NƏHC-ül-BƏLAĞƏ-45-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (dünyanı və onun fəsadlarını qınadığı) xütbələrindəndir.
Həmd olsun Allaha ki, heç kəs rəhmətindən məyus olmaz, nemətləri hamıya şamil edilər, heç kimsə onun bağışlamasından ümidsiz olmaz, ona ibadət kimsəyə başıaşağılıq gətirməz.1

Elə bir məbuddur ki, rəhmətini əsirgəməz və neməti bitib-tükənməz. Dünya bir saraydır ki, onun üçün fənalıq və yoxluq, əhli üçün isə köçünü çəkmək labüddür. O (öz əhlinin nəzərində), xoş və yamyaşıldır və (aldatmağının, qəflətə salmağının səbəbi budur ki,) tələsik onu istəyənlərin, tələb edənlərin sorağına gəlir, öz məhəbbət və istəyini ona nəzər salanın ürəyinə salır. Belə isə ondan köçün (ona ürək bağlamayıb, axirət səfərinə hazırlaşın və rahatlığı orada axtarın) və ən yaxşı malınızdan (Xaliqə ibadət və xalqa xidmətdən) azuqə yığın, orada ehtiyacınızdan artıq istəməyin. Sizə çatandan artığını tələb etməyin.2 

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
( و هو بعض خطبة طويلة خطبها يوم الفطر، و فيها يحمد اللَّه و يذم الدنيا)
 اَلْحَمْدُ لِلَّهِ غَيْرَ مَقْنُوطٍ مِنْ رَحْمَتِهِ، وَ لاَ مَخْلُوِّ مِنْ نِعْمَتِه، وَ لاَ مَأْيُوسٍ منْ مَغْفِرَتِهِ، وَ لاَ مُسْتَنْكَفٍ عَنْ عِبَادَتِهِ، الَّذِي لاَ تَبْرَحُ مِنْهُ رَحْمَةٌ، وَ لاَ تُفْقَدُ لَهُ نِعْمَةٌ.
 وَالدُّنْيَا دَارٌ مُنِيَ لَها الْفَنَاءُ، وَ لِأَهْلِهَا مِنْهَا الْجَلاءُ، وَ هِيَ حُلْوَةٌ خَضْرَاءُ، وَ قَدْ عَجِلَتْ لِلطَّالِبِ، وَ الْتَبَسَتْ بِقَلْبِ النَّاظِرِ؛ فَارْتَحِلُوا مِنْهَا بِأَحْسَنِ مَا بِحَضْرَتِكُمْ مِنَ الزَّادِ، وَ لاَ تَسْأَلُوا فِيهَا فَوْقَ الْكَفَافِ، وَ لاَ تَطْلُبُوا مِنْهَا أَكْثَرَ مِنَ الْبَلاَغِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

46-CI XÜTBƏNİ BURADAN OXUYUN

_______________________________________________________________________

1. Çünki yalnız O, ibadətə layiqdir və ibadətələrinə, sitayişlərinə görə təkəbbür etmir ki, bəndəyə başıaşağılıq gətirsin.
2. Dünyada var-dövlət toplamağa çalışmayın. Çünki onun halalının sorğu-sualı, haramının isə cəzası və əzabı var.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!