NƏHC-ül-BƏLAĞƏ-44-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Məsqələ ibn Hübeyrə Şeybaninin Müaviyənin yanına qaçdığı vaxt buyurduğu kəlamlarındandır.

O, Bəni-Naciyə əsirlərini Əmirəl-mömininin nümayəndəsindən satın alaraq azad etmiş, Həzrət onların pulunu istədikdə isə xəyanət edərək Şama qaçmışdı. 
Allah Məsqələnin üzünü qara eləsin. Böyüklərə layiq iş görüb (əsirləri satın alıb, azad etdi), qullara layiq qaçışla qaçdı. Onu öyəcək adama fürsət verməmiş susdurdu. Vəsf edən onun işini təsdiqləməmiş, onu qınamağa və pisləməyə məcbur oldu.  Əgər getməyib qalsaydı, gücü çatan qədərini ondan alacaq, (qalan hissəsini almaq üçün) var-dövlətinin artmasını gözləyəcəkdik.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
( لما هرب مَصْقَلة بن هُبيرةَ الشيباني إلى معاوية، و كان قد ابتاع سَبْيَ بني ناجية من عامل أميرالمؤمنين عليه السلام و أعتقهم فلما طالبه بالمال خاس به و هرب إلى الشام)
 قَبَّحَ اللَّهُ مَصْقَلَةَ! فَعَلَ فِعْلَ السَّادَةِ، وَ فَرَّ فِرَارَ الْعَبِيدِ! فَمَا أَنْطَقَ مَادِحَهُ حَتّى أَسْكَتَهُ، وَ لاَ صَدَّقَ وَاصِفَهُ حَتَّى بَكَّتَهُ، وَ لَوْ أَقَامَ لَأَخَذْنا مَيْسُورَهُ وَ انْتَظَرْنا بِمَالِهِ وُفُورَهُ. 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

45-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

_______________________________________________________________________

1. Bəni-Naciyədən bir dəstə Siffeyn müharibəsindən sonra Nəhrəvan Xəvaricilə müttəfiq olaraq Həzrətə düşmən kəsilmiş və Mədainə üz tutmuşdu. Həzrət iki min süvari ilə Məqəl ibn Qeysi onlarla döyüşə göndərdi. Məqəl Fars dənizinin sahilində onlara çataraq döyüşə başladı və Bəni-Naciyyə qəbiləsinin başçısı Xirrit ibn Raşidi tərəfdarları ilə birgə öldürdü, əvvəl xristian, sonra müsəlman, həmin döyüş zamanı isə mürtəd olan və Xirritə qoşulan beş yüz qadın, kişi və uşağı əsir aldı. Qayıdarkən Xuzistanın Ərdəşir Xürrə şəhərinə çatdıqda əsirlər Əmirəl-mömininin tərəfindən şəhərə hakim təyin olunmuş Məsqələyə pənah gətirərək ondan azad edilmələrini istədilər. Məsqələ onları Məqəldən beş yüz min dirhəm alaraq, azad etdi və müəyyən olunmuş vaxtda həmin pulu Həzrətə göndərəcəyini vəd etdi. Sonra Məqəl Kufəyə gedərək əhvalatı Həzrətə danışdı. O böyük şəxsiyyət Məsqələnin beş yüz min dirhəmi göndərəcəyini gözləyirdi. Ödəniş gecikdiyinə görə, ona məktub yazdı ki, ya malı göndər, ya da işinə baxılmasına hazırlaş. Məsqələ Həzrətin qulluğuna gələrək ona iki yüz min dirhəm verdi, pulun qalanını isə ödəyə bilmədi. Bir neçə günlük möhlət istəyib gecə ikən Şama, Müaviyənin yanına qaçdı. Həzrət onun qaçması xəbərini eşitdikdə bunları buyurdu.
1. Əsirləri azad etməsi onun tərifinə, mədhinə səbəb olsa da, onların pulunu ödəməmək üçün düşmənin yanına qaçması ilə öz mədhini məzəmmətə çevirdi və xalqın qınağına tuş gəldi.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!