NƏHC-ül-BƏLAĞƏ - 42-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (nəfsi istəklərə itaətin və hədsiz arzuların dalınca düşməyin məzəmmət olunduğu) xütbələrindəndir.

Ey camaat! Sizin iki ən dəhşətli şeyə-birincisi nəfsi istəklərə itaətə, ikincisi isə saysız-hesabsız arzuların dalınca getməyə mübtəla olmağınızdan qorxuram.

Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan saxlayar, saysız-hesabsız arzular isə axirəti yadından çıxardar. Agah olun, dünya (öz əhlindən) sürətlə üz döndərər (onun əhli tezliklə fani olacaq və ya onda xoş güzəran keçirmək, ona ürək bağlamaq nəticəsiz qalacaq). Bir kimsənin (başıaşağı tutaraq) tökdüyü su qabının dibində qalandan (həmin qabda azacıq sudan başqa su qalmaz) başqa bir şeyi qalmadığı kimi ondan bir şey qalmaz. Bilin ki, axirət yaxındır və dünya ilə axirətin hər birinin (öz) övladları var. Elə isə siz axirət övladlarından olun (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edin və bu müvəqqəti həyata ürək bağlamayın) və dünyanın övladlarından olmayın. Çünki tezliklə Qiyamətdə hər övlad anasına qovuşacaq. (Deməli, dünyanın övladı odda, axirətin övladı isə Cənnətdə olacaq.) (Bilin) bu gün (fani ömrün günləri) əməl və iş günüdür, hesabı və sorğu-sualı yoxdur. Sabah (qiyamət) əməl və iş günü deyil, hesab və sorğu-sual günüdür.

(Seyid Rəzi buyurur.) Deyirəm: حَذّاء (həzza) sözü sürət və tələskənlik mənasını verir. Bəziləri جذّاء – cəzza) kimi nəql edirlər yəni, bu dünyaya ürək bağlamağın xeyir və faydası yoxdur.

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام

(و فيه يحذر من اتباع الهوى و طول الأمل في الدنيا)

 أَيُّهَا الناسُ، إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمُ اثْنَانِ: اتِّبَاعُ الْهَوَى، وَ طولُ الْأَمَلِ؛ فَأَمَّا اتِّبَاعُ الْهَوَى فَيَصُدُّ عَنِ الْحَقِّ، وَ أَمَّا طُولُ الْأَمَلِ فَيُنْسِي الآخِرَةَ. أَلاَ وَ إِنَّ الدُّنْيَا قَدْ وَلَّتْ حَذَّاءَ؛ فَلَمْ يَبْقَ مِنْهَا إِلاَّصُبَابَةٌ كَصُبَابَةِ الْإِناءِ اصْطَبَّهَا صَابُّها. أَلاَ وَ إِنَّ الآخِرَةَ قَدْ أَقْبَلَتْ، وَ لِكُلِّ منْهُمَا بَنُونَ، فَكُونُوا مِنْ أَبْنَاءِ الآخِرَةِ، وَ لاَ تَكُونُوا منْ أَبْنَاءِ الدُّنْيا، فَإِنَّ كُلَّ وَلَدٍ سَيُلْحَقُ بأَبِيهِ يَوْمَ الْقِيَامَةِ، وَ إِنَّ الْيَوْمَ عَمَلٌ وَ لاَ حِسَابَ، وَ غَداً حِسَابٌ، وَ لاَ عَمَلَ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

43-CÜ XÜTBƏNİ BURADAN OXUYUN

________________________________________________________________________

1. Deməli, bu günləri qənimət bilib Allahın razılığı olan işləri görməyə çalışın ki, qiyamətdə hesab vaxtı rahat olasınız.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!