NƏHC-ül-BƏLAĞƏ-43-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (beyət almaq üçün) Cərir ibn Abdullah Bəcəlini Şama, Müaviyənin yanına göndərdikdən sonra buyurduğu kəlamlarındandır.

O böyük şəxsiyyətin səhabələri (Müaviyənin Həzrətin əmrinə itaət etməyəcəyini bildiklərindən, Cərir Şamdan qayıtmamış və cavab gətirməmiş) dedilər ki, Şam camaatı ilə müharibəyə hazırlaşmaq məsləhətdir. (Həzrət buyurdu:)
Cəririn onların yanında olduğu (hələ mənim cavabımı gətirmədiyi) halda mənim Şam əhalisinə qarşı müharibəyə hazırlaşmağım qapını onların üzünə bağlamaqdır və niyyət etmiş olsalar, onların yaxşılıqdan (beyətdən) üz döndərmələrinə səbəb olar.  Amma mən Cərir üçün bir vaxt qoymuşam ki, (Müaviyəyə) aldanmasa (onu cavabı almaq üçün məəttəl saxlamasa) və ya itaətsizlik göstərməsə (ondan cavab almağa səhlənkar yanaşmasa) bundan artıq orada qala bilməz. Mənim rəyim (onlarla) mülayim rəftar etməkdir, siz də mülayim rəftar edin. (Hərçənd ki) döyüşə hazır olmanızdan da acığım gəlmir.
 وَلَقَدْ ضَرَبْتُ أَنْفَ هَذَا الْأَمْرِ وَ عَيْنَهُ Yəni, mən bu işin burnunu və gözünü vurmuşam,  gizlinini və aşkarını alt-üst etmişəm. Mən özüm üçün başqa çarə görmürəm. Ya (Müaviyəyə və tərəfdarlarına qarşı) döyüşməli və ya küfrü və həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiklərini inkar etməliyəm.  (Daha sonra Müaviyənin o Həzrətin adı ilə bağladığı Osmanın qətlinin səbəbi haqda buyurur:) Osman ümmətə rəhbərlik edirdi və bir neçə bidət (nalayiq və İslama, imana zidd işlər) yaratdı, (bu çirkin işlər də) xalq arasında söz-söhbətə (məzəmmətə və etiraza) səbəb oldu. Onlar da, (onun barəsində deyilməli olanı) dedilər və ona rəğbətlərini itirib dəyişdirdilər. (Onu öldürdülər, buna görə də onun qətlini Müaviyənin mənim adıma çıxarması həqiqətə ziddir.)

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 و قد أشار عليه أصحابه بالاستعداد للحرب بعد إرساله جريرا بن عبداللَّه البجلي إلى معاوية و لم ينزل معاوية على بيعته

 إِنَّ اسْتِعْدَادِي لِحَرْبِ أَهْلِ الشَّامِ وَ جَرِيرٌ عِنْدَهُمْ، إِغْلاقٌ لِلشَّامِ، وَ صَرْفٌ لِأَهْلِهِ عَنْ خَيْرٍ إِنْ أَرَادُوهُ. وَ لكِنْ قَدْ وَقَّتُّ لِجَرِيرٍ وَقْتاً لاَ يُقِيمُ بَعْدَهُ إِلاَّ مَخْدُوعاً أَوْ عَاصِياً. وَ الرَّأْيُ عِنْدِي مَعَ الْأَنَاةِ فَأَرْوِدُوا، وَلاَ أَكْرَهُ لَكُمُ الْإِعْدَادَ.
 وَ لَقَدْ ضَرَبْتُ أَنْفَ هذا الْأَمْر وَ عَيْنَهُ، وَ قَلَّبْتُ ظَهْرَهُ وَ بَطْنَهُ، فَلَمْ أَرَ لِي فيهِ إِلاَّ الْقِتَالَ أَوِ الْكُفْرَ بِما جَاءَ مُحَمَّدٌصلى الله عليه وآله وسلم. إِنَّهُ قَدْ كَانَ عَلى الْأُمَّةِ وَ الٍ أَحْدَثَ أَحْدَاثاً، وَ أَوْجَدَ لِلنَّاسِ مَقَالاً، فَقَالُوا، ثُمَّ نَقَمُوا فَغَيَّرُوا

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

44-CÜ XÜTBƏNİ BURADAN OXUYUN

____________________________________________________________________

1. Əgər sənin müharibə etməyin bizi fərmanını qəbul etməməyə vadar etdi desələr, onların itaətsizliyinə bizim iradımız olmaz. Fərzən, beyət etmək istəsələr, bizim müharibə başlamağımız onların fikrini dəyişmələrinə səbəb olar.
2. Bu ərəb atalar sözüdür və «mən bu işi yüz dəfə ölçüb-biçmişəm» mənasında işlədilir.
3. Çünki kafirlərin və münafiqlərin azğınlıq və yolsuzluqlarının qarşısını almamaq Allahın, peyğəmbərin əmrinə etinasızlıqdır və bu da Əli üçün küfrdür. Deməli, Allahın və peyğəmbərin əmrinə itaət etmək üçün əlbəttə, onlarla döyüşüb şərlərini dəf etməliyəm.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!