NƏHC-ül-BƏLAĞƏ - 41-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Bu xütbədə vəfalılıq təqdir, hiylə isə məzəmmət olunur.) 

Vəfa doğruluğun yoldaşıdır və mən (ilahi əzabın qarşısını almaq üçün) əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram. (Qiyamətdə) qayıdışın nə cür olmasından agah olan kimsə (ondan hansı şəkildə sorğu-sual ediləcəyini bilən heç vaxt) məkr, hiylə işlətməz.

Elə bir zəmanədəyik ki, adamlarının çoxu məkr işlətməyi zirəklik sanırlar və nadanlar onları zirək bilirlər. Bu məkr edənlərin xeyirləri nə olur? Allah onları həlak etsin (ki, camaat onların şərlərindən azad olsun və ya Allah onları öz rəhmətindən uzaq salsın)! Zirək və işini bilən insan hiylənin və hər bir işin çarə yolunu bilir. Hiylə işlətməməyinin səbəbi isə Allahın əmr və qadağasının ona mane olmasıdır. Hiyləni gördüyü, tanıdığı və işlətmək qüdrətinə malik olduğu halda onu tərk edir. Dində (Müaviyə və Əmr ibn As kimi) heç bir günahdan qorxusu olmayanlar, fürsəti əldən verməyərək hər işdə hiylə və məkrə əl atırlar.1

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

( و فيها ينهى عن الغدر و يحذر منه)

 أَيُّها النَّاسُ، إِنَّ الْوَفَاءَ تَوْأمُ الصِّدْقِ، وَلاَ أَعْلَمُ جُنَّةً أَوْقَى مِنْهُ وَ مَا يَغْدِرُ مَنْ عَلِمَ كَيْفَ الْمَرْجِعُ. وَ لَقَدْ أَصْبَحْنا فِي زَمَانٍ قَدِ اتَّخَذَ أَكْثَرُ أَهْلِهِ الْغَدْرَ كَيْساً وَ نَسَبَهُمْ أَهْلُ الْجَهْلِ فِيهِ إِلَى حُسْنِ الحِيْلَةِ. مَا لَهُمْ! قَاتَلَهُمُ اللَّهُ! قَدْ يَرَى الْحُوَّلُ الْقُلَّبُ وَجْهَ الْحِيلَةِ وَ دُونَها مَانِعٌ مِنْ أَمْرِ اللَّهِ وَ نَهْيِهِ، فَيَدَعُهَا رَأيَ عَيْنٍ بَعْدَ الْقُدْرَةِ عَلَيْهَا، وَ يَنْتَهزُ فُرْصَتَهَا مَنْ لاَ حَرِيجَةَ لَهُ فِي الدِّينِ.

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

42-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

___________________________________________________________________________

1. Həzrətin məqsədi budur ki, Allah qorxusu olmasaydı hiylə işlətməkdə mən hamıdan mahir olardım.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!