ أُسْمِعْتُمْ إِنْ سَمِعْتُمْ، وَ هُدِيْتُمْ إِنْ اهْتَدَيْتُمْ، وَ بِحَقِّ أَقُولُ لَكم: لَقَدْ جَاهَرَتْكُمُ الْعِبَرُ وَ زُجِرْتُمْ بِما فِيهِ مُزْدَجَرُ. وَ مَا يُبَلِّغُ عَنِ اللَّهِ بَعْدَ رُسُلِ السَّماءِ إِلاَّ الْبَشَرُ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

21-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!