NƏHC-ül-BƏLAĞƏ - 21-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (ölüm və qiyamət barəsində) xütbələrindəndir.
Aqibət və son qarşınızdadır (nəticədə hər bir kəs sonu görəcək, Behiştə, yaxud Cəhənnəmə daxil olacaq), sizi haylayıb qovan qiyamət və ölüm ardınızdadır, (çünki Qiyamət və ölüm gələsidir, elə bil kiminsə ardınca düşüb qovur, buna görə də) yüngülləşin (qiymətli yükləri tərk edin), yetişin (gedənlərə çatın) ki, sizin əvvəldə gedənlərinizi saxlayıb, axırda qalanlarınızı gözləyirlər.

(Sizdən öncə gedənləri yolda saxlayıblar, axırıncı nəfərin onlara qovuşmasını və bütün karvanın bir dəfəlik Qiyamətə daxil olmalarını gözləyirlər.)
(Seyid Rəzi buyurur:) Deyirəm: Bu kəlam pak olan Allahın və həzrət Rəsulun kəlamından sonra müqayisə olunduğu hər bir kəlamdan daha üstün və daha öndədir (heç bir kəlam ona çata bilməz). Amma o Həzrətn buyurduğu: تَخَفَّفُوا تَلْحَقُوا (yüngülləşin ki, yetişəsiniz) kəlamından daha qısa və daha mənalı kəlam eşidilməyib, bu kəlam necə də dərindir (hər nə qədər fikirləşsən onun dərinliyinə çata bilmirsən). Necə də bu cümlə əvvəldən axıra qədər hikmətli və nəsihətlidir, (hər bir təşnənin) susuzluğunu aradan qaldırır və biz də «Xəsais» kitabında bu kəlamın əzəmət və böyüklüyünü şərh etmişik.

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
 و هي كلمة جامعة للعظة و الحكمة

 فَإِنَّ الْغَايَةَ أَمَامَكُمْ وَ إِنَّ وَرَاءَكُمُ السَّاعَةَ تَحْدُوكُمْ؛ تَخَفَّفُوا تَلْحَقُوا فَإِنَّما يُنْتَظَرُ بِأَوَّلِكُمْ آخِرَكُمْ
 قال السيد الشريف: أقول: إِن هذا الكلام لو وزن، بعد كلام اللَّه سبحانه و بعد كلام رسول اللَّه صلى الله عليه و آله وسلم، بكل كلام لمال به راجحاً، و برَّز عليه سابقاً. فأما قوله عليه السلام: ”تخففوا تلحقوا” فما سمع كلام أقل منه مسموعا و لا أكثر منه محصولا، و ما أبعد غورها من كلمة! و أنقع نطفتها من حكمة! و قد نبهنا في كتاب ”الخصائص” على عظم قدرها و شرف جوهرها

 Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

22-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!