NƏHC-ül-BƏLAĞƏ-47-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Kufə barədə (onun viran olması, o böyük şəxsiyyətdən sonra zülmkarların şəhər əhalisinə edəcəyi zülm və sitəm haqda xəbər verdiyi) kəlamlarındandır.

Ey Kufə! Səni sanki “Okaz” gönü kimi1  (müxtəlif qoşunların gediş-gəlişi və hərc-mərclikdən) dartılmış görürəm. Baş verən hadisələrdən (zülmkarların zülm və sitəmindən, dabbağlar gönü ayaqlayan kimi) tapdalanacaq, (cürbəcür müsibət və bəlalarla) çalxalanacaqsan. Mən bilirəm

ki, yalnız Allah-taalanın bəlaya düçar etdiklərindən və ya onların üzərində bir qatili hakim etdiklərindən başqa heç bir zülmkar sənə zülm və sitəm etmək qəsdində olmaz.2 

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 كَأَنِّي بِكِ يَاكُوفَةُ تُمَدِّينَ مَدَّ الْأَدِيمِ الْعُكَاظِيِّ، تُعْرَكِينَ بِالنَّوَازِلِ، وَ تُرْكَبِينَ بِالزَّلازِلِ، وَ إِنِّي لَأعْلَمُ أَنَّهُ مَا أَرَادَ بِكِ جَبَّارٌ سُوءَا إلاّ ابْتَلاَهُ اللَّهُ بِشَاغِل، وَ رَمَاهُ بِقاتِلِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

48-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

____________________________________________________________________

1. Dartılan, uzanan və elastik olduğuna görə gönçülükdə, dabbağlıqda çox istifadə olunur. ”Okaz” Nəxlə ilə Taif arasındakı çöldə bazarın adıdır. Ərəblər İslamdan öncə hər il bir ay orada toplaşar, şeir oxuyar və əsl-nəsəbləri ilə öyünərdilər. Orada ən çox alınıb-satılan məhsul isə gön idi.
2. Bu xəbər Həzrətin qeybdən agah olmasını göstərən xəbərlərdəndir. Çünki Kufədə baş verən hadisələr və onun zülmkarlarının başına gələnlər tarixdə şərh olunmuşdur.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!