NƏHC-ül-BƏLAĞƏ - 28-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (dünyaya etimadsızlıq və axirətə hazırlıq barədə buyurduğu) xütbələrindəndir.
Haqq-taalaya həmd-sənadan və həzrət Peyğəmbərə salamdan sonra. Həqiqətən dünya arxa çevirərək (sizin ürək bağladığınız şeylərdən) ayrılıqdan xəbər verir.

Axirət yaxın və aşkar olmuşdur. (Dünya hamı üçün ötəridir. Ölümlə başlayan axirət isə gələcəkdir. Ona görə də, fani dünyaya ürək bağlamamaq, əbədi məkana getməyə hazırlaşmaq lazımdır.) Agah olun ki, bu günlər (ömrümüzdən qalan müddət xeyir işlər görmək və bəyənilmiş əxlaqa çatmaq üçün) mizmar və hazırlıq günüdür (dünyanın ləzzətinə göz yummaq lazımdır), sabah isə (axirət) önə keçmək günüdür.1 Önə keçmək (yarışın qalibi olanın yeri) cənnətdir, (axıra qalanın) sonu atəşdir.2 Belə isə, ölümü çatmadan öz günahından tövbə edən bir kimsə yoxdurmu?
Görəsən özünün bədbəxtlik günü gəlmədən (ilahi əzabdan) öz nicatı üçün çarə edən vardırmı? (Yaxşı əməllər etsin ki, o gün saleh əməllərdən başqa heç nə nicata səbəb olmayacaq.) Agah olun ki, siz ardında ölüm dayanan arzu və ümid (həyatın əbədiliyi və yaşayışın davamı) günlərindəsiniz. Əcəli çatmazdan öncə arzu və ümid günlərində iş görən (camaata köməklik, Allaha bəndəlik edən) şəxsə əməli xeyir gətirəcək, ölümü, əcəli ona ziyan vurmayacaqdır. Əcəli çatmamış həmin günlərdə səhlənkarlıq edənin (camaata köməklik, Allaha bəndəlik etməyənin) işi xarabdır və ölümdən ziyan çəkəcəkdir. (Çünki ölüm vaxtı camaata xidmət və Allaha bəndəlikdəki təqsirlərinə görə peşmançılığın xeyri yoxdur. Buna görə də nəticə etibarı ilə ziyan görəcəkdir.) Agah olun, rahatlıq və əmin-amanlıq vaxtında (əlləriniz çatan vaxt), xof və qorxunun sizə hakim kəsiləndə iş gördüyünüz kimi (xalqa xidmət və Allaha ibadət yolunda çalışın) əməl edin.3 Agah olun, mən Cənnət kimi bir nemət görmədim ki, onu arzulayan qəflət yuxusunda olsun. Nə də atəş kimi bir əzab gördüm ki, ondan qaçan bihuşluq yuxusunda olsun!4 Bilin ki, haqdan xeyir tapmayana mütləq batilin ziyanı yetişəcəkdir. Hidayətlə doğru yola gəlməyəni azğınlıq çarəsizliyə və ölümə sürükləyir. Agah olun ki, sizlər köçməyə (bu saraydan əbədi saraya getməyə) məmur edilmisiniz (bundan başqa çarəniz yoxdur) və azuqə toplamağa yönəldilmisiniz.5 Ən qorxulu olan iki şey var və sizin üçün onlardan qorxuram: Biri nəfsinizin arxasınca getməniz (gözlərinizi həqiqətə yumar) və digəri isə arzularınızın çoxluğudur. (Sizə axirət üçün azuqə və ehtiyat toplamağa imkan verməz.) Belə isə sabah onun vasitəsilə özünüzü qiyamətdə (əbədi əzabdan) qoruyacağınız şeyin, (camaata xidmət və Allaha bəndəliyindən) tədarükünü bu dünyada görün.
(Seyid Rəzi buyurur:) Deyirəm: Xalqı zahidliyə, dünyaya rəğbətsizliyə, axirətdə işə yarayan xeyir əməllərə vadar edən söz olarsa, hər halda bunlar Həzrətin həmin sözləridir. Camaatı çox bağlı olduqları amal və arzulardan daşındırır, öyüdün, Allaha və Peyğəmbərə qarşı üsyan və itaətsizliyin qadağa şöləsini həddən çox alovlandırır. O Həzrətin sözlərinin heyranediciliyi ondadır ki, buyurur: «ألا وَ إِنَّ الْيَوْمَ المِضْمارُ وَ غَداً السِبَاقُ وَالسَّبْقَةُ الْجَنَّةُ وَالْغايَةُ النَّارُ» Çünki bu sözdə ifadənin böyüklüyü və mənanın dərinliyilə yanaşı həqiqətə və işin mahiyyətinə uyğun təşbihdə heyrətamiz sirr və incə məna vardır. Buyurur: وَالسِّبْقَةُ الْجَنَّةُ وَالغايَةُ النَّارُ – vəs-sibqətu əl-cənnətu vəl-ğayətu ən-naru). İki mənadakı fərqə görə iki növ sözdən istifadə etmişdir: أَلسَّبْقَةُ sözünü Cənnət üçün أَلْغايَة  sözünü isə atəş üçün işlətmişdir. وَالسِّبْقَةُ النَّارُ – vəs-sibqətu ən-naru) deyil وَالسَّبْقَةُ الْجَنَّةَ – vəs-sibqətu əl-cənnətu) buyurmuşdur. Çünki إِسْتِباق (önə keçmək) sözü yaxşı bir iş üçün və müsbət mənada işlədilir və Behiştin sifətidir. Atəş bu mənanı vermir. O atəşdən Allaha pənah aparırıq. Deməli, وَالسِّبْقَةُ النَّارُ buyurması düzgün olmazdı və ona görə də belə buyurmuşdur: وَالغايَةُ النَّارُ Çünki الغاية ona çatan hər bir kəs üçün bəzən şadlıq gətirmir, bəzən də sevinc bəxş edir. Deməli, bu sözü hər iki mənada izah etmək olar. الغاية – əl-ğayə) kəlməsi burada Allah-taalanın buyurduğu مَصِير و مَأل sözü kimidir. (Qurani-Kərimin İbrahim surəsinin 30-cu ayəsi) قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النّارِ «De, nalayiq işlərdən ləzzət alın. Beləliklə, sizin işlərinizin sonu atəşdir». Burada فَإِنَّ سَبْقَتَكُمْ إِلَى النَّارِ deyilməsi düzgün olmaz. Belə isə bu sözü dərindən düşün ki, onun batini heyrətamiz və çox dərindir. O Həzrətin sözlərinin əksəriyyəti belədir. Bəzi əlyazmalarda göstərilir ki, başqa rəvayətə görə سُبْقَة – subqətun) kəlməsində sin zəmmə (u) ilə qeyd olunmuşdur. Ərəblər (yarışda) ötdüyü üçün önə keçənə (qalibə) mükafat verilən mala سُبْقَة (sini zəmmə ilə) deyərlər. سَبْقَة sözünün fəthə ilə olan mənası zəmmə ilə olan mənasına yaxındır. Çünki سُبْقَة (sözündə) sinin zəmməli olması pis və qəbahətli işin cəzası deyil, bəyənilən və sevilən işin mükfatıdır.

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

 و هو فصل من الخطبة الّتى اولها الحمد للَّه غير مقنوط من رحمته و فيه احد عشر تنبيها
 أَمَّا بَعْدُ؛ فَإِنَّ الدُّنْيا قَدْ أَدْبَرَتْ، وَ آذَنَتْ بِوَدَاعٍ، وَ إِنّ الآخِرَةَ قَدْ أَقْبَلَتْ وَ أَشْرَفَتْ بِاطِّلاعٍ، أَلاَ وَ إِنَّ الْيَوْمَ الْمِضْمَارُ وَ غَداً  السِّبَاقُ، وَ السَّبَقَةُ الْجَنَّةُ، وَ الْغايَةُ النَّارُ؛ أَفَلاَ تائِبٌ مِنْ خَطِيئَتِهِ قَبْلَ مَنِيَّتِهِ! أَلاَ عَامِلٌ لِنَفْسِهِ قَبْلَ يَوْمِ بُؤْسِهِ! أَلاَ وَ إِنَّكُمْ فِي أَيَّامِ أَمَلٍ مِنْ وَرَائِهِ أَجَلٌ؛ فَمَنْ عَمِلَ في أَيَّامِ أَمَلِهِ قَبْلَ حُضُورِ أَجَلِهِ فَقَدْ نَفَعَهُ عَمَلُهُ، وَ لَمْ يَضْرُرْهُ أَجَلُهُ وَ مَنْ قَصَّرَ فِي أَيَّامِ أَمَلِهِ قَبْلَ حُضُورِ أَجَلِهِ، فَقَدْ خَسِرَ عَمَلَهُ، وَ ضَرَّهُ أَجَلُهُ. أَلاَ فَاعْمَلُوا فِي الرَّغْبَةِ كَمَا تَعْمَلُونَ فِي الرَّهْبَةِ، أَلاَ وَ إِنِّي لَمْ أَرَكَالْجَنَّةِ نَامَ طَالِبُهَا، وَ لاَ كالنَّارِ نَامَ هَارِبُهَا، أَلاَ وَ إِنَّهُ مَن لا يَنْفَعُهُ الْحَقُّ يَضْرُّهُ الْبَاطِلُ، وَ مَنْ لاَ يَسْتَقِيمُ بِهِ الْهُدَى، يَجُرُّ بِهِ الضّلاَلُ إِلَى الرَّدَى. أَلاَ وَ إِنَّكُمْ قَدْ أُمِرْتُمْ بِالظَّعْنِ، وَ دُلِلْتُمْ عَلَى الزَّادِ؛ وَ إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمُ اثْنَتَانِ: اتِّبَاعُ الْهَوَىَ، وَ طُولُ الْأَمَلِ، فَتَزَوَّدُوا فِي الدُّنْيَا مِنَ الدُّنْيَا مَا تَحْرُزُونَ بِه أَنْفُسَكُمْ غَداً

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

29-CU XÜTBƏNİ BURADAN OXUYUN


1 ”Mizmar” – atların yarış və cıdırı üçün hazırlanan müddətə deyilir. Belə ki, yaxşıca kökəlməsi və güclü olması üçün atın yemini artırırlar. Daha sonra, artırdıqları yemi adi normasına çatana qədər, tədricən azaldırlar ki, at xamlığını çıxarsın və yarış günü üçün hazır olsun.
2 Mizmar dövründə hər kəs özünü saleh əməllər, gözəl əxlaqla adət etdirib tərbiyələndirsə, sabah imtahan meydanında önə keçərək cənnəti qazanacaqdır. Səhlənkarlıq edib qəflətdə olan isə sabah xar və xəcalətli olub oda daxil olacaqdır.
3 Çünki ehtiyac və iztirab içində olan bəşər Allahın razılığını qazanmaq üçün xalis niyyətlə canı- dildən çalışır. Buna görə də həzrət Əli Allahı daha az yad etdiyiniz rahat və əmin vaxtlarınızda da ondan qəflətdə olmamağı buyurur ki, bu xəbərsizlik peşmanlığa səbəb olur.
4 Ən kiçik mənfəət üçün çalışdıqları halda Behişt kimi ən böyük nemətlərdən qafil olan, cüzi zərərin qorxusundan çoxlu yollara əl atdığı halda, Cəhənnəm böyüklükdə atəşdən çəkinməyən insanlar heyrətlidir.
5 Qurani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurulur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى «Səfərə azuqə toplayın və ən yaxşı azuqə də pərhizakarlıqdır!»

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!